ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Nicat | 15 Sentyabr 2012 05:56
Salam. Dr bir sualım var. Bir nəfər mənə dediki 10 gün Piyveynen Smetanı qarışdırıb icsən kökələcəksən. Mən də bunu elədim nəticəsi olmadı amma spermanın təziqi çox guclü oldu. Bilmək istəyərdim. piyveynen smetan bunlar necürə təsir edir spermaya ?
Dr.Orxan Agabəyov | 18 Sentyabr 2012 10:26
Salam Nicat. Smetan (xama) cinsi hormonların səviyyəsini artırıır, tərkibində vitminlər, zülallar, minerallar və s. xeyirli maddələr var. Pivə isə kaloriyalarla zəngin olan  içkidir. İkisi birlikdə spermanın yaranmasını stimulə edə bilər. Amma pivənin alkoqollu içki olduğunu yaddan çıxarmayın. Uğurlar.
Tahir | 11 Sentyabr 2012 11:54
salam.necesiniz.size bele bir sualim var.mende cinsi elaqe chox qisa zaman chekir.mene ne meslehet gorursunuz.hansi dermandan ve ya iyneden istifade edim ki prosess biraz uzun cheksin.xotya bi 4-5 deqe.tewekkurler
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2012 19:07
Salam Tahır. Erkən boşalmanın səbəbləri müxtəlifdir və yalnız  bu səbəbləri müəyyənləşdirəndən sonra düzgün və təhlükəsiz müalicə yazmaq olar. Uğurlar.
asif | 11 Sentyabr 2012 08:14
xayalarin burulmasi nədir sonsuzluga səbəb ola bilirmi
Dr.Orxan Agabəyov | 12 Sentyabr 2012 18:56
Salam Asif. Xayanın burulması- xayanın həddən artıq hərəkətliyi ilə əlaqədar olan patoloji haldır. Bu hal adətən ya uşaqlarda ya da yetkinlik dövrünə çatmamış gənclərdə olur. Müalicəsi yalnız cərrahidir. Əgər əməliyyat bu hal yaranandan(ağrı başlayandan) 4 saat ərzində olunursa - xayanı xilas etmək olar, əks halda xaya məhv olur və çıxarılmalıdır. Amma kişinin spermasının göstəriciləri bir xaya ilə də normal ola bilər. Yəni , əgər bir xaya saglamdırsa - kişidə sonsuzluq problemi, böyük ehtimalla yaranmır. Uğurlar.
Xanlar | 10 Sentyabr 2012 11:55
Salam Orxan hekim.Artiq 23 yasim olacaq.Demeyede utaniram,amma indiyedek cinsi elaqeda olmamisham.Masturbasiya ile ozumu sakitlesdirirem.Sikayyetim tez qurtarmagimdir.Men ne etmeliyem? Bu menim geleceyim ucun ziyan ola biler? Onceden size minnetdarligimi bildirirem.
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2012 07:14
Salam Xanlar.  23 yaş elə də az yaş deyil  və nə qədər tez cinsi həyata başlasaz., bir o qədər yaxşı olar. Bunu üzməyi öyrənməklə müqayisə etmək olar - kiçik yaşlı uşaqlar çox tez öyrənirlər amma yaşlı insanlar  çətinlik çəkir (insan yaşlandıqca - qorxularıda artır). Ona görədə Sizə məsləhət - tez bir zamanda cinsi həyata başlayın. Erkən boşalma problemini, müayinələri kecib, səbəbini biləndən sonra, rahat həll etmək olar. Uğurlar.
Server | 9 Sentyabr 2012 12:27
Men 19.07.12 tarixinde 3 cu 4cu dereceli 2 terefli varikoselden ve hidroselden emeliyyat oldum. Sol xayamdan 35 ml sari rengde su cekildi. Emeliyyata da ele yuxarida sadaladigim diaqnozla girmisem. Cox halsiz olmusdum baxmayaraq ki emeliyyat ugurlu kecmisdi. 22 deq. Bir muddet qizdirmam oldu antibiotiklerden sonra temperatur endi. Sol xayam sismisdi hekim dedi yeniden su yigilib. Yene 35-40 ml su cekildi. Ustelik mualice kursunu kecdikden sonra. Hal hazirda sperma 0.5 miliyon, aktivlik 13 %, cox erken bosaliram 11-12 san, sol xayamada 2 defe siprisle su cekildikden sonra helede sisib su yigilir. Men ne etmeliyem?
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2012 05:37
Salam Sərvər. Hidrosele zamanı əgər əməliyyat olunursa , residiv (təkrar yaranma) nadir hallarda olur. Sizdə olan əməliyyat yalız varikosele ilə bağlı olub? Və 1 -ci dəfə də punksiya olunmuşdu? Əgər beledirsə - Siz hidrosele ilə bağlı əməliyyat keçirməlisiniz. Erkən boşalmanın keçirdiyiniz əməliyyata aidiyyatı yoxdu. Varikosele əməliyyatından sonra , spermanln göstəriciləri 3-6 aydan sonra artmağa başlayır. Uğurlar.
Namiq | 6 Sentyabr 2012 20:24
Salam doktor...menim texminen 3 hefte evvel ayaqlarim agrimisdi bi az da xayalarim..ama meni ele de narahat etmirdi bu agrilar...cemi 1 gece berk agrisi oldu ayaqlarimin...sonra 2 hefteden sonra hekime getdim...hekim prostat siremi yoxladi xayalarima baxdi...bir problemimin olmadigini dedi sadece cox masturbasiya etdiyinden xayalarin agriyir...heqiqetende doktor men 1 il olarki gunde 2 defe masturbasiya edirdim...prosta indi qorxum ondadiki menim xayalarimda sanki solgunluq var yeni sallanirlar ama gec gec yigilirlar....hec bir agri sis falan yoxdu...sadece bu solgunlugun sebebini bilmek isteyirem..??
Dr.Orxan Agabəyov | 9 Sentyabr 2012 05:46
Salam Namiq. Xayaların sağlamlığını qiymətləndirmək üçün mütləq xayaların doppler müayinəsi adlanan müayinədən keçmək lazımdı. Yalnız bu müayinədən keçəndən sonra demək olar - xayalarda problem var ya yox. Xayaların sallanması isə əsasən havanın temperaturundan asılıdı - isti havada adətən xayalar sallanır, soyugda isə yuxarı yığılır. Uğurlar.
Tahir | 4 Sentyabr 2012 08:42
Salam həkim. Mənim Sizə bir neçə sualım var. Əvvəlcədən Sizə təşəkkür edirəm. 1. Məndə cinsi orqanimda biraz əyrilik var. Bu əyrilik hər hansı bir problem yaradarmı gələcəkdə? xatırladım ki, cinsi əlaqədə oldugum zaman hec bir problem olmur. 2. Xayalar çox vaxt aşağıya dogru sallanmış vəziyyətdə olur. Yəni xayalığın dərisi də büzüşmüş vəziyyətdə aşağı sallanır. Belə olmağı nə deməkdir? Neyləməliyəm? 3. Cinsi əlaqədə olduqda tez qurtariram. Bu hardasa 1-2 dəqiqə çəkir və qurtarıram. Bu normaldırmı? Həkim əgər müayinədən keçməyimə ehtiyac varsa xahiş edirəm mənə tez məlumat verəsiniz. Cavab verdiyinizə görə minnətdaram, təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 4 Sentyabr 2012 18:20
Salam Tahir. 1. Əgər əyrilik artmırsa və dərinin altında bərkləşmə hiss etmirsizsə böyük ehtimalla problem olmaz 2.Xayaların sallanması problemdən xəbər vermir, amma varikoselenin (damar genişlənməsi) olub-olmaması və ümumiyyətlə xayaların sağlamlığıni cox rahat (xayaların doppler müayinəsi) yoxlamaq olar. 3.Normal cinsi əlaqənin müddəti 7-8 dəqiqədən artıq olmalıdı. Əlaqənin bu müddətdən az olmağı erkən boşalmadan xəbər verir. Amma bir şərtlə - əgər cinsi əlaqədə olduğunuz qadın 1-2 dəqiqəyə orqazma çatırsa - bu problem sayıla bilməz (yəni cinsi əlaqənin müddəti o vaxt problem sayılir ki,  cinsi əlaqə zamanının qısa olduğuna  görə qadın orqazma çatmır) . Uğurlar.
Elvin | 1 Sentyabr 2012 19:09
Salam həkim.Mənim 23 yaşım var.Cinsi əlaqə zamanı penisin sərtləşməsi tam baş vermir məndə.Amma belə cinsi istəksizlik yoxdur.Sadəcə əlaqə zamanı.Tam sərtləşmədəndə boşalma halı olur.Hardasa 2-3 dəfə bu hal təkrarlanıb və indi qorxuram cinsi əlaqədə olmağa eyni hal təkrarlanar deyə.İndiyə kimi həkimə müraciət etməyə çəkinirdim amma artıq etməliyəm deyə düşünürəm.Və birdə sol xayamın üzərində damar var(görünür).Bundan ola bilərmi deyə düşünürəm.Zəhmət olmasa çalışdiğiniz yeri qeyd edərdiz sizinle elaqə saxlamaq isterdim.
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2012 12:02
Salam Elvin. Eyni vaxtda həm sərtləşmənin zəif olması, həmdə erkən boşalmanın olması, problemiin daha çox psixoloji olduğunu göstərir. Sol xayanın üstündə damarların görünməsi isə böyük ehtimalla varikoseledir (xaya damarlarının genişlənməsi). Varikoselenin təhlükəsi yalnız spermanın keyfiyyətini azaltmaqdadı, cinsi gücə və erkən boşalmaya aidiyyatı yoxdur. Mən Nyu-Med klinikasında işləyirəm, Həsən Əliyev küçəsi, 29 (Tələbə Qəbulu Dövlət Komissiyasının yanı). 055 655 00 66 və 050 363 83 86 nömrəli telefonlarla əlaqə saxlayın, vaxtı müəyyənləşdirək.
Ramil | 31 Avqust 2012 18:44
Salam hekim . men hec vaxt cinsi elaqede olmamisam . amma men tez-tez oz ozume bosaliram (yuxudan elave).sizden xahis edirem mene meslehet verin. ve burda qorxululu nese var?
Dr.Orxan Agabəyov | 3 Sentyabr 2012 05:15
Salam Ramil. Sizdə olan vəziyyət, pollusiya adlanır və daha çox gənc(cinsi həyata başlamayan) oğlanlarda olur. Axşam (yuxuda) olan pollusiyalar, orqanizmin yüksək seksual ehtiraslanma vəziyyətində olmağindan xəbər verir və cinsi həyata başlayandan sonra, adətən keçib gedir. Gündüz pollusiyaları isə kişi orqanizmində müəyyən (nevroloji, iltihabi) səbəblərdən yaranmış problemlərdən xəbər verir və müalicə tələb edir. Uğurlar.
Tebriz | 26 Avqust 2012 12:26
Virusların hamile qadina toretdiyi fesadlari bilmek isterdim.yani eger qadin 4 ayliq hamiledirse kiwi hansi virusu qadina oturse ne ile uzlewe biler ve netmeyi meslehet vererdiz? hekim siz deryasiz isterdim sizin kimi savadım olsun
Dr.Orxan Agabəyov | 27 Avqust 2012 04:48
Salam Tebriz. Əgər hamilə qadın müəyyən mikroblara (trixomonada, qonoreya, xlamidiya və s.) yoluxarsa, fəsadlar çox ciddi ola bilər - hamiləliyin pozulmasına qədər. Ən yaxşı variant isə, əgər kişinin mikroblara yoluxma ehtimalı varsa, o ya prezervativdən istifadə etməlidir, ya da müayinə və müalicə olunub sonra cinsi əlaqəyə girməlidir. Gözəl səzlərə görə təşəkkürlər.