ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Nicat | 4 Oktyabr 2012 06:03
Salam Hekim. Men prostatla bagli sual vermek isterdim. Daha dogrisu onu deqiqileshdirmek isterdim ki, mende olan prostat genishlenmesidir (iltihab?), Infeksiya? , yoxsa zedelenme ola bilerdi? Menim 23 yasim var. Test etdim, (ozunu yoxla) IPSS=25 alindi. Yani ki simptonlarin 90 faizi qeyde alinir. Butun bunlar 2 il evvel bashlayib. Evveller sadece gece urin etmek uchun dururdum. Indi ise IPSS=25 dir. 2 il erzinde yavas-yavas (hiss etmeden) bir de ayildim ki, artiq ezab cekirem. Indi bilmek isterdim ki, bu yasda menim problemim ne ola biler? Simptonlar cinsi heyatima qetiyyen tesir gostermir. Yani ki, o meselede hec bir problemim yoxdur. Ve umumiyyetle bu yasda prostat genislenmesi ola biler? Bes zedelenme ve ya infeksiya nece? Hansi ehtimallar ola biler? Cox sag olun, tesekkurler.
Dr.Orxan Agabəyov | 10 Oktyabr 2012 10:12
Salam Nicat. Sizdə olan simptomlar daha cox prostatitin (prostat vəzinin iltihabı) əlamətləridir. Prostatit müxtəlif səbəblərdən yarana bilər, cinsi yolla infeksiyalarda səbəb ola bilər. Dəqiq diaqnostika ücün, birinci növbədə prostat vəzinin USM-i və sidiyin umumi analizini kecmək məsləhətdir. Uğurlar.
fos | 3 Oktyabr 2012 12:08
Salam doktor. Məndə tez-tez yatan yerdə sperma ixrac olunur. Və bu hadisədən sonra mən səlis fikirləşmə və danışıq qailiyyətimi itirirəm. Halsız oluram. Sanki beynim tormozlayır. Heç bir şey edə bilmirəm. Bunun qarşısını necə almaq olar. Əvvəlcədən təşəkkürlər.
Dr.Orxan Agabəyov | 9 Oktyabr 2012 07:00
Salam Fos. Sizdə olan vəziyyət - pollusiya adlanır. Bu vəziyyət adətən gənclik dövründə olur  və cinsi həyat başlayandan sonra keçir. Bunun qarşısını almaq üçün ya müntəzəm cinsi əlaqələr və ya masturbasiya tövsiyyə olunur. Uğurlar.
Lamiya | 2 Oktyabr 2012 13:37
Zdrastvuyte,doktor!Ya xotela uznaet prinimaete li vi pari ili vawe napravlenie tolko mujchini?
Dr.Orxan Agabəyov | 8 Oktyabr 2012 08:44
Здраствуйте Lamiya. Я принимаю пары  с проблемами в сексуальной жизни и стараюсь помочь и мужчине и женщине. Удачи.
Ulvi | 30 Sentyabr 2012 19:28
salam hekim.menim problemim cinsiyyet orqanimin kicik olmasidi.bunun helli yolu var ve nece? nece etmek olarki o boyusun.oxudugunuz ucun tewekkurler
Dr.Orxan Agabəyov | 7 Oktyabr 2012 10:40
Salam Ulvi. Penisin ölçülərini böyütək üçün bir neçə effektiv üsul var - ekstenderlərin və pompaların istifadəsi və cərrahi əməliyyat. Əgər  2-3 sm- lik artım Sizə uyğundursa - əməliyatsız müalicə etmək olar. Uğurlar.
elxan | 27 Sentyabr 2012 16:01
salam hakim sizi bir mesele ile elaqeder narahat edirem mende cinsi zeiflik hallari var men buna gore ne ede bilerem . Xahish edirem bir hekim olaraq mene bu meselenin hellinde oz tovsiyyelerinizi verediniz .
Dr.Orxan Agabəyov | 7 Oktyabr 2012 10:31
Salam Elxan. Birinci növbədə, Sizdə olan problemlərin səbəbini müəyyənləşdirmək üçün müayinələrdən keçmək məsləhətdi. Bundan sonra isə düzgün və effektiv müalicə yazmaq olar. Uğurlar.
Nuran | 19 Sentyabr 2012 19:55
salam hekim.Men bowalanda sperma sap sari spicka denesinin bashi boyda yumuru topa weklinde boshaliram.bu nomral sperma deyil.prastatin soyuq deymesinden olar??hemde sperma qranmadan analiz vermiwem 54 faiz faiz yaxwidi??
Dr.Orxan Agabəyov | 26 Sentyabr 2012 10:06
Salam Nuran. Spermanın konsistensiyasının dəyişməsi cinsiyyat sistemində hər hansı problemdən xəbər verir. Prostatit (prostat vəzinin iltihabı) bu vəziyyətə səbəb ola bilər. Sperogrammada 54 % - yaxşı göstəricidi, amma baxır hansı klinikada bu müayinə keçirilib. Uğurlar.
Elnur | 19 Sentyabr 2012 17:35
Salam hekim. Men sperma analizi vere bilmirem, yeni ki bowala bilmirem. Bu ne ile elaqedardir? Ciddi olmasindan cox qorxuram. Hem de cinsi elaqede de olmamiwam, 23 yawim var. Cinsi elaqede olsam bu hell oluna biler? Cox sag olun, Sizin qebulunuzda olmagi planlawdiriram.
Dr.Orxan Agabəyov | 20 Sentyabr 2012 07:39
Salam Elnur. Spermanın gəlməməsi  səbəbləri müxtəlifdir - psixoloji, orqanik (hansısa xəstəliklə bağlı). Əgər Siz həyatınızda heç vaxt boşala bilməmisinizsə, bu daha çox orqanik səbəbdən xəbər verir. Hər halda, hansı səbəb olursa olsun, bu problem həll olunandı. Cinsi həyata başlamamış, boşalma problemini(masturbasiya yolu ilə) həll etmək daha məqsədəuyğundu. Uğurlar.
Roman | 17 Sentyabr 2012 22:34
Здравствуйте доктор. Хочу узнать, реально ли вообще избавиться от трихомониаза? Я болею долгие годы, 3 раза очень серьезно лечился, капельницы, уколы, таблетки, промывание канала и тд., симптомы каждый раз исчезают, анализы чистые, но через какое то время опять все начинается. Такое ощущение что мне с этим жить до конца жизни, так ли это? Можно ли вылечится у вас? Сколько это звнизмает времени? Многие в интернете пишут, что это не излечим, да и угробить свой организм антибиотиками надоело, уже боюсь что посажу себе печень или почки. Обязательно ли принимать кучу антибиотиков? Я женат, естественно у супруги тоже это есть, но симптомы только у меня - зуд в головке пениса, иногда частое мочеиспускание, выделений нет. Проверялся всегда после предварительной провокации, тогда выделение появляется. Если у Вас есть гарантии, мы придём к Вам на прием. Заранее благодарю за ответ
Dr.Orxan Agabəyov | 19 Sentyabr 2012 10:06
Здраствуйте Роман. Трихомониаз излечим, лечение занимает в зависимости от условий (какие препараты уже были использованы, давность процесса и т. д.) 15-20 дней. При лечение используются не антибиотики а антипротозойные препараты, которые имеют побочные действия но при разумном использовании никак не могут навредить организму.  Я назначаю  лечение с учетом индивидуальных особенностей, используя брендовые препараты - а  результат в медицине никогда не может быть гарантирован на 100 % - это уже не медицина а волшебство. Удачи.
xalida | 17 Sentyabr 2012 18:50
Salam doktor.Yoldawimin 39 yawi var .1 ildir aile heyati qurmuwuq.Muaine zamani melum oldu yoldawimda xroniki prostatit,spermoqramma zamani oliqoozospermiya 3 cu derece awkar olundu.Mende ise 6 mm mioma var. Ovladimizin olmamagindan cox qorxuram
Dr.Orxan Agabəyov | 18 Sentyabr 2012 17:41
Salam Xalida. Sizin yoldaşınızda olan problemlər müalicə olunan (sağalan) problemlərdi. Sadəcə düzgün müalicə üsulları seçib, müalicəni axıra kimi edin. Uğurlar.
Miko | 16 Sentyabr 2012 10:00
salam hekim..sizin klinikada butun muayineler varmi??yani sperma faizni,xaya sallanmasini aydinlawdirmaqcun??
Dr.Orxan Agabəyov | 18 Sentyabr 2012 17:34
Salam Miko. Bizim klinikada cinsiyyat sistemini yoxlamaq üçün, demək olar ki, bütün növ analizlər (o cümlədən spermoqramma) var. Uğurlar.