ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Wayne | 12 Sentyabr 2014 20:09
Salam Hekim menim xayamin qiraginda etler emele gelib. Bunun mualicesi necedi ?Sizinle nece elaqe saxlaya bilerem? Amma coxdan yaranib evveller xirda idi. indi biraz boyuyub hardasa 2 ilden cox olar var. Bu xesteliyi temiz mualice edib qurtarmaq olarmi?
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2014 05:30
Salam Wayne. Bu cinsi yolla ötürülən infeksiyalara aid edilən, papillomavirusun əlaməti ola bilər. Müalicədə həm dərman preparatları, həmdə lazer koaqulyasiyası tətbiq edilir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Saida | 12 Sentyabr 2014 19:33
salam. iki ilden coxdu ki, sevib aile qurmusam. amma nedense qurtarmiram, erim bir saatda eziyyet ceksede, xeyri yoxdur, duwunurem ki, 1-ci geceden asillidir (bir az problematik oldu). ve birde, erimnen yasadigim an, penisi ele bilki neyese deyir. ne meslehet gorursunuz? tesekkur.
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2014 05:30
Salam Saida. Ümumiyyətlə qadının orqazma çatması bir çox faktorlardan asılıdı -psixoloji faktorlardan, hormonların səviyyəsindən, cinsi əlaqənin müddətindən (ola bilər ki, partnyorda boşalma tez olur, və müddət qadına orqazma çatmağa kifayət etmir). Bir də ki, bir çox qadınlar vaqinal stimulyasiya zamanı(cinsi əlaqə zamanı) orqazma çata bilmir - onlarda yalnız klitoral (klitorun stimulyasiyası zamanı) orqazm var.  Uğurlar.
Leyla | 12 Sentyabr 2014 14:17
Salam hekim. Zehmet olmasa, sualimi cavablandirardiniz. Yoldawimin spermaqrammasinda eyakulyatin hecmi 1.0 ml, ozluluk 0.5, durulawma muddeti 35deq, pH7.5, 1ml spermatozoidlerin miqdari 160 mln, butun eyakulyatda spermatozoidlerin miqdari 160 mln, A sinfi 40%, B sinfi 24%, C sinfi 15% D sinfi 21%. Patoloji formali spermatozoidlerin faizi 15%. Spermoaqriqasiya ve spermoaqlyutinasiya neqativdir. Epitel huceyreler tek tek, leykositler 7-8, lesitin deneleri orta miqdarda, selik az miqdarda. Bu gostericilerle hamile qala bileremmi. Onceden tewekkur edirem.
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2014 05:30
Salam Leyla. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, amma analiz köhnə normativlər olan klinikada verilib, hal hazırda müasir normativlərə görə spermoqrammada spermotozoidlər hərəkətlilik aktivliyinə görə 4 grupa deyil, 3grupa bölünür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vusal | 12 Sentyabr 2014 13:05
Salam doktor.Vakaselden emelliyet olmuwam uwaqim ola biler mi?
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2014 05:30
Salam Vusak. Əgər varikosele əməliyyatı uğurlu aparılıbsa, heç bir problem olmamalıdr. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Davud | 12 Sentyabr 2014 04:02
salam doktor mende bele bir problem var bilmirem heyecannadi ya psixolojidi cinsi elaqeye hazirlasanda her ikimiz soyunuruw amma mende hec bir hiss olmur yeni penis berkimir bir muddet kecennen sonra durur ve ya minet zamani ele olur ki cinsi elaqe zamani basqa sexsimi xarmtirlayiram durur ve cinsi elaqede oluram qoruyucuynan olanda cinsi elaqede olan zaman ereksiya zeifleyir (yalniz qoruyucuda bele olur) nisanliyam toy gecesi heyecani var birden alinmasa berkimese penisim bu meni narahat edir cinsi hevesi artiran ve ereksiyani uzun muddetli eden nese var ? onceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2014 05:29
Salam Davud. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Shah | 11 Sentyabr 2014 16:58
salam həkim məndə penisin baş hissəsində qıcıqlanma, iynə batırmış kimi sancılar mütəvadi olaraq olub kecir, bu ilin qışında məndə penisimin baş hissəsində güclü 1-2 gün davam edən yanmalar olurdu bəzən buna görə gecələr yata bilmirdim isti qrelka qoyduqda keçirdi. sidik analizi verdikde sidikde qan, zülal, leykosidlər tapıldı infeksiya olub olmamasını öyrənmək üçün yaxma götürüldü ancaq təmiz çıxdı. dedilər ki böyrəkdən nəsə gəlib kanalı cızıb. bu mənim gələcək cinsi həyatımda hansısa fəsadlara səbəb ola bilərmi ? əvvəcədən təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2014 05:29
Salam Shah. Belə əlamətlər, cinsiyyət sistemində ciddi iltihabi prosesin olmasından xəbər verir. Əgər müalicə düzgün aparılıbsa, heç bir fəsad olmamalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ferman | 11 Sentyabr 2014 16:00
salam hekim 1 hefte evvel cinsi munasibetde olmusam hem oral hem vaginal vaxti prezervatif taxili olub. ama en evvelde menim ustumde idi qoruyucu taxilmamisdan evvel. ve penisin vaginaya toxunub toxunmadigi tam yadima deyil. bele surtunmeyle hiv virusu kece bilirmi ? test eletdirmeye ehtiyac varmi ?
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2014 05:29
Salam Ferman. Əgər cinsi orqanlarda(qadın ya kişi) açıq yara yoxdursa - ehtimal yoxdur. Bu situasiyada başqa cinsi infeksiyaların keçmə ehtimalı var. Əgər hər-hansı naratlıq hiss edirsizsə, yoxlanmaq məsləhətdir.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
mustafa | 11 Sentyabr 2014 09:49
Salam həkim mən bir şey soruşacağam sizdən masturbasiyanın penisin böyüməsinə zərəri var?
Dr.Orxan Agabəyov | 13 Sentyabr 2014 05:29
Salam Mustafa. Masturbasiyanın penisin ölçülərinə heç bir aidiyyatı yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elxan | 11 Sentyabr 2014 01:48
Salam həkim .üzr istəyirəm sualıma görə. 22 yaşım var subayam.bu yaşıma kimi məndə hələ də sperma gəlmiyib .sadece şəhvət hiss edəndə 1 damcı şəffaf ,sürüşkən maye ilə paltarım islanır sadece bir damcı . sonsuz olmağımdan çox hədsiz narahatam .uje bu məmə psixoloji təsir edir. Xahiş edirəm kömək edin
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2014 05:29
Salam Elxan. Spermanın ifraz olmaması ciddi problem sayılır -və bu problemin həm orqanik(retroqrad eyakulyasiya -spermanın sidik kisəsinə ifraz olması, hormonal problemlər və s.) və psixoloji (boşalma refleksinin blok olunması) səbəbləri var. Bu problemlər əvvəl müəyyənləşdiriləcək, sonra düzgün müalicə strategiyası təyin ediləcək. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
RUFAT 222 | 10 Sentyabr 2014 20:21
salam hekim bir sualim var size oral olaraq yaxinliq etmisem ve ondan sonra 2 gun penis basinda ve diger bolgelerden ezinik kimi agrilar olub sonra azalib ve sidik kanalinda bezen qidiqlanmalar olub kecib infeksiya sebebi olmaq ehtimali olarmi goresen ifrazatlar ve qasinma ve sidikde agri yanma goyneme qizarti olmur evvelcede sagolun
Dr.Orxan Agabəyov | 11 Sentyabr 2014 05:29
Salam Rufat 222. Bəli, oral seks zamanı cinsi infeksiya ilə yoluxma ehtimalı var. Əgər müəyyən əlamətlər narahat edirsə, cinsi infeksiyaların olub-olmamasını yoxlamaq məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.