ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
nigar | 28 Noyabr 2012 11:42
doktor zdtarvstvuyte. ya xochu sprosit u vas,mi s moim partnerem 5 let vmeste ya ego opchen lublu no ne poluchayu orgazma s nim v poslednee vremya u menya inogda bivayut partneri s kotorimi mne xorosho v postele,kak mne bit? spasibo
Dr.Orxan Agabəyov | 2 Dekabr 2012 16:27
Здраствуйте Nigar. Прежде всего нужно откровенно  поговорить об этом с Вашим партнером (только деликатно) -  и если дело в половых проблемах (например, уменьшении времени полового акта, вследствие которого Вы не достигаете оргазма) -объясните ему, что это само собой не решается  и  посоветуйте обратиться к врачу. Можно еще  поговорить о том что он делает неправильно и рассказать о своих преподчтениях. Удачи.
seymur | 28 Noyabr 2012 11:41
salam hekim, 22 yasi var bilmek isteyrirem andropines ziyani varmi mende 15 sm bunu artirmaq isteyirem bir ziyani yoxdur ki? xais edirem mene meslehet veresiniz cavabinizi gozleyecem
Dr.Orxan Agabəyov | 30 Noyabr 2012 05:56
Salam Seymur. Əgər ekstenderin istifadəsinə əks göstərişlər (sidik-cinsiyyat sisteminin xəstəlikləri) yoxdursa və Siz ekstenderi instruksiyada yazılan qaydalara uyğun istifadə edirsizsə - heç bir problem olmaz. Uğurlar.
ALTAY | 27 Noyabr 2012 22:12
Salam Orxan hekim.Menim sonzuzluq problemim var xaricde mualice aliram evli deyilem hekimim deyirki evlenende meni emeliyat edib suni mayalanma edecek.Men evveller Azerbaycandaki hekimin mualicesi esasinda Nebido adli iyne preporatini 4 aydan bir vurdururdum.Amma xaricdeki hekim bunu legv etdi.Mene Arimidex adli bir tabletka yazdi hal hazirda gunde 1 tablet onnan icirem bilmek isteyiremki bu mualice duzgun aparilir?Evvelceden teshekkur edirem.....
Dr.Orxan Agabəyov | 29 Noyabr 2012 18:10
Salam Altay. Arimidex preparatı  yalnız qadınlarda süd vəzi xərcəngi xəstəliyində istifadə olunur(dərmanın instruksiyasında bu informasiya yazılib). Mənə maraqlıdı hansı xarici ölkədə bu preparatı kişiyə təyin ediblər?! Nebido preparatı kişidə testosteronun(kişi cinsi hormonun) səviyyəsini artırmaq üçün istifadə olunur. Umumiyyətlə sonsuzluğun müalicəsinin olub-olmaması - səbəblərdən asılıdı.Uğurlar.
elgun | 27 Noyabr 2012 08:37
Salam doktor.tesadufen saytiniza baxdim ve meni bir dialoq celb eledi size yazdim.bu ekstenderler baghli.mende ANDRO-PENIS iwledirem 22 gundur.amma siz burda sual unvanlayana cavab veribsizki belke sen ekstenderden duzgun istifade etmemisenki cinsi orqanda artiw olmuyub.mende qorxuya duwdumki birden mende duzgun istifade etmerem.indi doktor siz mene nece bawa sala bilersiz duzgun qaydalari nedir bu ekstenderin?onceden twk...
Dr.Orxan Agabəyov | 29 Noyabr 2012 05:19
Salam Elgun. Ekstenderin istifadə qaydaları adətən instruksiya şəklində apparatın qutusunun içində olur. Diqqətlə o qaydalaları oxuyun və nəyi anlamasaz, konkret həmin istifadə qaydası barəsində sual verin(qaydalar bir neçə vərəqdən ibarət olduğu üçün, cavabda bütün qaydaları yazmaq mümkün deyil). Amma əsas prinsiplər bunlardı - səbrli olmaq - bir neçə ay ərzində istifadə etmək, yükü tədricən artırmaq. Uğurlar.
fira | 26 Noyabr 2012 13:09
salam hekim ,prolaktin normada 5.18-26.53 ng/ml gosterir analizin cavabinda ,mende ise 28.69 cixib .beel veziyyetde hamilleik ola bilermi ,yoxsa prolaktin hamileliye engel olur?
Dr.Orxan Agabəyov | 29 Noyabr 2012 04:48
Salam Fira. Prolaktinin normadan yüksək olması, hamiləliyə əngəl ola bilər. Amma Sizdə artım o qədər də yüksək deyil - bu hal rahat müalicə olur. Əgər hamiləliyin yaranmasına başqa əngəllər yoxdursa müalicədən sonra hamilə qala bilərsiz. Uğurlar.
Tural | 26 Noyabr 2012 12:26
Salam,Doktor! Spermatozoidlərdə aktiv hərəkətli 25%-dən çox olmalıdı. Amma analizin cavabında 3-4g/s. Bu da ki,heç 1% deyil. Həkim deyir ki,ancaq süni mayalanma ola bilər. Biz isə istəmirik. Bu faizi qaldırmaq olar? Yəni bunun müalicəsi var?
Dr.Orxan Agabəyov | 27 Noyabr 2012 06:38
Salam Tural. Hər şey səbəbdən asılıdı - əgər spermoqrammanın göstəricilərinin aşağı olması səbəbi, aradan qaldırılandırsa - müəyyən şanslar var. Amma əgər səbəb müalicə olunan deyilsə - ən yaxşı variant süni mayalanmadı. Səbəbləri araşdırın - sonra qərara gəlin. Uğurlar.
ferid | 26 Noyabr 2012 00:35
salam. cinsi orqanin boyumesini temin eden afrodizyakdir? yani inkisafinda esas afrodizyakdir? balaca qalmasida afrodizyakin az olmasi.. bu beledirmi?
Dr.Orxan Agabəyov | 27 Noyabr 2012 06:34
Salam Ferid. Afrodiziaklar- cinsi həvəsi stimulə edən bitki və ya heyvan mənşəli maddələrdi. Cinsi orqanın böyüməsində və inkişafında afrodiziakların heç bir rolu yoxdu. Uğurlar.
Ruslan | 23 Noyabr 2012 13:51
həkim salam mən sizə yazıram ama siz mənə cavab vermirsiniz mən bilmək istəyirəmki cinsi orqanı penisi cərrahi əməliyatsız böyütmək uzatmaq mümkündür?dərmanla müalicə ilə penisi uzatmaq böyütmək mümkündür?mənim 31 yaşım var mümkündürsə cavab verin siznən necə əlaqə saxlayım gəlim qəbulunuza
Dr.Orxan Agabəyov | 23 Noyabr 2012 18:57
Salam Ruslan. Mən Sizə cavab yazmışam - 15 noyabr tarixində. Yəgin cavabı görməmisiniz - cavabı oxumaq üçun, aşağıda " bütün suallar" düyməsinin üstünə vurun(və ya "həkimə sual ver" düyməsinin) və xronoloji ardıcıllıqda öz sualınızı tapın. Əlaqə saxlamaq üçün 055 655 00 66 və 050 363 83 86 nömrələrinə zəng vurun. Uğurlar.
zaur | 22 Noyabr 2012 23:46
salam hekim. bir sualim var ama bir az etrafli yaziram.. 19 yasim var boy 175 ceki 55kg. menim penisim 15sm dir ama nazikdir 2sm... boyma gore cox ariqam . nazik qalmasinin sebebi budur??? bide men 16 yasdan siqaret cekirem o vaxtdanda elede boyumeyib. hem oz boyumda ( 16 yasdada 175 sm idi boyum) cekimde artmayib uz gorunuwumdede ciddi deyiwiklik olmayib. penisin nazik qalmasi siqaretdir ve ariq olmaqimdir? eger bu deilse bawqa nedir etrafli yazin xais edirem cox saolun
Dr.Orxan Agabəyov | 23 Noyabr 2012 18:48
 Salam Zaur. Penisin ölçülərinin kiçik olması səbəbləri müxtəlifdi, amma adətən hormonal pozuntu faktoru əsas rol oynayır. Siqaret çəkməyin və arıqlığın, penisin ölçülərinə aidiyyatı yoxdu. Kiçik ölçülər genetika ilə də bağlı ola bilər. Uğurlar.
Fikret | 22 Noyabr 2012 15:51
hekim salam.hekim bazar gunleri qebula gelmek mumkundur?
Dr.Orxan Agabəyov | 23 Noyabr 2012 11:47
Salam Fikret. Bazar günləri qəbula gəlmək mümkündür - amma əvvəlcədən 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə əlaqə saxlayın, vaxtı dəqiqləşdirək. Uğurlar.