ƏTRAFLI MƏLUMAT
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.
Mən, həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.
Hörmətlə, Dr. Orxan Ağabəyov
Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Robbi_44 | 10 Dekabr 2012 22:03
Salam Hekim xaiw edirem mene komek edesiz men 1-ci cinsi elaqeden sonra .2-ci defe cinsi elaqe alinmir ..ele olur ki 15-20 deqiqe kecir yene alinmir. buda meni ve partnyorumu qane elemir... bu cinsi zeiflikdir ? ve hansi yolla aradan qaldirmaq olar ? Evellceden Tewekkur
Dr.Orxan Agabəyov | 11 Dekabr 2012 08:02
Salam Robbi_44. Sizdə olan problem cinsi zəiflik yox - potensiyanın zəifləməsidir. Potensiynın zəifləməsi səbəbləri müxtəlifdir (saytda oxuya bilərsiz). Və bu problemi aradan qaldırmaq üçün - səbəbləri müəyyənləşdirib - müalıcə etdirmək lazımdı. Uğurlar.
eliw | 10 Dekabr 2012 11:21
salam Orxan d.r men size qardawimla elaqedar yaziram .25 yawi teze tamam olub evlidi bir ovladi var . son vaxtlardi geceler yerine sidik salir ayilanda gec olur artiq yatagi islaq olur . yoldawindan soruwmuwam cinsi elaqe zamani tez yorulur . iwi ile elaqedar olaraq tez tez eseblewir .bununla elaqedar ola bilermi onun bu problemi .evvelceden cox sag olun
Dr.Orxan Agabəyov | 11 Dekabr 2012 07:50
Salam Eliw. Sidiyi saxlamamaq (enurez) xəstəliyinin səbəbləri müxtəlifdir - sidik kisəsində iltihab, prostat vəzisinin xəstəlikləri, psixoloji problemlər. Cinsi əlaqə zamanı problemlər, enurez nəticəsində yaranan depressiyanın da fəsadı ola bilər. Hər halda bu problem müalicə olunan problemdı.Uğurlar.
kader | 8 Dekabr 2012 16:45
SALAM HEKIM.HEKIM MEN SORUWMAQ ISTIDIM SIZDEN MEN EVLIYEM AMMA CINSI ELAQEDE OLAN ZAMAN MEN ORQAZMA OLA BILMIREM.BUNUN SEBEBI NE OLA BILER?
Dr.Orxan Agabəyov | 10 Dekabr 2012 10:11
Salam Kader. Anorqazmiyanın(orqazmın olmaması) səbəbləri müxtəlifdir - psixoloji, hormonal, iltihabi və s. Səbəbləri araşdırıb bu problemi aradan qaldırmaq olar. Uğurlar.
Vusal | 8 Dekabr 2012 10:56
Salam, İstifade etmemisem ama bildiyime gore gecikdirici(bosalma muddetini uzadan) prezervativler var.Onlardan istifade etmek olarmi? Saglamliq cehetden ziyanlari varmi?
Dr.Orxan Agabəyov | 10 Dekabr 2012 07:16
Salam Vusal. Erkən boşalma problemində,heç bir ziyan olmadan, belə prezervativlərdən istifadə etmək olar. Amma prezervativlər bu problemi birdəfəlik deyil, yalnız istifadə etdikdə həll edə bilər. Uğurlar.
HESEN | 6 Dekabr 2012 16:17
Salam, hekim!
Mende axir vaxtlar cinsi orqanimda agrilar hem dib hissede hemde her iki terefde
Soyuq olan kimide agrilar basdiyir xususiyle geceler
Evveller uzun ve qalin idi indi ise 2-3 sm balacalasib hemcinin naziklesib
Sertliyide azalib hemcinin tez bosaliram
bunun ucun ne etmeliyem evvelceden minnetdaram!
Dr.Orxan Agabəyov | 10 Dekabr 2012 06:36
Salam Hesen. Sizdə olan vəziyyət daha cox prostatatitin əlamətlərini xatırladır. Bu xəstəliyin fonunda potensiyanında(sərtliyin azalması, erkən boşalma) zəifləməsi müşahidə oluna bilər. Bu xəstəlikdən qurtulmaq üçün, Siz müayinələrdən keçib -müalicə almalısınız. Uğurlar.
Ismayil | 6 Dekabr 2012 07:15
Salam hekim,menim sualim dermanla baglidi.Eger kamagra qebul edib 1 defe elaqede olsam,bunun mene ne ziyani ola biler..?Onceden chox sag olun
Dr.Orxan Agabəyov | 7 Dekabr 2012 07:31
Salam İsmayıl. Əgər Sizdə bu dərmanın qəbuluna qarşı əks göstərişlər yoxdursa, ziyan olmaz. Uğurlar.
samid | 5 Dekabr 2012 17:34
salam doktor ginekomastiya emeliyyatinin qiymeti necedir texminen qiymet lazimdir.twk
Dr.Orxan Agabəyov | 7 Dekabr 2012 07:19
Salam Samid. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə əlaqə saxlayın, mən Sizə əməliyyatın təqribi qiymətləri və keçirilməsi haqqında informasiya verim. Uğurlar.
rasim | 5 Dekabr 2012 14:00
salam hekim. xahish edirem mene ehtirasi qaldiran derman adi yazasiniz. zehmet olmasa istifade qaydasini da yazin. teshekkurler.
Dr.Orxan Agabəyov | 7 Dekabr 2012 07:15
Salam Rasim. Potensiyanın və ehtirasın (libidonun) zəifləməsi səbəbləri çoxdur. Yalnız səbəbləri müəyyənləşdirib düzgün müalicə yazmaq olar. Uğurlar.
islam | 5 Dekabr 2012 06:55
salam menim 40 yashim var men elaqede olanda tez boshaliram sonra cinsiyet olur 2ci tefe olanda ise gec boshaliram bunu nece elemek olar ki men gec boshalim.teshekkur edirem
Dr.Orxan Agabəyov | 5 Dekabr 2012 16:37
Salam İslam. Erkən boşalmanın bir neçə səbəbi ola bilər - bu səbəbləri araşdırandan sonra - pasiyentə uyğun (individual) müalicə sxemi tətbiq edib effekt almaq olar. Eyni zamanda saytda , erkən boşalma haqqında məgalə var - ordakı tövsiyyələri tətbiq edin. Uğurlar.
elgun | 4 Dekabr 2012 10:43
doktor axirinci sefer narahat edim sizi.bu andro-penisin her hansi hissesi qirilsa Azerbaycanda tapa bilerem?yeni si bilirsiz bu barede?
Dr.Orxan Agabəyov | 5 Dekabr 2012 16:30
Belə apparatlar Azərbaycana, yalnız sifarişlə gətirildiyi üçün, ehtiyat hissələri tapmaq qeyri-mümkündür. Yalnız sifarişlə gətizdirmək olar.