ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
samir | 15 Dekabr 2012 07:51
Salam hekim.sizi narahat edirem menim problemim bir defe elaqede olannan sonra ikinci defe ola bilmirem zeyifleme olur.birde chox tez qurtariram.
Dr.Orxan Agabəyov | 16 Dekabr 2012 14:42
Salam Samir. Sizdə həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma var (bu problemlərin səbəbləri haqqinda saytda oxuya bilərsiz). Səbəbləri araşdırıb müalicə keçin. Uğurlar.
Sattar | 14 Dekabr 2012 13:07
Bir daha salam hekim. Narahat etdiyicun uzr isteyirem, coxlari deyir ki konsistensiya 3du ona gore hamile qalmir yoldashin. Yeni deyirler ki konsistensiya coxdusa ireli hereket yaxshi etmir ve s. Men size bir sual da yazmishdim, hemin sualin davami olaraq verirem bu suali /evvelki sualim eger xatirlayirsizsa - Salam Hekim. Men 4 ile yaxindir ki evliyem. ushaq yoxdu spermanin gosericileri konsistenciya 3 du, % umumi 55, ireli hereket 25%, durulashma vaxti 90 deq. xayalari yoxlatdim solda 2ci dereceli varikocele dediler. Indi bilmek isteyirem hekim men neynemeliyem? bir ara proxed plus icdim , bu derman ancaq Turkiyeden tapdim. indi neyleyim, mutleqdi emeliyyat? bir de bilmek isteyirem varikocelin tesiridimi mende konsistensiya 3, 55%-in de 25%-di ireli, bu %le hamile qala biler yoldashim? cox sag olun - cavab yazmishdiz bu sualima, cox sag olun. Mumkunse bu sualima da cavab yazin, bir daha teshekkur edirem.
Dr.Orxan Agabəyov | 16 Dekabr 2012 14:36
Salam Sattar. Hərəkətlilik - konsistensiyadan asılıdı, əgər konsistensiya çoxdursa, deməli hərəkətlilik az olacaq.  Spermoqrammada əsas göstəricilər - 1 ml-də spermotozoidlərin sayı və irəli hərəkətlilərin sayıdı. Uğurlar.
Ramin | 14 Dekabr 2012 12:48
Salam hekim, mende xayalarin biri o birisinden asagidi, yəni eyni hundurlukde deyil. Bunun sebebi nedir ve her hansi tehlukesi var? Tesekkurler!
Dr.Orxan Agabəyov | 15 Dekabr 2012 18:54
Salam Ramin. Xayaların eyni hündürlükdə olmaması tam fizioloji(normal) haldı və heç bir müalicə tələb etmir. Adətən sol xaya daha iri olur və daha aşağıda yerləşir. Uğurlar.
Ceyhun | 14 Dekabr 2012 10:19
Salam Orxan həkim. Mende problem bundan ibaretdir (37 yas). 1 defe oluram sonra 3 gunden sonra ereksiyam qalxir, hemin gunlerde 3 gunedek qalxir. amma elaqe vaxtinin ortasinda ereksiya yox olur. Bu nedendi?
Dr.Orxan Agabəyov | 15 Dekabr 2012 18:50
Salam Ceyhun. Sizdə olan problemin müxtəlif səbəbləri ola bilər - psixoloji və ya orqanik(hansısa xəstəliklə bağlı). Əlaqə zamanı ereksiyanın itməsi daha çox psixoloji səbəblərdən xəbər verir. Amma hər halda daha dəqiq diaqnostika üçün müayinələrdən keçmək məsləhətdi.Uğurlar.
Elsan | 14 Dekabr 2012 07:04
cox sag olun hekim! məndə cinsiyyət orqanımın kanalında esasən də uc hissəsində qaşınmalar olur. qaşınma həm də xayalarda , ayagımın arasında da olur. səhər duranda alt paltaımda ag ləkələr olur. erkən boşalmaya səbəb bu ola bilər,? təşəkkür edirəm!
Dr.Orxan Agabəyov | 14 Dekabr 2012 12:25
Sizin yazdığınız  problemlərin, erkən boşalmaya aidiyyatı yoxdu. Erkən boşalma probleminin səbələrini müəyyənləşdirmək üçün obyektiv(laborator, instrumental) müayinələrdən keçmək məsləhətdi. Uğurlar.
elgun | 14 Dekabr 2012 06:58
salam hekim.mende belde xayamda herden agrilar olur tez tez mastr oluram gunde 1 defe 2 gunden bir xeyli vaxtdir bu ondan ola biler? 21 yawim var.meslehetinize ehtiyacim var tewekkur edirem
Dr.Orxan Agabəyov | 14 Dekabr 2012 12:21
Salam Elgun. Xayadakı ağrıların səbəbləri müxtəlif ola bilər - varikosele, epididimit(xaya artımının iltihabı), orxit(xaya iltihabı) və s. Ağrı adətən masturbasiyadan olmur. Səbəbi müəyyənləşdirmək üçün - xayaların doppler müayinəsindən keçmək məsləhətdi. Uğurlar.
Sattar | 13 Dekabr 2012 11:41
Salam Hekim. Men 4 ile yaxindir ki evliyem. ushaq yoxdu yoldashimda problem var o da mualice olunur, mende spermanin gosericileri konsistenciya 3 du, % umumi 55, ireli hereket 25%, durulashma vaxti 90 deq. xayalari yoxlatdim solda 2ci dereceli varikocele dediler. Indi bilmek isteyirem hekim men neynemeliyem? bir ara proxed plus icdim , bu derman ancaq Turkiyeden tapdim. indi neyleyim, mutleqdi emeliyyat? bir de bilmek isteyirem varikocelin tesiridimi mende konsistensiya 3, 55%-in de 25%-di ireli, bir de bu varikosel agir qaldirmaqdan ola biler?, umumiyyetle neden emele gelir. Cox sag olun hekim, cavabiniza gore de evvelceden minnetdaram Bir de hekim %i necedi? yeni bu %le hamile qala biler yoldashim? cox sag olun
Dr.Orxan Agabəyov | 14 Dekabr 2012 06:56
Salam Sattar. Varikosele iki səbəb nəticəsində inkişaf edir : 1. Damar divarının anadangəlmə zəifliyi.2.Kiçik çanaq orqanları və ya xaya kisəciyinin venalarında qanın yüksək təzyiqi. Varikoseleyə meyl etdirən amillər - kişik çanaq orqanlarında durğunluq hallarıdır - qəbizlik, cinsi həyatın qeyri - müntəzəmliyi, ağır fiziki iş. İrəli hərəkətlilərin faizi normaya uyğundu, amma Siz 1 ml-də spermatozoidlərin miqdarına da fikir verin - 15 milyondan az olmamalıdı. Əgər bu ğöstərici də normaya uyğundursa əməliyyat etmək , məsləhət deyil (müntəzəm spermoqrammanı yoxlamaq şərti ilə). Uğurlar.
Elsan | 13 Dekabr 2012 05:57
Salam həkim! göstərmiş olduğunuz xidmətə görə minnətdarıq sizə! Həkim bir çoxlarında olduöu kimi məndə də erkən boşalma halları var. gecikdirici gelden de istifade etdim effekt vermedi. prezervativden de istifade edirem yene de xeyri yoxdu. cinsi elaqe hec 2 deqiqe cekmir. xahiş edirəm ən optimal variantı mənə məsləhət verərdiniz. Təşəkkür edirəm!
Dr.Orxan Agabəyov | 14 Dekabr 2012 06:51
Salam Elsan. Əgər gecikdirici gel və prezervativ kömək etmirsə, dəməli problem dərinin hiperhəssaslığı ilə bağlı deyil. Səbəbi müəyyənləşdirib, müalicə keçmək məsləhətdir. Uğurlar.
Robbi_44 | 12 Dekabr 2012 19:31
Salam Hekim... zererli verdiw eyer siqaret araq narkotik nezerde tutrsunuzsa bunlar menlik deyil siqaret cekmirem yay aylarinda pive icirem yagin ki buda cox tesir elemez o birilerina baxanda... saytda oxudum bal-qoz mualicesi artiq ona hazirlawiram inwallax dediyiniz kimi 1ay qebul edecem... orda yazilib 1qashiq sexer bir qashiq axsham seher saat necede ve axsham saat necede qebul edim ??? birde yemekden qabaq ya sonra ??? size cox cox tewekkur edirem insanlara faydali meslexetler verdiyiniz ucun...
Dr.Orxan Agabəyov | 14 Dekabr 2012 06:46
Salam Robbi_44. Səhər tezdən acqarına və axşam yeməyindən sonra qəbul etmək məsləhətdi. Uğurlar.
Robbi_44 | 11 Dekabr 2012 20:34
Salam Hekim cox sag olun sualima cavab verdiniz... dediyiniz kimi mende cinsi yox potensiya zeyifliyi var... bunu 100% aradan goturmek olarmi ? mualicesi uzun prosesdirmi ? bele bawa duwdum ki elede problem deyil bunu aradan qaldirmaq ?? Evvelceden Tewwekur !!!
Dr.Orxan Agabəyov | 12 Dekabr 2012 19:12
Salam Robbi_44. Potensiyanın gücləndirilməsi ücün həm dərman vasitələrindən həm də təbii vasitələrdən istifadə olunur. Birdə çox vacibdir ki, zərərli vərdişlərdən imtina eləyəsiz (əgər varsa) və umumiyyətlə sağlam həyat tərzi keçirəsiz. Müalicə müddəti fərqli ola  bilər, amma adətən 1-2 ay kifayət edir. Uğurlar.