ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
natiq | 24 Dekabr 2012 15:45
Salam həkim mende erkən boşalma olur cinsi aktı uzatmaq üçün boşalana yaxın özümü sıxıb saxlıyıram, ancaq 3-4 defe bele edenden sonra penisin sertliyi azalır, yalnız 4-5 dəqiqeden sonra sertleşir. Tez boşalmanı nece müalice etmek olar. Bir de Cinsi aktivliyi nece artırmaq olar. Təşəkkrür edirem
Dr.Orxan Agabəyov | 25 Dekabr 2012 04:47
Salam Natiq. Sizdə həm erkən boşalma həmdə potensiyanın zəifləməsi halları var.  Saytda , erkən boşalma və potensiyanın güclənsirilməsi haqqında məgalələr var - ordakı tövsiyyələri tətbiq edin.Əgər düzəlməsə -müalicə lazımdı. Səbəbləri araşdirandan sonra - pasiyentə uyğun (individual) müalicə sxemi tətbiq edib effekt almaq olar. Uğurlar.
alakber | 24 Dekabr 2012 12:55
Salam. Orxan .h. mende sperma sayi 7 ml-dur bunu nece mulice etmek olar...?
Dr.Orxan Agabəyov | 25 Dekabr 2012 04:41
Salam Alakber. Əvvəl spermotozoidlərin sayının az olması səbəblərini müəyyənləşdirmək lazımdı (belə say olanda - problem xayalardadı) - xayaların doppler müayinəsindən keçmək lazımdı. Bundan sonra müalicə taktikasını seçmək olar. Uıurlar.
rail | 24 Dekabr 2012 12:26
salam hekim bagiwdiyin narhat edirem...menim pensim 12 11 sm-dir bunun normal olmadigni bilirem,bunu tebbi yola hell etmek olar?
Dr.Orxan Agabəyov | 25 Dekabr 2012 04:33
Salam Rail. 12 sm -normanın  daxilində olan nəticədi. Əməliyyatsız ölçülərin artırılması üçün (1,5-2 sm) əsasən ekstenderlərdən(ölcüləri artırmaq artırmaq üşün cihazlardan) istifadə olunur. Uğurlar.
Elcin | 24 Dekabr 2012 12:11
salam hekim. kiwi ucun anal seksin bir poblemi var? ve yaxud bunun qadina ziyani var? evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 24 Dekabr 2012 23:48
Salam Elcin. Kişi anal seks zamanı müxtəlif cinsi infeksiyalara yoluxa bilər. Qadında isə infeksiyalara yoluxmadan başqa, düz bağırsağın çatı da yarana bilər.
Azer | 24 Dekabr 2012 10:59
Salam Hekim! Menim sualim beledir... Men indiyecen qadinla cinsi elaqede ola bilmemiwem sebeb cinsi orqanimin tam berkimemesi ve ya umumiyyetle berkimemesi. Basqa vaxtlar yeni, bow vaxlarda ya hardasa olanda mende berkime olur hemde ehtiras hiss cox guclu olur, hardasa "porno" filme baxdiqda, ve ya hardasa celbedici bir qadin gordukde mende ehtiras hissi oyanir, berkime de olur normal olaraq... cinsi orqanda, ancaq canli gozumnen gordukde eyani wekilde cilpaq qadin gordukde yaxud cinsi elaqede olmaq isteyende mende orqanda berkime olmur, o ki bow oturanda ya hardasa gozumun qabagina gelir ya yenede deyirem hansisa "porno" filme baxanda berkime olur ehtiras hissi oyanir, canli canli qadinla cinsi elaqede ola bilmirem cunki berkime prosesi getmir. sizden xahiw edirem bunun niye bele oldugunu mene deyesiz cox xahiw edirem, yeni konkret sebebini...
Dr.Orxan Agabəyov | 24 Dekabr 2012 23:26
Salam Azer. Konkret səbəb - psixoloji səbəbdidir - koitofobiya adlanır. Bu əsasən gənclərdə olur və cinsi əlaqə zamanı həyəcanla əlaqəlidir. Yəni pornofilmə baxanda və ya başqa situasiyalarda Sizdən güclü ereksiya tələb olunmur və hər şey qaydasında gedir. Amma real cinsi əlaqə zamanı Sizdə ereksiyanın keyfiyyətinə görə (yaxşı olacaq ya pis) və partnyorun razı qalıb- qalmadığına görə şübhələr yaranır (birdən mən onu razı salmadım) və bunun nəticəsində ereksiya mexanizmləri pozulur. Bir-iki uğurlu cinsi əlaqədən sonra bu hal keçib gedəcək. Uğurlar.
ismayil | 24 Dekabr 2012 09:22
Salam Doktor men esasen bilmek isterdim ki indi ki vaxtda cinsi zeifliyin coxalmasi neden asilidir yeni evveler bele seyler az idi amma indi dahada coxalib?
Dr.Orxan Agabəyov | 24 Dekabr 2012 23:19
Salam İsmayil. Cinsi zəifliyin artmasına səbələr - kişilərin həyatında gündəlik stresslərin çoxalması, cinsi yolla ötürülən infeksiyalarla yoluxmaların artması, ekoloji problemlər və s. durur. Bir də ki, müasir dövrdə kişilər daha çox bu problemlə həkimlərə müraciət etməyə başlayıblar - qabaqlar bu hallarla müraciyətlər az olurdu. 
konul | 24 Dekabr 2012 09:16
zdrastvuyte,pomoqite mne pojalusta.u mena ranwe bil orqazm.no uje 3 qoda net...s vozbujdeniem i partnerom vse v poryatke.odnako orqazma ne bivaet.u mena nevroz,ne znayu mojet eto xot kak to vliyaet eto.no posle vpervoqo aborta ya kajetsa poterala cuvstvitelnost...
Dr.Orxan Agabəyov | 24 Dekabr 2012 23:08
Здраствуйте Konul. Причин аноргазмии у женщин очень много, но если у Вас эта проблема не с начала половой жизни - то причина наверное в снижении чувствительности. При изменениях чувствительности проводится местное лечение. При анатомических дефектах и рубцовых изменениях половых органов может быть показано оперативное лечение. Удачи.
Cavid | 24 Dekabr 2012 08:02
Salam hekim! Size bele bir sualim var. Her hansi bir yolla cinsi orqani boyutmek mumkundurmu? Eger mumlundurse bu nece ve harda mumkundur.... Evvelceden Size tesekkur edirem....
Dr.Orxan Agabəyov | 24 Dekabr 2012 22:56
Salam Cavid. Penisi böyütməyin 2 yolu var - cərrahi və konsevativ (ekstenderlərin və pompaların köməyi ilə). Əgər 1,5-2 sm artım Sizə kifayət edirsə - bunu əməliyyatsız da etmək olar. Uğurlar.
AGA | 24 Dekabr 2012 07:55
Salam Orxan hekim, men erken bowalmadan eziyyet cekirem. bu istiqametde mene tovsiyyeniz ve ya mualice kursu ahqqinda melumat vere bilersiz|? onceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 24 Dekabr 2012 22:29
Salam Aga. Erkən boşalmada əsas prinsip - müntəzəmlikdir (yəni cinsi əlaqə aktları arasında böyük fasılələr verməmək). Erkən boşalmanın aradan qaldırmaq üçün başqa tövsiyyələri - saytda oxuya bilərsiz. Əgər bu tövsiyyələrin tətbiqi nəticə vermirsə - müalicə lazımdı. Uğurlar.
Vuqar | 24 Dekabr 2012 07:52
salam.men qizlarla telefonda daniwanda mene cinsiyetden wire axmaqa bawlayir.bunun sebebini bilmek olar?
Dr.Orxan Agabəyov | 24 Dekabr 2012 22:14
Salam Vuqar. Bu tamamilə normal haldı - bu şırəni orqanızm ehtiraslananda sürtgü (smazka) məqsədi ilə, yəni cinsi əlaqənin komfortlu keçməyi üçün ifraz edir. Uğurlar.