ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
natiq | 25 Dekabr 2012 16:35
Salam həkim.Sualı cavablandırdığınız üçün təsəkkür edirem. Dediniz ki mende hem erken boşalma hem de potensiya zeifliyi var. Mualice ile bunları hansı müddete aradan qaldırmaq olar? Ümumiyyətlə müalice xercleri ne qeder teşkil edir. Və Sizin qebulunuza ne vaxt duşmek olar
Dr.Orxan Agabəyov | 26 Dekabr 2012 07:04
Salam Natiq. Müalicənin müddəti təxminən 1-2 aydır. Amma ilk nəticələri 15-20 günə görə biləcəksiniz. Qəbula yazılma və müalicə xərcləri ilə bağlı 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə əlaqə saxlayın. Uğurlar.
ruslan | 25 Dekabr 2012 14:07
Doktor liqamentotomiya emeliyyatindan derhal sonra yeni bugun eletdirdim ele bugunde penisimde neqeder artiw olacax minimum hec olmasa 2 sm artiw olacaxmi?xahiw edirem buna cavab vererdiz sualin mahiyyetini bawa duwersiz yeginki.tewekkurler
Dr.Orxan Agabəyov | 26 Dekabr 2012 07:02
Liqamentotomiya əməliyyatından sonra pasiyent 6 ay ərzində, ekstender istifadə etməlidi - bu müddət ərzində 3-5 sm-lik artıma nail olmaq olar. Uğurlar.
novator | 25 Dekabr 2012 09:50
salam doktor cavabiniz ucun cox minnetdaram,bir daha sizi narahat edirem. men size muraciet etmek fikrindeyem, odur ki, gelerken hansisa analizler verib gelmeyim meslehetdir yoxsa ozunuz napravleniya verirsiz analizlere? bir de mumkunse tarifler barede melumat almaq isterdim eger mumkunse.
Dr.Orxan Agabəyov | 26 Dekabr 2012 06:26
Salam Novator. Birinci dəfə gələndə öncədən verdiyiniz analizləri gətirin, başqa analizlərə hələ ehtiyac yoxdu. Qiymətlər - münasibdi( daha ətraflı informasiya üçün 055 655 00 66 və 050 363 83 86 nömrələrinə zəng vurun). Uğurlar.
Oktay | 25 Dekabr 2012 07:53
salam.men birinci elaqede tez bowaliram dalbadal ikinci ucuncu sefer olanda normal olur ancaq birincini hemiwe hec 1 deqiqe kecmirki bowaliram.bu cinsi zeyiflik ola biler?
Dr.Orxan Agabəyov | 26 Dekabr 2012 06:18
Salam Oktay. Bu cinsi zəiflik yox, erkən boşalmadı. Boşalmanı kontrol etmək üçün bir neçə metodikalar var(saytda erkən boşalma haqqında məqalədə informasiya verilib) -onları tətbiq eləyin. Əgər nəticə olmasa -müalicə lazımdı. Uğurlar.
Zahid | 24 Dekabr 2012 20:21
Можно догадаться без интима девственница девушка или нет?имею в виду с рукой или как то?...если можно как?
Dr.Orxan Agabəyov | 25 Dekabr 2012 06:46
Здраствуйте Zahid. У каждой девушки строение девственной плевы индивидуально, у некоторых плева может сильно растягиваться  и располагаться глубоко. В принципе точно определить, девственница девушка или нет может только гинеколог. Но при современой ппопулярности нетрадиционных видов секса, эти проверки не имеют особенного значения. Удачи.
resad | 24 Dekabr 2012 18:59
Salam. Doktor sualim budu ki emeliyatla penisi uzatmaq olar? Olarsada emeliyatdan sora hansisa problemler (ereksiya kimi) yaranar? Emeliyat ucun hara muraciet etmek lazimdi?
Dr.Orxan Agabəyov | 25 Dekabr 2012 06:20
Salam Resad. Penisi böyütmək(uzatmaq) əməliyyatı - liqamentotomiya adlanır. Bu əməliyyat əgər düzgün aparılırsa - ereksiya üçün  heç bir problem olmur. Əməliyyatı keçirmək üçün bir neçə variant var (zəng edin -müzakirə edək). Uğurlar.
Vidadi | 24 Dekabr 2012 18:39
Salam hekim.men 1ildir aile qurmusam.usagimiz yoxdur.yoldasim butun muayinelerden kecib.prolaktin yuksek idi,normaya dusdu.bes men hansi muayinelerden kecmeliyem? sperma analizim yaxsi cixib.basqa ne etmeliyem?tesekkur onceden.
Dr.Orxan Agabəyov | 25 Dekabr 2012 06:12
Salam Vidadi. Spermoqrammanı bir neçə klinikada verin -əgər spermoqrammanın göstəriciləri normaya uyğundursa - heç bir baçqa analizə ehtiyac yoxdu. Uğurlar.
Eliko | 24 Dekabr 2012 18:22
Salam doktor.xahiş edirəm,mümkünsə mənə ətraflı cavab yazardız.Mən cinsi əlaqə zamanı tez boşalıram,təxminən 1-2 dəqiqəyə.2-ci dəfə isə gec oyanır və gec boşalıram.bunun səbəbi haqqında mümkünsə.Öncədən təşəkkür edirəm!
Dr.Orxan Agabəyov | 25 Dekabr 2012 06:10
Salam Eliko. Sizdə həm erkən boşalma həmdə potensiyanın zəifləməsi halları var.  Saytda , erkən boşalma və potensiyanın güclənsirilməsi haqqında məgalələr var - ordakı tövsiyyələri tətbiq edin.Əgər düzəlməsə -müalicə lazımdı. Səbəbləri araşdirandan sonra - pasiyentə uyğun (individual) müalicə sxemi tətbiq edib effekt almaq olar. Uğurlar.
Elman | 24 Dekabr 2012 18:22
Salam Hekim.Menim 18 yasim var,Cinsiyyet orqanim emnce balacadi.yatmis hali ele vaxt olur ki 3-5 sme qeder enir.,Durmus vezyyetde ise 10 smdir,cinsiyyet orqanimi nece boyude bilerem tebii usullarnan ve cinsiyyet orqanin boyumesi hansi yasa kimi davam edir?indiden cox sag olun hekim
Dr.Orxan Agabəyov | 25 Dekabr 2012 06:07
Salam Elman.Cinsiyyat orqanı 17-19 yaşa kimi inkişaf edir. Ölçüləri böyütmək üçün ekstenderlərdən (ölçüləri böyütmək üçün cihazlardan) istifadə olunur. Uğurlar.
Feqani | 24 Dekabr 2012 18:21
Salam.Saytınızı "azxeber.com" xəbər portalında dərc olunan yazı vasitəsi ilə öyrənmişəm.Məndə bilmirəm adət halı alıb deyə ya nədəndirsə gün ərzində boşalmaya həvəsim çoxalır, gün ərzində daha çox istək yaranır buna.Bu baş verdikdə də bunu elədiyimə görə narahatçılıq olur daxilimdə.Bu istəklərdən necə qurtula bilərəm ? Özümdən asılı olmadan baş verir.Zəhmət olmasa kömək edin
Dr.Orxan Agabəyov | 25 Dekabr 2012 06:02
Salam Feqani. Masturbasiyaən gün ərzində sayların tədricən azaldın - məsələn 3,2,1. Və yaxud calışın cinsi əlaqədə tez-tez olun. Və ən əsas aktiv həyat tərzi keçirin - idmanla məşğul olun, gəzintilərə çıxın. Narahatçılığa lüzüm yoxdu - əgər  masturbasiya ifrat dərəcədə olmursa - bunun ziyanı yoxdu. Uğurlar.