Mahir | 30 Dekabr 2012 03:54
Salam doktor .Bilmek isterdim ki, Azerbaycanda kishi cinsiyyet orqaninin uzadilmasi ucun sherait var ?
Dr.Orxan Agabəyov | 1 Yanvar 2013 07:43
Salam Mahir. Cinsi orqanın uzadılmasının iki yolu var əməliyyatsız - ekstenderlərin (xüsusi cihazların) köməyi ilə və əməliyyat yolu ilə. Ekstenderlərin köməyi ilə 1,5-2 sm əldə etmək olar(Azərbaycana sifarişlə gətirirlər). Uğurlar.
nofel | 28 Dekabr 2012 17:36
salam hekim. hekim mende son 2 aydirki cinsi zeyiflik bas verib hekime muaciet etdim men alikaps tabletkasi qebul etmeyi meslehet gordu effekti oldu ama derman bitdikden sonra hemenki veziyet yarandii. bilmek isterdim mualicevi hansi dermani qebul ede bilerm?
Dr.Orxan Agabəyov | 30 Dekabr 2012 07:06
Salam Nofel. Cinsi zəifliyin müxtəlif səbələri var. Və effektiv müalicə təyin etmək üçün - bu səbəblər müəyyənləşdirilməlidir. Umumi tövsiyyələr - saytda(potensiyanın gücləndirilməsi məqaləsində) yerləşdirilib.Uğurlar.
Ramin | 28 Dekabr 2012 13:19
salam hekim. Men cinsi elaqede olanda cox tez boshaliram, hetta 2 ci,3cu defe olanda da cox ferq elemir, Men isteyirem sexden hezz alim, amma cox tez boshaldigim ucun hezz ala bilmirem, xahish edirem mene komek edesiz. evvelceden teshekkur
Dr.Orxan Agabəyov | 30 Dekabr 2012 07:01
Salam Ramin. Erkən boşalmanın səbələri müxtəlifdi - əgər Sizdə 2-ci, hətta 3 -cü cinsi əlaqə zamanı da erkən boşalma olursa - böyük ehtimalla səbəblər cinsiyyat sistemindəki problemlərlə bağlıdır. Erkən boşalmanın aradan qaldırmaq üçün tövsiyyələri - saytda oxuya bilərsiz. Əgər bu tövsiyyələrin tətbiqi nəticə vermirsə - müalicə lazımdı. Uğurlar.
Musa | 27 Dekabr 2012 20:17
Salam.Menim yoldawimin 26 yawi var.Cinsi elaqede olma hevesi demek olar ki yoxdu.Cinsi elaqe zamani bowala bilmediyini duwunurem.Yalniz menim tekidimle birlikde oluruq ki bu da meni cox narahat edir.Sizce bunun sebebi ne ola biler.Biz ne etmeliyik? Tewekkurler
Dr.Orxan Agabəyov | 28 Dekabr 2012 08:19
Salam Musa. Sizin yoldaşınızda seksual soyuqluq(frigidlik) simptomları var. Bu problemin səbəbləri müxtəlif ola bilər - psixoloji (məsələn sərt tərbiyə nəticəsində) və orqanik (cinsiyyat sistemində hanslsa xəstəliklə bağlı ). Elə hallar olur ki, 1- ci hamiləlikdən sonra, qadında bu problemlər aradan qalxır. Birinci növbədə, qadıının hormonal sistemini yoxlamaq məqsədəuyğundu. Uğurlar.
Murad | 27 Dekabr 2012 11:26
Salam, Doktor!
Evvelce, bize burada sual vermek imkan yaratdiqiniza gore teshekkur edirem.
Uzun muddetdir meni bir neche sual narahat edir:
1) Menim penisim sol terefe meyllidir, ehtirasli veziyyetde de sola eyilmish kimi olur.
2) Sol xaya saq xayadan balacadir.
3) Mene ele gelir ki, masturbasiya zamani sperma az ifraz olunur (cinsi elaqede olmuram ve her gun ve ya bir gunden bir 1-2 defe masturbasiya edirem).
4) Penis durmush halda 15 sm-dir.
Bu qeyd etdiklerimde her hansi problem varmi?
Menim 22 yashim var ve bu vaxtacan gece pollusiya olmamisham.Duzdur, demek olar her gun masturbasiya edirem. Ancaq ele olub ki, yoxlamaqchun 1 ay etmemishem, ancaq yene de pollusiya olmamisham. Pollusiya butun kishilerde olurmu? Ve bunun olmamasi cinsi zeiflik sayila bilermi?
Evvelceden teshekkur.
Dr.Orxan Agabəyov | 28 Dekabr 2012 08:08
Salam Murad.1. Əgər penisin əyriliyi çox deyilsə və inkişaf etmirsə - problem deyil, əgər əyrilik çox hiss olunursa və artirsa - Peyroni xəstəliyi ola bilər. 2. Adətən kişilərdə sol xaya daha iri olur - amma tərsinə də ola bilər (daha dəqiq xayaların doppler müayinəsindən sonra demək olar) 3. Əgər masturbasiya tez-tez edirsizsə - spermanın miqdarının azlaması normal haldı. 4. 15 sm - tam normaya uyğun ölçüdü. 5.Pollusiyanın olmaması - cinsi zzəiflikdən xəbər vermir (ən əsası öz üzərinizdə eksperimentlər keçirməyin - cinsi həyatda və ya masturbasiyada böyük fasilələr etməyin). Uğurlar.
KEMALE | 26 Dekabr 2012 17:46
SALAM DOKTOR.YOLDASIMDA SPERMA 25FAIZDI.2CI DERECELI VARIKOSEL.BUNUNLA HAMILE QALMAQ OLAR?COX XAIS EDREM CVBLNDIRASIZ.MUTLEQ EMELIYYAT LAZIMDI?
Dr.Orxan Agabəyov | 27 Dekabr 2012 05:58
Salam Kemale. Aktiv hərəkətlilər 25 % - di ya umumi hərəkətlilik? Əgər umumi hərəkətlilik 25 % - dirsə, bu aşağı faizdi. Və bu halda (spermoqrammanın dinamikasına nəzarət eləyərək) - əməliyyat məqsədəuyğun sayıla bilər. Uğurlar.
Vuqar | 26 Dekabr 2012 11:13
salam .men bilmek isterdim tez tez masturbasiya etmekiyin penise ziyani var? Hansi pis fesadlar yarada biler? Masturbasiyanin nece muddetden bir edilmesi meslehet gorulur?evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 27 Dekabr 2012 05:44
Salam Vüqar. Masturbasiya üçün sərt normalar yoxdu - hər şey insanın temperamentindən asılıdı. Əsas odur ki, ifrat dərəcədə olmasın. Penis üçün xüsusi bir ziyan olmur yalnız dəridə müəyyən sürtülmələr ola bilər. Birdə əgər masturbasiya uzun müddət davam edərsə, real cinsi əlaqə zamanı problemlər yarana bilər(real cinsi əlaqə zamanı ehtiraslanma daha az ola bilər). Uğurlar.
Cavid | 26 Dekabr 2012 09:47
Hekim salam! Men size penisin boyumesi ile bagli sual vermisdim. 1,5-2 sm boyume bes eder. bunu nece etmek olar?
Dr.Orxan Agabəyov | 27 Dekabr 2012 05:40
Salam Cavid. Penisin ölçülərini böyütmək məqsədi ilə adətən ekstenderlərdən(xüsusi cihaz) istifadə olunur. Ekstenderi Siz 6-9 ay istifadə etdikdə 1,5-2 sm-lik nəticə əldə edə bilərsiniz. Uğurlar.
Vidadi | 25 Dekabr 2012 20:36
Salam hekim.cavab verdiyiniz ucun tesekkur edirem.1sualim da var. uzr isteyirem,cinsi elaqeden sonra menim penisimin derisi soyulur,sonra qabiq verir.bu neden ola biler?
Dr.Orxan Agabəyov | 26 Dekabr 2012 08:46
Salam Vidadi. Cox gümanki Sizdə göbələk infeksiyası var. Bu problem rahat müalicə olunur. Uğurlar.
Samir | 25 Dekabr 2012 19:34
Salam hekim. Menim narahatligim penisimle elaqelidir. Bele ki penis sertlewme zamani awagi dogru eyilir. Internetde apardigim arasdirma zamani bunun peyroni xesteliyi olacagi ehtimali ile rastlawdim. Cinsi elaqede oldugum zaman partnyoruma da cox agri verdiyinin sahidi oluram. Zehmet olmasa bunun haqqinda melumat vererdiniz. Hansi xestelikle elaqederdar, mualicesi varmi, nece yaranib bu xestelik, ne etmeyimi meslehet gorerdiniz. Cox sag olun.
Dr.Orxan Agabəyov | 26 Dekabr 2012 09:41
Salam Samir. Peyroni xəstəliyinin səbələri - genetik meyllilik, penisin travması, autoimmun xəstəliklər ola bilər. Peyroni xəstəliyin müalicəsi var - dərman preparatlarının köməyi ilə və ya əməliyyat. İlkin etapda (əgər əyrilik çox deyilsə) preparatlar təyin olunur. Əgər nəticə olmursa - əməliyyat məqsədəuyğundu. Uğurlar.