ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
elmir | 3 Yanvar 2013 09:03
salam hekim. Bele bir sualim var,15sm penisle cinsi elaqe zamani qiz orgazm ola biler?yeni bu uzunluq kifayet eder eks terefin hezz almasi ucun? Cox sag olun.
Dr.Orxan Agabəyov | 4 Yanvar 2013 06:48
Salam Elmir. Penisin 15 sm-lik uzunluğu tamamilə normaya uyğundur. Amma qadının cinsi əlaqə zamanı, orqazma çatması üçün təkcə ölçülər yox, başqa faktorlarda (məsələn cinsi əlaqənin müddəti) vacib rol oynayır. Uğurlar.
elvin | 3 Yanvar 2013 09:03
hekim salam, mende cinsi zeiflik hiss edirem ishim oturaq ishdi fiziki ishle uzun muddetdir ki meshqul olmuram yash 37. birde cinzi elaqe zamani tez boshaliram sonra ikinci defe istesem de mumkun olmur cox xahish edirem meslehetinizi ersirgemeyesiniz
Dr.Orxan Agabəyov | 4 Yanvar 2013 06:45
Salam Elvin. Sizdə həm erkən boşalma həmdə potensiyanın zəifləməsi halları var.  Saytda , erkən boşalma və potensiyanın güclənsirilməsi haqqında məgalələr var - ordakı tövsiyyələri tətbiq edin.Əgər düzəlməsə -müalicə lazımdı. Səbəbləri araşdirandan sonra - pasiyentə uyğun (individual) müalicə sxemi tətbiq edib effekt almaq olar. Uğurlar.
ruslan | 2 Yanvar 2013 08:24
doktor ligamentotomiyadan basqa (penis uzadilmasi ucun) ele emeliyyat varmiki emeliyyat olundugun gun ele penisde artis olsun?
Dr.Orxan Agabəyov | 4 Yanvar 2013 06:39
 Hal-hazırda liqamentomiya - penisin uzadılması üçün ən optimal əməliyyat sayılır. Başqa metodikalar da var - amma ereksiyada problemlər yaratmaq ehtimalları olduğu üçün, demək olar yerinə yetirilmir. Uğurlar.
Ziya | 2 Yanvar 2013 05:19
Salam hekim menim 30 yasim var, aileliyem. 1 evladim da var. Mende xayalarda agrilar olur. 1 ilden coxdur. Agri Bezen olur. Sevisme zamani. Bosalma olarsa agri olmur.
Dr.Orxan Agabəyov | 3 Yanvar 2013 09:29
Salam Ziya. Xayalarda ağrılar müxtəlif səbələrdən ola bilər - ən rast gəlinən səbələr - epididimit (xaya artımının iltihabı) və varikoseledir. Birdə səbəb ola bilər ki, Siz cinsi həyata böyük fasilələr verirsiz. Dəqiq səbəbini bilmək üçün - xayaların doppler müayinəsindən keçin. Uğurlar.
Ilqar | 1 Yanvar 2013 19:49
Salam hekim menim size sualim sol xayaligin olmamasi sonsuzluga aparir?
Dr.Orxan Agabəyov | 2 Yanvar 2013 05:16
Salam İlqar. Sol xaya, kişidə adətən daha iri olur və spermotozoidlərin yaranmasında daha vacib rol oynayır. Amma bir xaya ilə də olur ki, spermoqrammanın göstəriciləri normal olsun. Daha dəqiq bilmək üçün, spermoqramma verin - əgər göstəricilər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
Vasif | 1 Yanvar 2013 09:34
salam Hekim ! menim 26 yasim var, subayam, hemişə normal olurdum, birdən birə məndə cinsi aktivlik cox zeifledi,münasibət alınmadı, sertlesmirdi , sanki bütün hisslərim ölmüşdü! özüm masturbasiya edib yoxlayırdım birteher 1-2 damci sperma gelirdi , masturbasiya edende hemçinin sertleşmirdi,sprema gələndə biraz ani sertlesme olurdu ! getdim analiz verdim spermadan, sonra prostatı uzi eletdirdim,xayaların depoqramasi(sehf etmirermse adı beledi) eltdirdim ! dedilər ki Prostatin elametleri var sende ! soyuq olub ! antibiotik yazdılar , rovinoprost dermanı yazdılar ! xeyri oldu ! ama hemişəki kimi deyiləm ! tam sertlesme yoxdu evvelki kimi ! sperma evvelki kimi gelir 7-10 damci ! mən nə edim sertləsməyə görə? xahiş edirəm bura yada emailme cavablandirasız ! Teşekkür edirem
Dr.Orxan Agabəyov | 2 Yanvar 2013 05:03
Salam Vasif. Sizdə müalicə axıra kimi davam etməyib - ona görə hələ əlamətlər qalıb. Ereksiya problemləri başqa səbələrdəndə ola bilər -- bu səbəbləri yoxlayıb, müəyyənləşdirmək lazımdı - hansı problem var(məsələn Sizdə hormonlar yoxlanmayıb). Problemləri aradan qaldırandan, sonra - sərtləşmə güclənəcək. Uğurlar.
anar | 31 Dekabr 2012 14:16
salam hekim menim 30 yawindayam bu yasima kimi cinsi elaqede olmamisam cinsi elaqede olmaq isdesemde cinsi orqanim oyaniw olmur ehtirasim heyecandandi nedi bilmirem cinsi organom oyaniw olmur pert oluram normal heyatda her wey eladi gunde 1 2 defe bowaliram ehtirasim olur real cinsi elaqede olanda tutuluram ne olar xaiw mene komek edin
Dr.Orxan Agabəyov | 1 Yanvar 2013 08:24
Salam Anar. Sizdə olan problemlər - böyük ehtimalla psixoloji səbələrlə izah olunur - yəni həyəcan və stress nəticəsində yaranan ereksiya problemləri. Bu problemlər - rahat həll  olunur - 055 655 00 66 və 050 363 83 86 nömrələrinə zəng vurun - müzakirə edək. Uğurlar.
Elmir Mammadov | 31 Dekabr 2012 13:38
Salam Doctor.Menim 24 yawim var bu vaxtadek cinsi elaqede olmamiwam.Ibadetle mesgul oldugum ucun gunah bir is oldugu ucun bunu etmemiwem hecbir qadinla munasibetde olmamiwam.men herden ayda 1 defe 2-defe mastrubasiya ederken 20-30 saniye erzinde bosalma olur bezen biraz cox 1 deq qeder cekir.oda tek tuk hallarda olur.ve mende penisin olcusu 9-10 sm-dir.alt hisseden olcerken 10 ssm yuxaridan olcerken 9 samdir. ve bu erken bosalma ve penisin olcusunun balaca olmasi mei cox narahat edir.cox narahatam.mende evvel varikosel olub 1 il bundan qabaq emeliiyat olunmuwam. bildiyime gore vakum pompasi erken bosalmaya ve penisin boyumesine komek edir.sizin klinikada pompa vasitesiyle mene komek ede bilerlermi? mene ne meslehet gosteriler vere bilersiniz?men namaz qildigim ucun elaqede ola bilmirem.ancaq aile qurarken ola bilerem.buna gorede mene bir cixis yolu gostermeyinizi sizden xaiw edirem.
Dr.Orxan Agabəyov | 1 Yanvar 2013 08:08
Salam Elmir. Cinsi həyata nə qədər gec başlasaz - bir o qədər çətin olur. Varikoselenin Sizdəki problemlərə heç bir aidiyyatı yoxdu.Sizdə olan erkən boşalma problemini rahat həll etmək olar. O ki qaldı, penisin ölçülərinə - ekstenderlərin(xüsusi cihazların) köməyi ilə 1,5-2 sm əldə etmək olar. 055 655 00 66 və  050 363 83 86 nömrələri ilə əlaqə saxlayın - daha ətraflı danışaq.Uğurlar.
Yasar | 30 Dekabr 2012 19:47
Salam Doktor men bilmek isteyirem 13,5 sm penis normlardir?2-3 sm boyutmek mumkun olarsa sizle elaqe saxlaya bilerem?
Dr.Orxan Agabəyov | 1 Yanvar 2013 08:02
Salam Yasar. 13,5 sm-lik penisin uzunluğu - tamamilə normaya uyğundu.  Amma, buna baxmayaraq, əgər artırmaq istəyirsizsə, əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elish | 30 Dekabr 2012 16:25
salam doktor. mende erken bowama olur penisi vaginaya salandan 30-40 saniye sonra. ikinci ise durmur. herden ise durur. amma oz qizimla opuwende rhahatliqla 2 defe oluram ve penisim sert olur. bunun sebebleri nedi sizce?
Dr.Orxan Agabəyov | 1 Yanvar 2013 07:52
Salam Elish. Sizdə həm erkən boşalma həmdə potensiyanın zəifləməsi halları var. Səbəblər isə müxtəlif ola bilər - psixoloji(stress, həyəcan)  və orqanik (məsələn hormonal pozuntu, cinsiyyat sisteminin iltihabi xəstəlikləri). Səbəbləri araşdirandan sonra - pasiyentə uyğun (individual) müalicə sxemi tətbiq edib effekt almaq olar. Uğurlar.