ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Alpay | 7 Yanvar 2013 18:23
Salam Hekim! Sualimi cavablandirdiginiza gore sizə öz təşekkurluyumu bildirirem. Ancaq bir şeyi de qeyd edim ki men bu iller erzinde boyuk psixoloji travmalar almisam. Cinsi zeiflik bununla əlaqədar ola bilermi ve bunu tam mualicasi mumkundurmu? Allaah sizden razi olsun!
Dr.Orxan Agabəyov | 8 Yanvar 2013 05:54
Salam Alpay. Cinsi zəifliyin yaranmasında və inkişafında, psixoloji faktorların əhəmiyyəti çox böyükdür. Hətta səbəb hər hansı xəstəliklə bağlıdırsa - psixoloji faktor müəyyən rol oynayır. Müasir dövrdə cinsi zəflik uğurla müalicə olunur - ən əsas, problemi gecikdirməmək və vaxtında həkimə müraciət etməkdi. Uğurlar.
Orxan | 7 Yanvar 2013 18:15
Salam hekim men varikosel xesdeliyinden ezyet cekirem 23 yasim var mualice olmaq isdeyirem mumkunse nece ve mualice xercler ne qeder olduqu haqda melumat bilmek isderdim
Dr.Orxan Agabəyov | 8 Yanvar 2013 05:47
Salam Orxan. Varikosele xəstəliyinin yalnız cərrahi (əməliyyat) müalicəsi var. Amma əməliyyatdan öncə mütləq spermoqramma vermək lazımdı, sonra qərar vermək - əməliyyat etmək ya yox. Qiymətlərlə əlaqədar 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə əlaqə saxlayın. Uğurlar.
Emin | 6 Yanvar 2013 18:38
Salam Orxan həkim. Mən cinsi əlaqə zamanı çox gec boşalıram və bununla yanaşı ereksiya zəifləyir. Ancaq masturbasiya edərkən heç bir problem yaşamıram. Bu problem barədə kömək və məsləhətinizə ehtiyacım var. Öncədən təşəkkür edirəm.
Dr.Orxan Agabəyov | 7 Yanvar 2013 05:34
Salam Emin. Masturbasiya zamanı hər şey qadasında olması - problemin səbəblərinin daha çox psixoloji olduğunu göstərir. Belə problemləri aradan qaldırmaq üçün müalicə lazımdı. Müalicədə rasional psixoterapiya və preparatlar istifadə olunur. Uğurlar.
YeniHeyat | 6 Yanvar 2013 18:29
Salam doktor. Sorucmaq isteyirdim Azerbaycanda suni mayalanma en ucuz kim edir ?
Dr.Orxan Agabəyov | 7 Yanvar 2013 05:31
Salam YeniHeyat. Mən süni mayalanma ilə məşğul olmadığım üşün dəqiq qiymətləri bilmirəm. Bildiyimə görə qiymətlər təxminən eynidir. Uğurlar.
Vuqar | 5 Yanvar 2013 11:07
Salam doktor.aybawi qadinla olmaqdan cinsi zeifliye ducar olmaq olar?onuda deyimki hem irgenmiwem,hemde qorxmuwam.bu hadise 4 il evvel olub.indi 32 yawim var.cox gec sertlewir.xaiw edirem etrafli cavab yazin.minnetdaram
Dr.Orxan Agabəyov | 7 Yanvar 2013 05:19
Salam Vuqar. Sizin problemin 2 səbəbi ola bilər: 1. Aybaşı zamanı cinsi əlaqə zamanı cinsi infeksiya ilə yoluxma riski yüksəkdir - və Siz hər hansı bir infeksiyaya yoluxmusunuz. 2. Psixoloji sarsıntı keçirdiyinizə görə. Hər halada hər 2 halda -müalicə var. Uğurlar.
emin | 5 Yanvar 2013 06:23
salam hekim mende penesin qiragi qizarib sisib bu na ila elaqedardir?
Dr.Orxan Agabəyov | 7 Yanvar 2013 05:18
Salam Emin. Sizdə olan problem - böyük ehtimalla, kavernit və ya tromboflebit xəstəliyinin əlamətidir. Kavernitin səbəbləri cinsi yolla keçən infeksiya, cinsi orqanın travması, və ya anqinanın (qrippin) ağırlaşması ola bilər. Penisin tromboflebiti isə infeksiya və ya konqestiya (durğunluq) ilə bağlı ola bilər.
Rowka | 4 Yanvar 2013 22:18
Salam Hekim xaiw edirem Viaqra haqqinda melumat veresiz menfi musbet ceheti birde ona oxwar dermanlar varmi insan orqanizmine zerersiz... evvelceden tewekkur
Dr.Orxan Agabəyov | 6 Yanvar 2013 07:01
Salam Rowka. Viagra və ya başqa sildenafil tərkibli preparatlar ereksiyanın keyfiyyətini artıran preparatlardı. Bu preparatların əlavə təsirləri - baş ağrıları, üzün qızarması və s. ola bilər. Uğurlar.
elcin | 4 Yanvar 2013 19:30
Salam doktor! Demeli hekim mastrubasiya vaxtında hec bir problemim olmur tamamilie her bir sey qaydasında olur. Lakin cinsi elaqede olarken penisimin berkimesinde hec bir problem olmamasına baxmayaraq cinsi elaqeye giren zaman berkimede zeiflemek olur ve bununla elaqeder olaraq elaqeden cox az hiss ala bilirem ve bezen berkimenin zeiflemesile bağlı olaraq cinsi elaqeyede gire bilmirem. Hekim bunun sebebin bilmek isdeyirem bu psixalogiya il elaqelidir yoxsa diger sahelerde problemim var. Bu yaxinlarda İranda prostatimi UZI-de gosderdim hec bir problemim yoxdu demek olarki hec hekimler baxmaqda isdemediler ki senden hec yoxdu! Bunuda size demek isdeyirem doktor teqriben 7-8 il bundan qabaq sol xayamda varikosel yaranıbdı ve indiye kimide qalmaqdadir yeni hec bir emaliyyat etmemisem heleki. Hemcinin bununla elaqeder olarmı? Bağışlayın sizi narahat etdim ancaq sualimi cevablandirsaniz cox sevinerem! Cox narahatam! Evvelceden cox Sagolun!
Dr.Orxan Agabəyov | 6 Yanvar 2013 06:29
Salam Elcin. Sizdə olan problemin səbəbləri - büyük ehtimalla psixoloji səbələrdi. Varikoselenin Sizdə  olmasının ereksiya problemlərinə heç bir aidiyyatı yoxdu. Bu problemin müalicəsində preparatlarla yanaşı, rasional psixoterapiya metodlarından istifadə olunur və bu problem rahat həll olunur. Uğurlar.
Sahib | 4 Yanvar 2013 08:42
salam hekim.menim 27 yawim var.mende penisin uzunluqu 12 sm-dir. 27 yaw ucun kicik deyil sizce? Bunun neye ziyani ola biler.nece sm normaya uyqundur?
Dr.Orxan Agabəyov | 6 Yanvar 2013 06:24
Salam Sahib. Penisin 12 sm-lik uzunluğu normanın aşaği həddidir (norma 12 sm və daha yuxarı göstəricilərdi). Tibbi baxımdan heç bir ziyan yoxdu - sadəcə penisin ölçülərini görə özünüzdə kompleks yaratmayın. Uğurlar.
Alpay | 3 Yanvar 2013 20:37
Salam Orxan Hekim! Sualim cinsi zeiflikle baglidir. 28 yawim var. Men 4 ildir evliyem, bir ovladim da var. Ancaq 4 il erzinde hec vaxt 1 defeden artiq cinsi elaqede ola bilmirem. Ancaq her gun bir defe hec bir problemsiz ola bilirem/ Bu ne ile elaqedar ola biler? onu da bildirim ki bir defe prostatitden mualice olunmusam. У меня ИМТ равен 29,28 это что означает?
Dr.Orxan Agabəyov | 6 Yanvar 2013 06:11
Salam Alpay. Sizdə olan vəziyyət, potensiyanın zəifləməsi kimi dəyərləndirilə bilər. Çalışın cinsi həyatın rejimini dəyişin - həftədə 2 gün cinsi əlaqədə olun və çalışın 2 dəfə olasız. İMT - 29,28 - Sizdə artıq çəki var. Uğurlar.