ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
anar | 17 Yanvar 2013 09:08
salam hekim,yene narahat edirem sizi.sperma neticesi yazdiniz normaya uygundu ve usaq ola biler.men 4 ilden cox evliyem,ve demek olar ki bu muddetde men ve yoldasim mualice aliriq usaq olmur.2 defe yoldasim hamile olub her 2 de 2 ayliqda inkisafdan qalib,onda prolaktin cox yuksek indeyedek mualicededi,folikul son zaman partlamir.men 2 defe varokasel emaliyat oldum 2CI si 2 il olar.kanallar yuyuldu,toka getdim,infeksiya yox,5 aydi spermaktin icirem,kesmirem,sperma evveller mualice alsam da qalxib dusurdu,normadan cox olmurdu,dunen size yazdiGI,mda daha yukseyin gozleyirdim.niye cox qalxmir guclu mualicelerden sonra?daha androloqa getmirem bezmisem.yoldasima suni mayalanma deyibler ehtiyac var?evvel qalibsa indi qaLA BILMEZ?LUTFEN CAVAB YAZIN,YAZMISDINIZ AXI MENDEKI FAIZ NORMAYA YAXINDI.TESEKKURLER.
Dr.Orxan Agabəyov | 18 Yanvar 2013 04:58
Salam Anar. Birinci növbədə, yoldaşınızda follikulun partlamasına nail olmaq lazımdı. Sizin göstəriciləriniz normaya yaxındı - hamiləlik üçün vacib deyil ki, mütləq normadan artıq olsun. Sizdə olan spermoqrammanın göstəriciləri ilə - süni mayalanma məsləhət deyil - şanslar var (amma seçim Sİzdədi - əgər imkan varsa, mayalanmada edə bilərsiz). Uğurlar.
zamiq | 16 Yanvar 2013 21:49
salam cox sag olun cavaba gore, mene maraqlidir xlamidiya xesteliyi neden emele gelir ve eger mualice olunmasam ziyani ola bilermi ve ne ziyani ola biler,bu xesteliyin mualicesi texminen nece manat tutar mualice ucun lazim olan dermanlar bahalidir? bu suallarima cava versez cox sevinerem.
Dr.Orxan Agabəyov | 17 Yanvar 2013 19:05
Salam Zamiq. Xlamidiya - cinsi yolla ötürülən infeksiyadır. Müalicə olunmasaz, xlamidiya nəinki cinsiyyat sistemində hətta başqa orqanlarda, müəyyən problemlər yarada bilər. Müalicənin qiyməti müxtəlif ola bilər - istifadə olunan dərmanlardan asılıdı. Uğurlar.
Yusif | 16 Yanvar 2013 19:31
Salam xais edirem sualima cavab veresiniz, Kisi kompleksinden uretradan tampon vasitesile 3 defe muayine olunmusam . 1-ci defe muayine zamani Mikroplazmoz( ) ve Ureaplazmoz( ) askarlanib, mualice alandan sonra 2-ci defe muayine zamani Ureaplazmoz ( ) askarlanib ve birdaha Ureaplazmoz ucun mualice aldiqdan sonra 3-cu defe muayine zamani Xlamidioz ( ) ve Mikroplazmoz( ) askarlanib. Aldigim mualice erzinde cinsi elaqede olmamisam. Xlamidioz ve Mikroplazmoz-un mualiceden sonra askara cixma sebebi ne ola biler ve sebebini izah ede bilersinizmi zehmet olmasa. Xlamidioz 1 ve 2 muayinelerde askar edilmemisdir. Xais edirem bu sualimnan bagli mene cavab yazardiz. Evvelceden tesekkurler!
Dr.Orxan Agabəyov | 17 Yanvar 2013 18:56
Salam Yusif. Ureaplazma, mikoplazma və xlamidiyanı aşkarlamaq üçün ən optimal müayinə - PZR üsulu ilə yaxma verməkdir. Qalan üsullarda nəticənin səhv olma riski çox yüksəkdir. Əgər Siz müayinələri PZR üsulu ilə verməmisizsə - böyük ehtimalla analizlərdə səhv var. Uğurlar.
Vuqar | 16 Yanvar 2013 18:41
Salam Orxan Hekim. Bagislayin, size bir sualim var. Menim cinsi orqanimda şişkinlik emele gelib. Arı sancanda insanda şişlik emele gelir, eynile hemin şişlikdir. Birdeki yumurtaliga birlesen sag ve sol kanallara(sidik kisesinin sag ve sol terefi) elimi vuranda biraz agri hiss edirem. Bu hal 2 gundurki davam edir. Bu hadise cinsi elaqeden 1 gun sonra oldu. Cinsi elaqe demek olarki 2 gun oldu ve gun erzinde 3-4 defe. Ola bilerki cinsi orqan naqruzkaya duşsun? Bunun ucun neynemeliyem, derman vey iyne qebul etmeliyem? Cox xahiş edirem cavab yazin.
Dr.Orxan Agabəyov | 17 Yanvar 2013 18:47
Salam Vuqar. Ola bilər, Sizdə cinsi əlaqədən sonra, penisin dərisində sıyrıntı olub və ora infeksiya düşüb. 1-2 gün gözləyin - əgər keçməsə həkimə göstərin. Uğular.
suleyman | 16 Yanvar 2013 12:26
salam doktor. menim partnyorum menim penisime ve diger erogen zonalarima el vuranda qidigim gelir, amma ozum el vuranda elmir. sizce bu nedendi?
Dr.Orxan Agabəyov | 17 Yanvar 2013 18:40
Salam Suleyman. Bu Sizin individual reaksiyanızdı - bu tibbi problem deyil. Çalışın yavaş-yavaş özünüzü öyrəşdirin. Uğurlar.
UNKNOWN | 16 Yanvar 2013 11:03
Həkim siz bunun müalicəsini həyata keçirə bilərsiz?Tam şəkildə
Dr.Orxan Agabəyov | 17 Yanvar 2013 07:01
Bəli, mən bu tip problemlərin müalicəsi ilə məşğul oluram.
Aydan | 16 Yanvar 2013 11:03
Salam doktor. Duzdu, siz ancaq kiwilerin suallarini cavablandirirsiz ve onlarin problemlerinin helli yolunu gosterirsiz. Amma men da isteyirem deyesiz - 10 ildir ki, men seksle mewgul olmuram, bunun menim orqanizmime ziyani var? 2 ovladim var, 10 ildir bowanmiwam.
Dr.Orxan Agabəyov | 17 Yanvar 2013 06:56
Salam Aydan. Cinsi həyatda  uzun fasilələr, qadın orqanizmində müxtəlif problemlər yarada bilər - hormonal dəyişiklik (bu özünü menstruasiya siklinin pozulması ilə göstərə bilər), psixoloji problemlər və s. Cinsi münasibətlər orqanizmin təbii tələbatıdır və tələbat ödənilməyən halda - müəyyən problemllər yaranır. Uğurlar.
anar | 16 Yanvar 2013 09:06
salam hekim spermadan analiz verdim nezer salardiniz.eyakulyatin hecmi netice 6.0 norma [>1.5].ph norma 7.3 norma[>7.2].durulasma 45deq.1 mln da say netice 58mln norma[>15].ireli hereket 30 % norma[>32] reqsi hereket 46% norma 40].patoloji forma 89% norma 39mln.bu neticeyle evladim ola bilermi?her sey normaldi?rica edirem cavab verediniz.tesekkurler.
Dr.Orxan Agabəyov | 17 Yanvar 2013 06:27
Salam Anar. Sizin göstəriciləriniz demək olar ki, normaya uyğundur. Və bu göstəricilərlə, böyük ehtimalla - övladınız ola bilər. Uğurlar.
eli | 16 Yanvar 2013 06:12
Salam doktor.gigiyenama ciddi emel etmeyime baxmayaraq qasiq hissemde pis qoxu olur.bunun mualicesi ucun ne etmeliyem?qabaqcadam tesekkurumu bildirirem.
Dr.Orxan Agabəyov | 17 Yanvar 2013 06:21
Salam Eli. Çox güman ki Sizdə göbələk infeksiyasıdı. Amma hər halda səbəbi dəqiqləşdirin(müayinə olunun) və müalicə alın. Uğurlar.  
zamiq | 15 Yanvar 2013 22:16
salam men xlamidiya xesteliyi haqqinda bilmek isteyirem,o qadinda nece emele gelir? men ukraniyada cinsi elaqede omuwam indi hemin qizda o xestelik var ola bilermi mende yoluxum o xesteliye birde bu xesteliyin mualicesi nece ve olur men gence weherinde oluram bunu bizim weherde mualice etmek olarmi xahiw edirem etrafli melumat verin mene evellceden cox sag olun!
Dr.Orxan Agabəyov | 16 Yanvar 2013 18:53
Salam Zamiq. Xlamidiya cinsi yolla ötürülən infeksiyalara aiddir. Çox güman ki, Sizdə partnyorunuzdan yoluxmusunuz. Amma bunu dəqiq   bilmək üçün PZR metodu ilə, xlamidiyanı yaxmada yoxlamalısınız.  Gəncə şəhərində bu infeksiyanı müalicə etmək olar - sadəcə bu problemlə məşğul olan həkim tapın. Uğurlar.