ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
ferid | 18 Yanvar 2013 14:53
doktor bir daha salam...men bilmek isterdim ki,eyer bu prostatoreya olsa,onda mutleq mi prostatin massaji lazimdi??birde size uretradan yaxmanin ekilmesinin cavabin yaziram.. teyin olunmush flora: st.aureus-10 kub st.epidermidis-10 kub candida-10 kvadrat. hamisida kyv/ml.
Dr.Orxan Agabəyov | 20 Yanvar 2013 05:19
Salam Ferid. Prostatoreyada, prostatın massajina ehtiyac yoxdu. Sizin yaxmada cinsi yolla ötürülən infeksiya aşkar olunmayıb (amma ümmumiyyətlə, kişilərdə, cinsi yolla ötürülən infeksiyaları, PZR üsulu  yoxlamaq məsləhət olunur). Uğurlar.
Asal | 18 Yanvar 2013 12:45
Bismillah Salam aleykum,evvelceden twk Hekime Allah razi olsun.yazdiqim soze de uzur isteyirem.hekim mende ehtiraslama cox yuxari sevyededi yani ne etsem rahatlamiram rahatlasamda usdunden 30 deyqe kecdikden sora yene bu hal baw verir hetda oz ozunden bowaliram mene bir meslehet gorun bu hal her gun baw verir gerek hergun men qusul alam buda soyuq olduqumdan cox zerer vurur
Dr.Orxan Agabəyov | 20 Yanvar 2013 05:12
Salam Asal. Belə hallar cavan oğlanlarda tez tez olur (buna cavanlıq hiperseksullıq dövrü deyilir) - və bu normal haldı, sadəcə Sizin temperament çox güclüdü. Çalışın enerjinizi hər hansı bir istiqamətdə yönəldin - məsələn aktiv idmanla məşğul olun. Uğurlar.
Vüsal | 18 Yanvar 2013 12:32
Salam doktor. Mən uzun zamandır erkən boşalmadan əziyyət çəkirəm. Bu barədə həkimə mürəciət etmək üçün də çəkinirəm. Bu problemi necə həll etmək olar???
Dr.Orxan Agabəyov | 20 Yanvar 2013 05:02
Salam Vüsal. Erkən boşalmanın müxtəlif səbəbləri var - bu səbəblər müəyyənləşir, sonra müalicə yazılır. Həkimə müraciət etmək  üçün çəkinmək lazım deyil -  müraciət zamanı konfidensiallıq tam qorunur. Uğurlar.
anar | 18 Yanvar 2013 10:38
salam hekim.cavabiniz mende umid yaratdi.[spermanin normaya uygun olmasi],yoldasima hekimi folikul ucun 1ayliq mualice yazdi alinmadi,2 defe de tekrar edecek insallah alinar.2 ci defeni menim spermama gore saxladi ,dedi duzelse [normaya dusse tam]davam edecek.zehmet deyilse yazin men spermaktin icim[5 ci aydi icirem],ya dayandirim.qorxuram yene duser.2 sual spermanin dusmesi hormonlardan ola biler?hormonlara hec baxmiblar.birde ki hekim imkan yox hormal hamilelik gozlemek olar[nece ildi mualice aliriq onsuzda]tesekkur edirem onceden.
Dr.Orxan Agabəyov | 20 Yanvar 2013 04:56
Salam Anar. Spermanın göstəriciləri birbaşa hormonlardan asılıdı (spermoqrammada göstəricilər aşağı olduqda hormonlar mütləq yoxlanılmalıdı). Əgər Sizin orqanizmdə heç bir problem yoxdusa - dərman içmək lazım deyil - göstəricilər düşməyəcək. Normal hamiləlik ola bilər - bunun müalicəyə birbaşa aidiyyatı yoxdu (əgər hər şey yaxşıdırsa, niyə problem olmalıdı?). Uğurlar.
zamiq | 17 Yanvar 2013 23:14
hekim bagiwlayin sizi narahat edirem bu suallarimla xlamidiya xesteliyini antibiotik-siz mualice etmek mumkundurmu? menim bedenim antibiotik goturmur dunen venadan qan anlizi verdim seher cavab alacam,siz meni mualice ede bilersiz eger bu xestelik mende olsa? son vaxtlar mende baw agrilari olur bu xestelikden ola biler?
Dr.Orxan Agabəyov | 18 Yanvar 2013 18:21
Salam Zamiq. 1.Xlamidioz xəstəliyi antibiotiksiz müalicə olunmur. 2. Xlamidiyanı kişidə aşkarlamaq üçün, qanda deyil, yaxmada PZR üsulu ilə analiz vermək lazımdı. 3. Baş ağrılarının, xlamidiyaya aidiyyatı yoxdu. 4. Bəli, mən xlamidiozu müalicə edirəm. Uğurlar.
Ziya | 17 Yanvar 2013 17:49
salam doktor, mende ereksiya zeifdir(orta seviyede), ama kamagra istifade edende problem olmur, sebeb ne olabiler?
Dr.Orxan Agabəyov | 18 Yanvar 2013 18:18
Salam Ziya. Ereksiya problemləri müxtəlif səbəblərdən ola bilər - psixoloji(stress, həyəcan) və ya orqanik(hormona, iltihabi). Uğurlar.
Cagatay | 17 Yanvar 2013 17:01
Salam.men oyrenmek isteyerdim ki,qadinlar ucun masturbasiya nedir ve onun orqanizme bir ziyani var ya yox?tesekkurler
Dr.Orxan Agabəyov | 18 Yanvar 2013 18:13
Salam Cagatay. Masturbasiya - cinsi ehtirasın ödənilməsi üçün, eroqen zonaların stimulyasiyasıdır. Və əgər masturbasiya, həddən artıq olmursa - orqanizmə ziyan vermir. Uğurlar.
ferid | 17 Yanvar 2013 16:47
hekim salam..men butun mazok,yaxma ve diger analizleri vermishem temiz cixib..amma seher duranda cinsi orqanimi sixdigim zaman spermaya oxshar bir maye gelir..ne goyneme ne bir shey..bu sizce ne ola biler?
Dr.Orxan Agabəyov | 18 Yanvar 2013 06:20
Salam Ferid. İki variant var : 1. Analizlər düzgün verilməyib - və hər hansı mikrob var. 2. Prostat vəzinin şirəsinin axması - prostatoreya (prostat vəzidə iltihab olanda olur). Uğurlar.
Ebuilyas | 17 Yanvar 2013 16:23
salam doktor..bes tez boshalmani dermanla mualice edib aradan goturmek olar?
Dr.Orxan Agabəyov | 18 Yanvar 2013 06:16
Salam Ebuilyas. Bəli - erkən boşalma problemində dərman müalicəsi keçirilir və bu problem aradan qalxır. Uğurlar.
feri | 17 Yanvar 2013 16:05
salam hekim cinsi hevesi tedricen artiran dermanlar var ? Adi zehmet olmasa. Tesekkur
Dr.Orxan Agabəyov | 18 Yanvar 2013 05:59
Salam Feri. Cinsi həvəsin zəifləməsi bir çox faktordan asılıdı. Bu səbəbləri müəyyənləşdirib - effektiv müalicə təyin etmək olar. Uğurlar.