elik | 22 Yanvar 2013 09:58
salam hekim. menim penisimin uzunlugu 11-12 sm-dir. sizce bu toy gecesi qizliq perdesini acmaga yeterlidirmi?
Dr.Orxan Agabəyov | 23 Yanvar 2013 04:43
Salam Elik. 12 sm-lik uzunluq normal sayılır və cinsi həyatda tibbi baxımdan heç bir problem yaratmır. Uğurlar.
orxan | 22 Yanvar 2013 08:31
salam hekim penis pompasi ile penisi boyutmek mumkundur 22 yas.saqolun
Dr.Orxan Agabəyov | 23 Yanvar 2013 04:38
Salam Orxan. Penisi böyütmək üçün ən effektiv üsul - ekstenderlərin istifadəsidir. Pompaların köməyi ilə yalnız müvəqqəti effekt almaq mümkündür. Uğurlar.
nermin | 21 Yanvar 2013 08:32
cox sagolun doktor allah razi olsun.yoldawimin aldigi analiz cavablarini gatirasay ona uygun muayyan mualica yaza bilarsiz?yoxsa analizlar tazadan sizin klinikada verilmalidi?bagiwliyin 1daha narahat etdiyimcin sizi.
Dr.Orxan Agabəyov | 22 Yanvar 2013 11:51
Köhnə analizləri gətirin - heç bir analiz vermək lazım deyil(bir analiz verilməyib - xayaların doppler müayinəsi). Uğurlar.
anar | 20 Yanvar 2013 11:35
salam hekim.indi mene ne meslehet gorursunuz,hormonlari yoxladim.hansilar esas vermeliyem?tam arxayin olmaq ucun. tesekkur edirem.
Dr.Orxan Agabəyov | 21 Yanvar 2013 08:03
Salam Anar. Hormonları yoxlamağa ehtiyac yoxdur - Sizdə hal hazırki vəziyyət normaya yaxındı. Əgər görsəz ki, spermoqrammanın göstəriciləri düşür - o halda analiz verersiz. Uğurlar.
nermin | 20 Yanvar 2013 09:21
doktor onda hamila qalma wansim bu vaziyatla 0-di?birda xayalarda hansi prablemlar ola bilarki?bununcun hansi muayina va analizlardan kecmak lazimdi?doktor 1 da nazariniza catdirimki yoldawim uzi muayinasindan kecarkan sidik kisasi,prostat vazi,xayalar va boyraklar narmaldir yazib.dari zohravi dispanserda verniwdi analizlari.onuda etiraf edimki bizda yaxinlig biraz gec gec olur.leykasitlar yaxma analizinda 38-40 cixib.5gunlukda mualica yazilmiwdi.mandada folekul prablemi variydi mualica aldim bu ay duzaldi yetiwmirdi.iyna vasitasila partdadildi.va hakimin gostariwi ila menstruasiya tsiklinin 12 gunundan 19 kimi elaqada olmuwug yani bu ay uwaga qalma wansim boyukdur fikirlawirdim.yani bu spermaqramma gostaricisi ila qala bilmaram fikirlawirsiz?cox xaiw ediram doktor suallarima etrafli cvb yazin zahmat olmasa.
Dr.Orxan Agabəyov | 21 Yanvar 2013 07:53
Şanslar var, amma azdı. Xayalarda müxtəlif problemlər ola bilər - ən rast gəlinən - varikosele. Dəqiqləşdirmək üçün xayaların doppler müayinəsindən keçin. Hər gün (12-19 günlər arası) cinsi əlaqədə olmaq düzgün deyil - spemotozoidlərin yetişməsi tam olmur - günaşırı yaşayın. Uğurlar.
xeyal | 19 Yanvar 2013 15:40
salam.gozal maslahatlarinizcun cox sagolun.
Dr.Orxan Agabəyov | 20 Yanvar 2013 07:35
Xoş sözlərə görə minnətdaram.
Zamiq | 19 Yanvar 2013 14:19
Salam Orxan hekim.Menim 21 yasim tamam olub.Hekime muraciet etmesemde ozumde bir nece catismazliqlarin oldugunu hiss edirem.Baslayaq penisin tam durmamasindan yeni lazimi boyuklukde(esitdiyime gore bu 12 sm-den az olmamalidir),daha sonra tez qurtarmaq kimi problemim var texminen 1-2 deqiqe arasinda qurtarma bas verir.Bunlara gorede cinsi elaqede gec gec oluram cunki bu problemler artiq mende inamsizliq yaradib.qarsimdakida ozumde bunnan hezz ala bilmiriy.Penisin bu yasdan sonra boyumesi mumkundurmu?Sizce bunlarin sebebi ne ola biler her hansi xestelikden sohbet gede bilermi?Tesekkur edirem!
Dr.Orxan Agabəyov | 20 Yanvar 2013 07:25
Salam Zamiq. Penisin ölçüləri adətən 17 - 19 yaşa kimi artır. İnamsızlığı aradan qaldırmaq üçün problemləri aradan qaldırın (müalicə edin) - erkən boşalma problemi rahat müalicə olunur. Erkən boşalmanın səbələri müxtəlif ola bilər - iltihabi, psixoloji . Uğurlar.
Nijat | 19 Yanvar 2013 09:57
Hekim salam, gelen ay menim toyumdu. Umumiyyetle ozumu yoxlatdirmaq istiyirdim. Hansi analizler vermeliyem? Tewekkurler
Dr.Orxan Agabəyov | 20 Yanvar 2013 07:22
Salam Nijat. İlk öncə spermoqramma verin və cinsi yolla ötürülən infeksiyaları yoxladın. Əgər spermoqrammada bir problem olarsa - onda səbəbləri müəyyənləşdirmək üçün başqa analizlərə də ehtiyac ola bilər. Uğurlar.
nermin | 19 Yanvar 2013 09:09
salam doktor siza analiz cvbi gostarsam onu izah eda bilarsiz?xaiw ediram mumkunsa? eyakulyatin miqdari 3,0 natica; normativ 2,5-4.0 ml.eyakulyatin rangi aciq sud.normativ aciq sud.eyaktlyatin qoxusu spesifik .normativ spesifik .qatiligi 0,4sm. normativ 0,3-0,5.durulawma vaxti 15. normativ 30-40 .pH 7,4 .normativ 7,2-8.0. 1ml-da spermatozoidlarin sayi 8,0. normativ 40-60-120. butun eyakulyatda spermatozoidlarin sayi 24,0. normativ>180mln. normokinezis 41%. normativ >50%. hipokinezis 26%. normativ 50 %. diskinezis 3% normativ ---------.akinezis 30%. normativ -------------------------..pataloji formalar; baw hissanin 3% normativ 15%-dak..boyun hissanin -.normativ 2-5%.. quyruq hissanin -. normativ 2-5%. aqlutinasiya [ ]. normativ -------------------..epitel huceyralar 1-8 gs normativ tak-tak. leykositlar 10-15 gs. normativ 1-2gs.lesitin danalari az miqdarda. normativ cox miqdarda.spermagenez huceyralar 1%.normativ 1%. orxan doktor gondardiyim yoldawimin aldigi spermaqramma cavabiydi cox xaiw ediram allah rizasiycun cvb yazardiz zahmat olmasa necadi cvblar.bunla hamila qala bilaram/cvbnizi gozliyacam.qabaqcadan tawakkurlar.agar ehtiyac olarsa sidikla,yaxma analizininda cvbni yaza bilaram.bagiwliyin narahat etdiyimcin..
Dr.Orxan Agabəyov | 20 Yanvar 2013 07:14
Salam Nermin. Spermoqrammanın göstəriciləri çox aşağıdır - həm spermotozoidlərin sayı çox azdır həmdə hərəkətlilik (amma əsas sayda azalma var). Burda böyük ehtimalla xayalarda problem var. Leykositlərin çox olması həmdə iltihabın olmasından xəbər verir. Bu problemləri həll etmək məsləhətdi. Uğurlar.
Vuqar | 18 Yanvar 2013 17:08
Salam Orxan doktor. Ilk once sualima cavab yazdiginiz ucun tesekkur edirem. Ama mene 1-2 qaranliq yerler qaldi. Mende problem cinsi orqanimda şişkinlik azalib, ama yenede var. Bu meni cox narahat edir. Eyni zamanda hemin şişkinlik olar yerlerde indi qaşinmalara var coxlu. Bu sagalir demekdir? Ama onu deyimki, sidikde goyneme yoxdur, normal sidiye gedirem. Cinsi orqanimda ise hec bir sepki veya qeyri normal hal yoxdur, sadece şişkinlikden başqa. Cİnsi elaqede ise hecbir siyriq olmayib, infeksiya kecmesi qeyri mumkundur... Birdeki başqa bir sualim daha var, cavablandirsaniz cox sevinerem, Menim cinsi elaqede oldugum xanimin cinsi kanalindan palciq halinda cox kicik hecmde maddeler tokulur, Cİnsi elaqeden sonra bunlari oz cinsi orqanimda gore bilirem ve kravata da tokulur. Onu da deyimki, hemin xanim elaqeden evvel usaga qalmamaq ucun kristala benzer derman qoyur cinsi orqaninin icine... Sizce bu maddeler nedir bele?
Dr.Orxan Agabəyov | 20 Yanvar 2013 07:08
Salam Vuqar. Sizdə elə bir problemdi ki, şişkinliyi mütləq görmək lazımdı, sonra nəsə demək, amma qaşınmanın olması prossesin davam etdiyini göstərir. Cinsi əlaqədən sonra maddələrin tökülməsi - istifadə olunan kontraseptiv dərmanın hissələri ola bilər. Uğurlar.