ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Nicat | 23 Yanvar 2013 08:27
Salam Doktor Ağabəyov, Doktor xahiş edirəm mənim sualıma cavab verəsiz və yardımcı olasız. Məndə erkən boşalma problemi var bunun üçün nə etməliyəm? Tez və effektli həll nədir? Dərman olaraq hansı preparatı qəbul edə bilərəm? Viagra erkən boşalmaya köməklik göstərirmi? Viagranın qəbulu necə olmalıdır? Nə vaxt? və mümkünsə qiyməti? Əvvəlcədən Təşəkkürlər.
Dr.Orxan Agabəyov | 24 Yanvar 2013 06:30
Salam Nicat. Saytda erkən boşalmaya aid məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edin . Dərman yazmaq üçün, erkən boşalmanın səbəblərini bilmək lazımdı.  Viagra, erkən boşalma problemində istifadə olunmur. Uğurlar.
Ayaz | 23 Yanvar 2013 06:34
Salam Hekim men cinsi elaqede olduqda cox tez bowaliram hardasa 5 - 10 saniye cekir orqana qadin eli deydikde o saniye bowaliram .Hekim mumkunse mene bunun elacini deyin.
Dr.Orxan Agabəyov | 24 Yanvar 2013 05:13
Salam Ayaz. Saytda erkən boşalmaya aid məqalə var, oradakı tövsiyyələrə riayət edin əgər nəticə olmasa - müalicə lazım olacaq. Uğurlar.
Elnur | 23 Yanvar 2013 06:24
Salam hekim. Menim cinsiyet orqanimin olcusu normaya yaxindi. ama 2-3 sm uzanmasi ucun ne etmeliyem?
Dr.Orxan Agabəyov | 24 Yanvar 2013 05:07
Salam Elnur. Cinsi orqanın ölçülərini artırmaq üçün 2 variant var: əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsidir. Uğurlar.
Elvin | 22 Yanvar 2013 19:06
Salam doktor.xlamidiya xastaliyi mualica olunur tam yani orqanizimdan tamiz yox olmasi shansi var?
Dr.Orxan Agabəyov | 23 Yanvar 2013 07:12
Salam Elvin. Əgər düzgün müalicə yazılıbsa - xlamidiya  tamamilə müalicə olunur. Uğurlar.
sahib | 22 Yanvar 2013 18:52
salam aleykum hekim sualim belkede biraz qeribe gelecek amma inanin menim ucun bu cox vacibdi cavablandirsaz boyuk yaxsiliq etmis olarsiz sualim beledi:cinsiyyet orqanini nece uzatmaq olar ? Emelyatsiz hansi dermanlarla olar munkunduse adini yazin ve zererni ne qederdi cox xais edirem.evvelceden cox sagolun
Dr.Orxan Agabəyov | 23 Yanvar 2013 07:11
Salam Shib. Cinsi orqanı ölçülərini artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi individual cihazların) istifadəsi. Heç bir dərman vasitəsi penisin ölçülərini artırmır. Uğurlar.
mahir | 22 Yanvar 2013 18:19
Salam həkim Mənim 40 yaşım var son 2-3 aydır ki tam cinsi zəiflik hiss edirəm əvvəllər belə olmurdu. İşim çox stresli işdir. Yoldaşımla yaxınlaşanda heç bir hiss keçirmirəm. Müayinə və müalicə olunmaq istəyirəm. Amma yalnız bazar günü boş oluram . Bazar günü qəbulunuza düşmək üçün köməklik edə bilərsinizmi
Dr.Orxan Agabəyov | 23 Yanvar 2013 06:41
Salam Mahir. Sizdə olan vəziyyətin həm psixoloji səbələri ola bilər (stress) həmdə orqanizmdə olan problemlər (bir çox kişidə belə problemlər 40 yaşdan sonra baş qaldırır ). Bazar günü gəlmək olar- bunun üçün 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
nermin | 22 Yanvar 2013 12:31
salam doktor.xayalarda dediyiniz o varokosel xastaliyi neca 1 xastalikdi mualicayla kecib gedandi yoxsa emeliyatlig 1 weydi?birda sizin klinikada xayalarin dopleri necayadi?1 vaxt tayin edib mutlaq yoldawim galacey yanviza.1 da zahmat olmasa unvani daqiq yazardiz va saat necaya kimi klinikada olursuz?cox sagolun tawakkurlar.
Dr.Orxan Agabəyov | 23 Yanvar 2013 06:36
Salam Nermin.  Varikosele yalnız cərrahi yolla (əməliyyat) müalicə olunur. Amma əvvəl bu diaqnozu dəqiqləşdirmək lazımdı. Ünvan: Nyu-med klinikası, H. Əliyev küç, 29 - Tələbə qəbulu üzrə dövlət komissiyanın yanı. Başqa informasiya üçün 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
Ferhad | 22 Yanvar 2013 11:36
Salam hekim.Prostat vəzin kapsulası 3mm olması nə deməkdir?
Dr.Orxan Agabəyov | 23 Yanvar 2013 06:30
Salam Ferhad. Prostat vəzinin kapsulasının qalınlığı 1-2 mm-dir. 3mm - prostatitin əlaməti ola bilər (amma yalnız bu göstərici ilə diaqnoz qoymaq düz deyil). Uğurlar.
SAHIL | 22 Yanvar 2013 11:26
Salam Orxan hekim menim size bir sualim olacaq. men cinsi elaqeye girende sadece bir defe bosalma olur ondan sora 2ci defe cehd edende hec cur sperma gelmir bu mende nese problem kimi ola bilermi? yasim 21
Dr.Orxan Agabəyov | 23 Yanvar 2013 04:52
Salam Sahil. Çalışın 1 -ci cinsi əlaqə ilə 2 - cinin arasındakı fasiləni artırasız - əgər keçməsə, onda müalicə lazımdı. Uğurlar.
sattar | 22 Yanvar 2013 10:56
Hekim salam. Man ayin 2si varikoselden emeliyyat olunmusham, 1 defe masturbasiya etmishem ayin 14-u, dunen.yeni 21i ise hec doze bilmedim ve cinsi elaqede de oldum, hec bir cetinlik, agri olamdi. Xahish edirem yazasiz ki, bu mene pis tesir ede bilermi? umumiyyetle pis tesir ederse ne cur tesirleri ola biler? Bir de bu ne vaxta cekilmelidi xayadaki damarlar? menim sheyimin ustunde de damarlar ele bil artib. Her defe demek olar ki, eyni tipli suallarla sizi yoruram, cox sag olun ki, hec vaxt suallarimi cavabsiz qoymursuz, teshekkur
Dr.Orxan Agabəyov | 23 Yanvar 2013 04:45
Salam Sattar. Varikosele əməliyyatından sonra cinsi həyata ona görə məhdudiyyət qoyulur ki, xayalar sıxılmasın(artıq yük düşməsin). 1 ayın tamamında damarlar artıq çəkilməlidi. Uğurlar.