nahid | 24 Yanvar 2013 18:54
doktor salam doktor mende ozu ozune sperma gelir cox vaxtlar seher duranda olur sonra ara bir axir bunun ucun neylemeliyem hansi dermanlari atmaq lazimdir bu neyden olabiler evvelceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 09:59
Salam Nahid. Pollusiyaların(spermanın gəlməsi) səbəbi müntəzəm cinsi həyatın olmamasıdır. Bu problemdə, dərman preparatları istifadə etmək yox - müntəzəm cinsi əlaqədə olmaq və ya ən azından masturbasiya etməkdir. Uğurlar.
anar | 24 Yanvar 2013 17:52
salam hekim men 2009-cu ilde infeksiyaya yoluxmusdum trixamoz mualice aldim hec bir infeksiya yoxdu ancaq mende cinsi zeiflik var elaqə zamani sertlesme yaxsi olmur .hemcinin hevessizlik olur xahis edirem mene komeklik edesiz
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 09:52
Salam Anar. Sizdə olan vəziyyətin, böyük ehtimalla, keçirilmiş trixomoniaz xəstəliyi ilə baglı deyil. Burda ya hormonal pozğunluq yada psixoloji səbəblər var. Bu problemlərin səbəblərini dəqiqləşdirib, müalicə keçmək məslətdi. Uğurlar.
Ferid | 24 Yanvar 2013 14:43
Salam,oturaq heyat terzi kecirirem.İşim beledir.Cinsi aktivliyim zeifleyib.Bu ciddi neticelere getire bilermi?Ne ede bilerem?
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 08:26
Salam Ferid. Oturaq həyat tərzi, cinsiyyət sistemində müəyyən problemlərə gətirib çıxara bilər - cinsi orqanların qan təhcizatının zəifləməsi, konqestiv (durğunluq) prostatit. Aktiv həyat tərzi keçirin - idmanla məşğul olun, hər gün piyada gəzintilərə çıxın. İşdə olarkən, hər 1-2 saatdan bir ayağa durun - hansısa hərəkətlər edin. Birdə müntəzəm cinsi həyat keşirin. Uğurlar.
Məlik | 24 Yanvar 2013 14:43
Salam doktor.Mənim 27 yaşım var,üzür istiyirəm cinsi əlaqədə olanda həddindən artıq tez boşalıram və haldan düşürəm.2-ci dəfə ücün penis çox çətinliklə qalxır. Xahiş edirəm mənə bir məsləhət verəsiniz.Təşəkkür eliyirəm
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 08:20
Salam Məlik. Sizdə həm potensiyanın zəifləməsi həmdə erkən boşalma var. Saytda bu problemlərlə bağlı məqalələr var - oradakı tövsiyyələrə riayət edin. Əgər vəziyyət düzəlməsə - müalicə lazımdı. Uğurlar.
sattar | 24 Yanvar 2013 14:34
Hekim salam. Her defe verdiyim suallari cavablandirdiginiz ucun cox sag olun. Varokeselnen baglidi yene de sualim. Her defe yaziram, yadinizdan cixib belke, bu ayin 2si varikoselden emeliyyat olunmusham. masturbasiya da etmishem 12 gun sonra, bir nece gun sonra cinsi elaqede de olmusham, Herden ishimle elaqeder bir balaca agir da qaldirmisham, yeni 5-6kq-da artiq, xahish edirem deyesiz ki, bu mene nece tesir ede biler? yeni damarlarin yigilmasinda problem ola biler? emeliyyat bosha gede biler? Cox sag olun . Cavaba gore de evvelceden teshekkur
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 08:03
Salam Sattar. Ümmumiyyətlə varikosele əməliyyatının uğurlu olub- olmağınını qiymətləndirmək üçün - 3 aydan sonra spermoqramma və xayaların doppler müayinəsindən keçmək lazımdı. Bu müayinələrsiz, nəsə proqnoz vermək düzgün deyil. Narahat olmayın, bu müddəti gözləyin sonra müayinələrdən keçin. Uğurlar.
rehman | 24 Yanvar 2013 13:58
salam hekim bagiwlayin menim yumaurtanin sag teref biraz yuxarda durur herdende agri verir neden olar
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 07:52
Salam Rehman. Burda bir necə variant var - kriptorxizm (xayanın enməməsi), varikosele və s. Dəqiq bilmək üçün - xayaların doppler müayinəsindən keçmək lazımdı. Uğurlar.
Orxan | 24 Yanvar 2013 13:24
Salam hekim,size bele bir sualim var,mende cinsi elaqe zamani tam sertlewme olmur,ve hemde tez bowalma olur,bu neyle elaqedardir.onu deyimki cox esebiyem..ve birde mende adi halda penis cox balaca olur.penisi qalinlawdirmaq mumkundurmu?mumkundurse hansi usullarla olur? 26 yasim var...verdiyim suallar baresinde etrafli melumat verseydiniz sevinerdim
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 07:44
Salam Orxan. Sizdə həm ereksiya problemləri həmdə erkən boşalma varsa - səbəblər həm psixoloji ola bilər(stress,həyacan) həmdə orqanik (cinsiyyət sistemində hansısa xəstəliklə bağlı - prostatit, hormonal pozğunluq). Penisin ölçülərini artırmaq üçün 2 variant var - əməliyyat(liqamentotomiya) və ekstenderlərin(xüsusi cihazların) istifadəsi. Uğurlar.
Senan | 24 Yanvar 2013 12:40
Salam Hekim. Mende bele bir problem var. Sidiye gedenden sonra (oturulu veziyyetde sidiye getmekden gedir sohbet) ele hiss edirem ki, nese goyneme var aletin uc hissesinde. Amma durub ayaq uste sidiye gedirem onda hech ne hiss elemirem her shey normal olur. Chox xahish edirem bunun tebii bitkilerle mualicesini ve hansi xesteliyin mende olmasini deyesiniz. Evvelceden teshekkurler!
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 06:37
Salam Senan. Çox güman ki, Sizdə sidik kisəsinin iltihabı(sistit) var. Diaqnozu dəqiqləşdirib - effektiv müalicə yazmaq olar. Uğurlar.
Huseyn | 24 Yanvar 2013 11:56
Hekim salam.Bağışlayın naahat etdim sizi.Men 3 ildir ki evliyem.ama hele usagım yoxdur.Turkiyey hekime getdim mende varikosel (damar genişlenmesi ) var dediler ve emeliyyat oldum.2 aydır emeliyyat olmusam.Bu əməliyyatın tesiri nece aydan sora özünü gösterir? Evvelceden teşekkür edirəm.
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 06:31
Salam Huseyn. Varikosele əməliyyatından sonra reabilitasiya dövrü, fərqli ola bilər - adətən tam bərpa üçün 6 ay kifayət edir. amma bu müddət 12 aya kimi də davam edə bilər. Uğurlar.
Elsen | 24 Yanvar 2013 09:37
Salam doktor . penisi boyutmek mumkundu,ve nece sm kimi boyutmek olur.Birde mende erken bosalma problemi var bunu nece aradan qaldirmaq olar.
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 06:10
Salam Elsen. Penisi böyütməyin 2 yolu var - əməliyyat(liqamentotomiya) və ekstenderlərin(xüsusi cihazların) istifadəsi. Erkən boşalmanın səbəblərini araşdırandan sonra effektiv müalicə təyin oluna bilər. Uğurlar.