ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
famil | 15 Sentyabr 2014 14:29
Salam hekim.2 gun olar xayamdan berk sanci tutdu sanki damari dartirdilar.xayam axşama kimi ağri verdi.axşam özumu boşaltdim.seheri gun qadin yanina getdim ola bilmedim.ne tam durmuşdu nede ölu idi sanki heves yox idi.özum özumu boşaltdim.o bu gunde yenede tam durmadi özum boşaldim.hekim xahiş kömek edin .
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2014 05:21
Salam Famil. Ola bilər xayalarda kəskin iltihabi prosesin əlaməti olsun(epididimit, orxit), bunu xayaların doppler müayinəsindən sonra dəqiq bilmək olar.  055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
hache | 15 Sentyabr 2014 13:04
Salam hekim!baqiwlayin narahat etdim menim saq yumurtam soldakina nisbeten boyukdu ve aqrilar olur toxunduqda bunun sebebi ne ola biler ve mualicesi mumkundurmu
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2014 05:21
Salam Hache. Xaya ölçüləri bir-birindən fərqli olması normal hal sayıla bilər. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elshad | 15 Sentyabr 2014 10:55
Salam Menim 29 yasim var ve bir qiz ovladim var (2 yasinda)..indi qismet olarsa bir ovladimin da olmasini isteyirik.Amma yoldasim hamile qala bilmir.Qadin hekiminin reyine esasen hamile qalmaginda hecbir problem yoxdu..Birinci ovladimiz aile heyati qurandan il yarim sonra olub. Menim hansi analizleri vermeyim mutleqdir? Evvelceden minnetdarligimi bildirirem.
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2014 05:22
Salam Elshad. Birinci növbədə spermoqramma -toxum analizi verin. Əgər göstəricilər normaya uyğundursa, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Ramil | 15 Sentyabr 2014 07:29
Həkim salam!Həkim məndə xayanın sol tərəfində varikosel var.31 yaşım var.Subayam.hec bir mualicə almamışam(utandıgıma görə).xayalarimda bəzən yangi,bəzən goynəmə,bəzən də agrılar olur.Bəzən də hec bir agrı olmur.Əvvəllər agrılar çox nadir agrılar olurdu.İndi axır 3-4 ay intensivləşib.İnşallah bu yaxın 3-4 ay ərzində evlənmək fikrim var.Sizdən cox-cox Xahiş edirəm mənə bir məsləhət verin.evlənmək olarmı?Ümumiyyətlə bu xəstəlikdən tamamilə yaxa qurtarmaq olarmı və bu xəstəlikdən qorxmaga dəyərmi?Həkim əvvəlcədən sizə təşəkkur edirəm.
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2014 05:22
Salam Ramil. Varikosele - kişi sonsuzluğunun ən əsas səbəblərindəndir. Varikoselenin, yalnız cərrahi müalicəsi(əməliyyat) var. Amma birinci növbədə, spermoqramma verin və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər, normaya uyğun deyilsə - əməliyyat etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
davud | 15 Sentyabr 2014 06:56
salam hekim men idmanla mesgul olan zaman trinajor zalinda menim penisim olu veziyyetde cox buzusur bas hissesi girir ele bil derinin altina ve bu mene mane olur penis olculerim mence normaldi 16 sm men her hereket etmemisden qabaq elimnen penis basini cixardb sonra hereketi edirem bu problemdi menim cun nece komek ede bilersiz onceden tesekkurler bu hal masinda oturan zamanda bas verir elede boyuk qarnim yoxdu ki deyim kokem normaldi beden az qarin var oncede tesekkur edirem cox saqolun
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2014 05:22
Salam Davud. Bu situasiyada heç bir problem yoxdu, tenajor zalında Siz məşq edən zaman qan təhcizatı dəyişir - qan əsasən əzələlərə gedir və penisin qan təhcizatı zəifləyir. Əgər cinsi həyatda bir problem yoxdursa, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
ELI | 15 Sentyabr 2014 05:28
Salam hekim sualim beledir men 1 ay bundan qabag cinsi elagede oldum 20-21 gun sonra sidiye gedib qutarandan sonra cinsi ogranimin ucunda sire olur qeyd edim ki bu evvelerde olurdu bilmirem neyle elaqederdir qeyd edim ki menim boyreyimde xestedir amma bele adi vaxtda hec vaxt mende sire ifrazati olmayib ancag sidiye gedende olur bu artig mene psxoloji tesir edir..
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2014 05:22
Salam Eli. Sidik kanalından ifrazatın gəlməsi 2 səbəbdən ola bilər - sidik-cinsiyyət sistemində iltihabi proses və ya cinsi infeksiya. Birinci növbədə cinsi infeksiyaların olub-olmamasını dəqiqləşdirmək lazımdır, sonra isə düzgün müalicə taktikası seçmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
roma | 15 Sentyabr 2014 01:56
salam hekim,sizden bir soz soruwum zehmet olmasa cavablandirin, hekim menim penisimin ustu yara olub,hardasa ucunun yumrusundan bu terefde 2,3 dene yara var.. Qadinla elaqede olan zaman aciwir ve agridir.. Sizce bu yara neden ola biler?? Artiq 2 hefteye yaxindi.. Evvelceden cox sagolun
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2014 05:22
Salam Roma. Bu əlamət - sifilisin və ya  herpes virusunun əlaməti ola bilər. Hər halda mütləq dəqiqləşdirmək lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
fantamaz | 14 Sentyabr 2014 21:34
salam, menim sikayetim beledir. evveller tez bosalirdim. 1 deyqe hec cekmirdi. melum cinsi hayatim zeif idi. ama qaydasina dusdu. daha donra en 3-5 deyqe cekdi. sadece problem ondadirki 1ci elaqeden sonra derhal ( 30 saniyeden sonra, tam temizlenen kimi) 2-ci elaqede orqazma ya gec catiram ya da hec catmiram, gedib qiraqda masturmasiya ile bosaliram, demek olar ki hissiyatim olmur, ama ereksiya piq olur. ama birinci elaqeden sonra hardasa 15-20 deyqe ara verirem sonra eleqede oluram her sey super, 1-cide 2-3 deyqe cekirdise ikincide 5-7 deyqe cekir, her sey normal orqazmada catiram. evveller qorxurdum suagim olmaz, ama usagim da var. 27 yasim var.
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2014 05:24
Salam Fantamaz. Birinci əlaqədən sonra dərhal ikinci cinsi əlaqədə olmaq nə mütləq deyil, nə də ki məsləhət deyil. Birinci cinsi əlaqədən sonra fasilə edin və hər şey qaydasında olacaq. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
İlqar | 14 Sentyabr 2014 20:56
salam.men 1 ile yaxindiki sidiye geden zaman az miqdarda sire axir neden ola biler.yoxlatmiwam infeksiya yoxdu.
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2014 06:09
Salam İlqar. Bu prostat vəzinin iltihabı - prostatitin əlaməti ola bilər. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vaqif | 14 Sentyabr 2014 18:38
Salam həkim.4 aydır evliyəm.2 gündən bir iki dəfə cinsi əlaqədə oluram.İlk əlaqədə tez boşalıram çox qısa ara ilə (təxminən 2-3 dəq) ikinci əlaqəyə başlayıram (penisi çıxarmadan) Bilmək istəyirəm belə əlaqəylə yoldaşım hamilə qala bilər? Yəni ikinci əlaqədə boşalmanın hamiləliyi ziyanı var? və ya ikinci dəfə boşalma ilə (sperma) hamilə qalmaq olar? Xahiş edirəm cavab verin
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2014 06:09
Salam Vaqif. Cinsi həyatın ritminin həmilə qalmaq ehtimalına birbaşa təsir etmir. Sadəcə aybaşının 10-cu günündən 18-ci gününə kimi günaşırı cinsi əlaqədə olun. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.