ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Kaka | 10 Yanvar 2015 10:02
Salam doktor mən 6 7 ay olarki sidiyə narahat gedirəm yəniki sidiy aram aram gəlir və mən elə bilirəm ki tam sidiyə tam gedməmişəm birdə 2 3günbundan qabaq sidiyə gedəndə spermaya bənzər maye gəldi narahat oluram bu nə ilə əlaqəli olar zəhmət olmasa tez cavablandırın
Dr.Orxan Agabəyov | 12 Yanvar 2015 07:41
Salam Kaka. Bu əlamətlər, prostatit - prostat vəzinin iltihabı əlamətləridir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rasim | 10 Yanvar 2015 07:25
salam hekim. Mende problem var. bele ki ehtirasim yerindedi. elaqede olmaq istyirem ama cisi orqanim yeteri qeder sertlesmir. birteher daxil edirem bir de gorursen isin ortasinda vabse yumsaldi. tesevvur edin ki mecbur qaliram canli elaqede oldugum halda xeyal quram. xeyallarnan bir teher elaqeni basa catdiriram. ama sehere yaxin tam ureyim isteyen kimi olmasada ereksiya olur. bu da qadina yaxinlasan kimi yumsalir basa dusurem ki bu heyecannan ve belke de basara bilmeme qorxusundan olur. evveller yeni 1 il bunnan qabaq yaxsi idim. gunde 5-6 defe qadin istiyirdim ama indi 2-3 defe istyirem onuda ki ereksiyannin alinmamasi qabagimi kesir. Xais edirem mene yol gosteresiniz meslehet veresiniz. evvelceden cox sag olun.
Dr.Orxan Agabəyov | 12 Yanvar 2015 07:41
Salam Rasim. Bu daha çox, psixoloji səbəbləri olan problemdir. Yəni, cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 10 Yanvar 2015 06:48
Salam. Hemik men artiq 2 ile qederdirki sidiye rahat gede bilmirem.gedendede tam olmur/ sanki biraz sidik qalmis kimi hiss edirem/ bununla yanasi ozumde cinsi aktivlik/ ve cinsi maragin azaldigini hiss edirem/men nevrozdanda eziyyet cekirem/ artiq son vaxtlar hiss edirem ki cinsiyyet orqanimda berkime (erreksiya) cox cetin olur/ lakin berkiyenden sonra da cox boyuk olur/ birde onu deyimki men porno filimlere cox baxirdim/ son 2 ilde hiss ediremki artiq o filimlerde meni ehtiraslandirmir yeterince/ Sizin klinikada mene komek ede bilersiz?tesekkurler/
Dr.Orxan Agabəyov | 12 Yanvar 2015 07:41
Salam Anar. Buyurun, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın, çalışaram Sizə kömək edim. Uğurlar.
Senan | 9 Yanvar 2015 23:17
salam zehmet olmasa cavablandirarsiz.cinsi elaqede sertlesme problemi yasayiram uzr isteyirem ama yeni daxil edecek qeder sertlesme olmur ve ya davaminda orqan olur bu kantaktla seksde olur lakin pul qarwiligi tanimadigim biriyle olduqda ise umumiyetle demek olar durmur varikosel emeliyat olmusam neticeleri tam normaldi sadece xayada boyukluk var bu dediklerime werait yaradarmi sizce cox sagolun
Dr.Orxan Agabəyov | 12 Yanvar 2015 07:41
Salam Senan. Sizdə ereksiyanın zəifləməsi halları var. Səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Azad | 9 Yanvar 2015 22:45
Salam hekim sualimi cavablandirsaz sevinerem.spermada xirda xirda qurumus kimi mayeler var bu normaldi?
Dr.Orxan Agabəyov | 12 Yanvar 2015 08:04
Salam Azad. Xeyr, normal hal deyil,  amma dəqiq bilmək üçün sadəcə spermoqramma verin.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
neriman | 9 Yanvar 2015 21:17
Salam menda oz ozune sperma axmasi hali bas verir hem tez tez sidiye gedirem bu ne ola bilerh ? Oxudugunuzcun twk
Dr.Orxan Agabəyov | 12 Yanvar 2015 07:42
Salam Neriman. Bu cinsi yolla keçən infeksiyanın əlaməti ola bilər. Cinsi infeksiyaların olub-olmamasını mütləq yoxlamaq lazımdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rembo | 9 Yanvar 2015 05:39
Hekim salam. Cinsi elaqeden texminen 5-6 gun sonra penisin ucunda qiciqlanma, sidiye gederken goyneme hiss eledim. Tumana lekeler duwmuwdu. Leke tund boz sanki cirklenmiw spermaya oxwayirdi. Ama sperma iyi gelmirdi. Ve bu her gun baw vermeye bawladi. Ne duwunursunuz? Cox ciddi bir wey ola bilermi ve mualice etmek olarmi?
Dr.Orxan Agabəyov | 12 Yanvar 2015 08:05
Salam Rembo. Bu cinsi yolla keçən infeksiyanın əlaməti ola bilər. Cinsi infeksiyaların olub-olmamasını mütləq yoxlamaq lazımdır. Əgər cinsi infeksiya aşkarlanarsa, müalicə kursu təyin ediləcək. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Nicat | 8 Yanvar 2015 16:10
salam sizin qebulnuz nece duwmey olar?
Dr.Orxan Agabəyov | 12 Yanvar 2015 07:42
Salam Nicat.  Ünvan: Nyu med klinikası, Həsən Əliyev küçəsi 29. Qəbul vaxtını dəqiqləşdirmək üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, əvvəlcədən mənimlə əlaqə saxlayın. Uğurlar.
elovset | 5 Yanvar 2015 20:42
salam hekim, mende son 4 5 ayda prostatit emele gelib. vezin olcusu norma daxilindedi. ama sidiye getdikden sonra yene hiss qalir mendeki yeniden getmeliyem. hemcinin boyrek dasi xesteliyi de var mende. 4 5 aydan bir boyreyime das yigilir. ozumde isimle elaqeli cox oturaq heyat kecirirem. hekime getmisem ve mualice yazib prostatitle elaqeli.ama hele ki tesiri yoxdu. oturaq heyat kecirmeyin prostat vezine ne tesiri ola biler sirf prostat vezi ucun hansi hereketler etmek meslehetlidir. bundan basqa mualice nece getmelidir. bundan basqa men erken yasimdan - 11 - 12 yasimdan mastrubasiyaya baslamisam, 3 4 il cox etmisem, ama artiq yasa dolduqca azaltmisam. son vaxtlar ise demek olarki etmirem. edende cox erken bosaliram. mastrubasiyanin yuxaridaki xesteliklerime ne tesiri ola biler ve gelecekde nese tesiri olar biler evlilik ucun. tesekkur edirem.
Dr.Orxan Agabəyov | 6 Yanvar 2015 06:27
Salam Elovset. 1. Xroniki prostatit elə xəstəlikdir ki, müalicədən müəyyən müddət keçəndən sonra, təkrar kəskinləşə bilər. Ona görə də xroniki prostatitin müalicəsində, ildə 2 dəfə(yazda və payızda) profilaktik kurslar tətbiq olunur. Oturaq həyat tərzi, prostatitin yaranmasında mühüm rol oynayır. 2. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
riyad | 5 Yanvar 2015 19:24
Salam hekim.sualim spermoqrammanin neticisini yazmakla nece olduqunu bilmek isteyirem. eyakulyatin miqdari 3.0 eyakulyatin rengi ag boz eyakulyatin iyi teze sabalid qatiliqi 0.3 reaksiyasi Ph 8.0 durulasma vaxti 45 deqiqe 1 ml-de spermatazoidlerin say 16.8mln butun eyakulyatda spermanin sayi 50.4 proqresiv hereketliler (A) 18% nonoroqresiv hereketliler(B C) 47% hereketsiz(D) 35% degenerativ forma 15 degenerativ bas- basa Degenerativ:quyruq-quyruqa -neqativ degenerativ:qarisiq -neqativ leykositler 0-1 erotrositler - epitel huceyreleri 0-1 spermatogenezin elementleri 1-2 lesitin deneleri selik trixomanada neqativ maya gobeleyi neqativ Qeyd edimki feralda 2il olacaqki evlenmisem, ve 1il 4ay evvel emeliyat olmusam cinsi damar problemi ile.indi bilmek isteyirem bir deyisiklik var.tesekkur edirem.
Dr.Orxan Agabəyov | 6 Yanvar 2015 06:26
Salam Riyad. Əməliyyatdan öncəki nəticələri qeyd etmədiyiniz üçün, dəyişikliyin olub-olmamasını müəyyənləşdirmək mümkün deyil. Hal - hazırki göstəricilər normadan aşağıdır və müalicə kursuna ehtiyac var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.