anar | 25 Yanvar 2013 19:58
salam,eger penisin dərisinin hiperhəssaslığı varsa mende bu mualice olunandi?1de men ay erzinde 4-5 defe cinsi elaqede oluram,az deyilkik?bu tez bowalmaya sebeb ola biler?
Dr.Orxan Agabəyov | 26 Yanvar 2013 20:16
Salam Anar. Ele vasitələr var ki, dərinin hiperhəssaslığını azaldır (anestetiklər). 4-5 cinsi əlaqə az deyil, əsas müntəzəmlikdi. Uğurlar.
ceyhun | 25 Yanvar 2013 18:35
salam hekim uzur isteyirem hekim men qadinla elaqede olanda tez bowaliram onun qarwisini nece almaq olar birdeki ferq etmir necefe olum yeni demek isteyirem halsizligim olmur sadece erken bowaliram 2 deiqe cekir
Dr.Orxan Agabəyov | 26 Yanvar 2013 08:01
Salam Ceyhun. Çalışın saytda - erkən boşalma məqaləsində olan tövsiiyələrə riayət edin. Amma, əgər 2 -ci cinsi əlaqə zamanıda, cinsi əlaqəninin müddəti artmırsa, yaxşı olar ki, səbəblərini müəyyənləşdirib - müalicə edəsiniz. Uğurlar.
Ramin | 25 Yanvar 2013 18:24
salam doktor.herpes xesyeliyinin mualicesi var?heleki hecne netice vermir.evvelceden tewekkerler
Dr.Orxan Agabəyov | 26 Yanvar 2013 07:48
Salam Ramin. Herpes virusu orqanizmdə müalicədən sonrada qalır(birdəfəlik müalicəsi yoxdur) amma düzgün müalicə təyin olunubsa -residivlərin (təkrar əmələ gəlmərin) sayını xeyli azltmaq olar. Burada ən əsas immuniteti gücləndirməkdi - nə qədər immunitet güclüdürsə - bir o qədər residiv az olacaq. Uğurlar.
Orxan | 25 Yanvar 2013 18:01
Salam.1.Uzunmüdddətli cinsi elaqe 10 il ardıcıl heftede 1-3 defe sonda kisi orqanizminde hansi xestelikler yarada biler? 2.Hal-hazırda ezele zeifliyi, sol medeciyin hiperfunksiyasi, tempiraturun tez-tez deyişmə hissi, cinsi fəallıgın zəifliyi(ehtirasın gec cuşa gəlib tez sonməsi) və cinsi orqanın ölcülerinin kicilməsi, spermanın azlıgı, on terefde xayalarda agrı, cinsi orqana geden damarlarda ağrı, agressiv xasiyyət, zehni, fiziki zeiflik, bel hissədə boyrekdi hansısa orqandı ağrı bunun nəticəsi ola bilərmi? 3. Nə məsləhət görürsünüz? 2 ildir ki siqaret cəkirəm, 16 yaşım var, hec bir qadınla yaxın cinsi əlaqədə olmamışam.
Dr.Orxan Agabəyov | 26 Yanvar 2013 07:41
Salam Orxan. Sual tam aydın deyil - 10 il cinsi əlaqədə olmaq haqqında əvvəl yazmısız sonra isə 16 yaş və cinsi əlaqədə olmamağınızı? Hər halda müntəzəm cinsi həyat, kişi orqanizmində, heç bir xəstəlik yaratmır yalnız müsbət dəyışıklər edə bilər. Uğurlar.
vasif | 25 Yanvar 2013 17:53
salam doktor,men qadinla opserken bosaliram sora yaxinliq ede bilmirem demek olar ki hevesim olmur ve durub getmek isteyirem bu neden sebebleri?
Dr.Orxan Agabəyov | 26 Yanvar 2013 07:15
Salam Vasif. Sizdə həm erkən boşalma var, həmdə potensiyada zəifləyib. Səbəblər müxtəlifdi - psixoloji və orqanik (prostatit, hormonal pozğunluq və s.). Saytda erkən boşalma və potensiyanın zəifləməsi haqqında məqalələr var, məqalələrdə səbələr haqqında daha ətraflı oxuya bilərsiz. Uğurlar.
Elcin | 25 Yanvar 2013 09:59
Salam hekim. mende herden aktiv olur her gun durur bezen de olur nece gunlerden durmur. sizce bu ne ile baglidi?
Dr.Orxan Agabəyov | 26 Yanvar 2013 07:11
Salam Elcin. Sizdə olan vəziyyət, potensiyanın zəifləməsindən xəbər verir. Bu problemin səbəbləri müxtəlif ola bilər - həyat tərzi (gündəlik stress, yorğunluq) və ya orqanik səbələr (hormonal pozğunluq). Uğurlar.
Seymur | 25 Yanvar 2013 06:26
Salam həkim menim cinsiyət orqanım balacadır onu inkişaf etdirmək olar?
30 yaşım var
başqa hec bir problem yoxdur
evelceden minnətdaram
Dr.Orxan Agabəyov | 26 Yanvar 2013 07:09
Salam Seymur. Cinsi orqanı böyütmək üçün 2 variant var - əməliyyat (liqamentottomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
Tehmin | 24 Yanvar 2013 22:15
Salam hekim menim 25 yasim var hec vaxt cinsi elaqede olmamisam masturbasiya yolu ile .ama axir vaxtlardi hiss ediremki zeiflik yaranib yeni birinin yanina getdim cox zeif berkimedi bu prablemin helli var?
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 10:43
Salam Tehmin. Sizdə olan problemlər - debyut problemləri (yəni cinsi həyata başlayarkən, təcrübəsizlikdən yaranan problemlər) adlanır. Və bu problemlər, rahat müalicə olunur. Uğurlar.
Samir | 24 Yanvar 2013 20:54
Salam həkim. Sizdən bir sual barədə kömək istəyirəm. Mənim penisim çox balacadır.Əlaqədən qabaq bu 4-5 sm əlaqə vaxtı isə 9-10 sm olur.Bu nədən qaynaqlanır?və nə dərəcədə qorxuludu?Amma əlaqə vaxtı qurtarma ilə bağlı heç bir problem yoxdu.hər şey normaldı.
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 10:30
Salam Samir. Əgər penisisin ölçüləri Sizdə kompleks yaratmırsa, bunun heç bir qorxusu yoxdu. Ölcülərin kiçik olması, müxtəlif səbəblərdən ola bilər - adətən genetik faktor əsas rol oynayır. Uğurlar.
sadiq | 24 Yanvar 2013 19:53
salam hekim men verdismi deyim yoxsa nece deyim.her gece elimle sperma tokmesem rahat yata bilmirem.bunun sebebi nedir ve bunun ne kimi ziyani var?tesekur edirem size onceden
Dr.Orxan Agabəyov | 25 Yanvar 2013 10:07
Salam Sadiq. Masturbasiya etmək istəyi müntəzəm cinsi həyat olmadıqda olur - yəni əgər Siz müntəzəm cinsi əlaqədə olsaz, masturbasiya etməyə meyliniz azalacaq. Masturbasiya o vaxt ziyan verə bilər ki, vərdişə çevrilsin - bu halda gələcək cinsi həyatda müəyyən problemlər yarana bilər (yəni əgər hansısa porno səhnəyə baxmasan - ehtiraslanma omlur). Uğurlar.