ƏTRAFLI MƏLUMAT
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.
Mən, həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.
Hörmətlə, Dr. Orxan Ağabəyov
Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Taleh | 26 Yanvar 2013 19:12
SALAM ALEYKUM HEKIM... ZEHMET OLMASA MENE BIR MESLEHET VERIN. MENIM CINSI ALETIM KICIKDI,onu HANSI YOLLA BOYUTMEK OLAR? YANI meyva-terevez ve s yeyilesi weylernen
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 20:25
Salam Taleh. Cinsi orqanın ölçülərini, heç bir qida məhsulu ilə artırmaq olmaz. Uğurlar.
vasif | 26 Yanvar 2013 19:12
salam doktor mende gelendan sonra bawdayir gejiwmaja o neden ola bilar meni incdir
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 20:12
Salam Vasif. Çox güman ki, sidik kanalında iltihab var. Dəqiqləşdirmək üçün, yaxmanın mikroskopiyası adlanan müayinədən keçmək məsləhətdi. Uğurlar.
Anar | 26 Yanvar 2013 18:51
Salam doktor. Zehmet olmasa cavab veresiz.Cinsi orqani boyutmek olarmi?Arvad 97kq,menise 63kq day ozunuz tesevvur edin men bu halda ne edim.Evvelceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 19:55
Salam Anar. Cinsi orqanı böyütmək üçün 2 variant var -əməliyyat (liqamentotomiya) və ekstenderlərin(xüsusi cihazların) istifadəsi. Amma əgər penisin uzunluğu 12 sm-dən artıqdırsa, tibbi baxımdan tam normal sayılır. Uğurlar.
ceyhun | 26 Yanvar 2013 18:38
salam hekim.men hedden cox cinsi fealiyyetle mesgul oluram (heftede 4-5 defe)her wey de normaldir.ama son zamanlar oz ozune sperma xaric olmalari olur;(sadece 1-2 damci kimi)bunun sebebini bilmek isterdim
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 19:51
Salam Ceyhun. Bu çox güman ki, sperma yox, prostat vəzinin şirəsidi. Bu prostat vəzidə iltihabın olmasından xəbər verir. Prostat vəzini USM-də yoxladın, əgər prostatit diaqnozu təstiqlənərsə - müalicə edin. Uğurlar.
elsen | 26 Yanvar 2013 18:12
eger spermada duralma gedibse bu ne demekdir
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 19:47
Salam Elsen. Spermanın keyfiyyətini qiymətləndirmək üçün - spermoqramma verilməlidi. Duru ya qatı olmağı - diaqnoz qoymağa kifayət etmir. Uğurlar.
Abdurrahman | 26 Yanvar 2013 18:07
salam.hekim bagislayin men tez bosaliram yani 2-3 deqiqe cekir. neynemek olar? mumukun qeder tebii usullarla olsun
cox sagolun cavabinizi gozleyirem
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 19:40
Salam Abdurrahman. Erkən boşalmanın müalicəsi, səbəblərdən asılıdı. Təbii vasitələr bu problemin müalicəsində istifadə olunmur. Ümumi tövsiyyələr isə saytda - erkən boşalma məqaləsində var. Əgər cinsi əlaqənin müddəti artarsa - çox yaxşı, əgər yox -müalicə lazım olacaq. Uğurlar.
azer | 26 Yanvar 2013 18:00
Salam hekim.mende erken bowalma olur.bowaldiqdan sora yaniki spermadan sora 2-3 damci bulanliq su gelir.hemde haldan duwurem.2 defe cinsi elaqeye gec gire bilirem.evvelceden tewekkurler.
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 19:21
Salam Azer. Ən yaxşısı prostat vəzinin USM-ini edin, çox güman ki, Sizdə prostat vəzidə iltihab var. Potensiyanın zəifləməsinin isə müxtəlif səbəbləri ola bilər. Bütün bu problemlər asanlıqla həll olunur. Uğurlar.
elmin | 26 Yanvar 2013 17:26
salam doktor.menim size sualim budur ki, birce defe cinsi elaqede olmusam.amma ozum nisanliyam.toy axsaminda neyneye bilerem ki utanmayim ve orqanim tez oyansin.evvelceden uzur isteyirem.cox saq olun
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 17:27
Salam Elmin. Ən əsası özünüzü qorxutmayın - toy gecəsində kişidən heç bir qeyri- adi xüsusiyyət tələb olunmur . Sadəcə toy axşamı spirtli içkilər qəbul etməyin, biraz istirahət edin və özünüzə arxayın olun. Uğurlar.
Rüstəm | 26 Yanvar 2013 17:04
Salam Aleyküm! Hörmətli həkim dinlə məşqul olduqdan sonra cinsi əlaqədə olmamışam sonunçu dəfə 4 il bundan öncə olub. 27 yaşım var ailəli deyiləm. Bəzən cinsi əlaqədə olmaq istəyirəm ancaq özümü saxlayıram. Bu mənim üçün Problem yarada bilər?
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 17:18
Salam Rüstəm. Bəli problem yarada bilər - ona görədə tezliklə ailə qurub, cinsi həyata başlayın. Belə uzun fasilə cinsiyyət sistemində durğunluq yarada bilər - və nəticədə müəyyən cinsi problemlər yarana bilər. Bu avtomobil sürməyə bənzəyir - əgər böyük fasilə edirsənsə( yəni bir neçə ay avtomobil sürmürsən) - fasilədən sonra hər şey çox çətin gəlir. Uğular.
Sehriyar | 26 Yanvar 2013 16:15
Salam doktor.Baqislayin bu sualima gore,menim sualim budur ki yasayis olanda spermanin tez gelmesidi,bunun caresi olar?
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 17:11
Salam Sehriyar. Erkən boşalma probleminin çarəsi var - bu problemin səbələrini dəqiqləşdirib - effektiv müalicə etmək olur. Uğurlar.