ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
anar | 27 Yanvar 2013 20:27
hekim baw agrisi olmasin...men minet ve ya masturbasiya vaxti gec bowaliram amma cinsi elaqede olanda tez bowaliram...mualice sizce lazimdi?dediyiniz o anestetikler nedir?cox sag olin...
Dr.Orxan Agabəyov | 28 Yanvar 2013 16:05
Salam Anar. Cinsi əlaqə, Sizdə daha çox ehtiras yaradır - nəticədə eyakulyasiyanı kontrol etmək çətinləşir. Anestetiklər - penisin dərisinin həssalığını azaldan preparatlardı. Müalicə etsəz, bu problemi həll eymiş olarsız. Uğurlar.
nizami | 27 Yanvar 2013 17:08
salam doktor.men spermoqramma analizi vermisem dekabr ayinda.mende gostericeler beledir A aktiv hereketli 5 %. B zeif hereketli 19 %. muelice olunmaliyam??ne meslehet gorursuz???
Dr.Orxan Agabəyov | 28 Yanvar 2013 11:47
Salam Nizami. Sizdə spermotozoidlərin hərəkətliliyi normadan azdı , A - 25 % , B - 25 % olmalıdı - müalicəyə ehtiyac var. Uğurlar.
adil | 27 Yanvar 2013 15:00
salam hekim menim 22 yasim var coxdandi kiminense elaqede olmuram . ama sol xayam tez tez agriyir mumkunduse meslehet vere bilersiniz? evelceden tesekurler.
Dr.Orxan Agabəyov | 28 Yanvar 2013 06:03
Salam Adil. Cinsi həyata, böyük fasilələr verəndə - xayada durğunluq fonunda belə hallar olur.  Varikosele (damarların genişlənməsi), epididimit və s. xəstəliklərdən də, ağrılar ola bilər. Ən əsası, çalışın, müntəzəm cinsi həyat yaşayasız. Əgər müntəzəm cinsi əlaqələrdən, sonrada ağrılar keçməsə - xayaların doppler müayinəsindən keçin.  Uğurlar.
Muslum | 27 Yanvar 2013 11:10
Hekim men de pataloji formali spermatazoidler 97%-dir.(kruger usulu ile) a 15%, a b 32 faiz teskil edir. evladim yoxdur 6 ildir aileliyem. bu gosterici ile ata ola bilerem?
Dr.Orxan Agabəyov | 28 Yanvar 2013 05:55
Salam Muslum. Sizdə hərəkətlilik faizi normadan azdı (A - 25 % olmalıdı, A+B - 50%), ən əsas isə patoloji formalar həddən artıq çoxdu. Dəqiqləşdirmək üçün, təkrar spermoqramma (müasir standartlara uyğun) verin - əgər nəticə  təkrarlanarsa - müalicəyə ehtiyac var. Uğurlar.
vasif | 27 Yanvar 2013 08:38
salam doktor. mende tez galir hec bir deqiqa cakmir qurtaram. o nadan ola bilar? avalcadan tawakkur edirem.
Dr.Orxan Agabəyov | 28 Yanvar 2013 05:50
Salam Vasif. Erkən boşalmanın səbələri müxtəlifdi: qeyri-müntəzəm cinsi həyat, penisin dərisinin hiperhəssaslığı, cinsiyyət sisteminin iltihabı xəstəlikləri və s. Daha ətraflı saytda - erkən boşalma məqaləsində oxuya bilərsiz. Uğurlar.
Elçin | 27 Yanvar 2013 08:25
Salam.Doktor.Sualım belədir: Trixomonoz xəstəliyinə tutulmuş insan bir neçə il öncə təxmini5-6 il keçir 2 kurs müalicə almışam.Ailəliyəm.Xəstəliyə subay vaxtı tutulmuşdum.Bilmək istərdim bu xəstəlik illər ötdükdən sonra qayıda bilirmi?? Arada xəstəliyin əlamətlərindən hiss edir narahat oluram analiz verirəm heçnə çıxmır bilmirəm bu psixolojidir ya necə?Ətraflı məlumatlandırardınız mümkündürsə.Müalicə həkimim nəxavtsa xəstəliyin qayıdabiləcəyini demişdir.Lakin saytlarda oxumuşam mümkün deyil uzun illərdən sonra qayıtması aydınlıq gətirərdiz xahiş edirəm.Öncədən təşəkkür
Dr.Orxan Agabəyov | 28 Yanvar 2013 05:43
Salam Elçin. Trixomoniaz xəstəliyi əgər müalicə olunubsa (yəni müalicədən sonra analizlərdə çıxmırsa) - heç vaxt qayıda bilməz. Bu  Sizdə yalnız o vaxt ola bilər ki, təkrar yoluxasız. Sizdə olan əlamətlər, sidik kanalının iltihabının(uretritin) əlamətləri ola bilər. Uğurlar.
ceyhun | 26 Yanvar 2013 21:35
salam hekim vaxtinizi aldigim ucun uzur isteyirem bu mualiceni aparmaq ucucn size nece muraciet ede bilerem birde uzur isteyirem bu mualicenin zehmet olmasa qiymetini deye bilersiz? evelceden tewekkur edirem
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 20:46
Salam Ceyhun. Bütün məsələlərlə bağlı 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
Eldeniz | 26 Yanvar 2013 20:14
Salam hekim... men 2 ile yaxindir gunde 1 defeden artiq ola bilmirem. herden ele olur ki gunlerle olmaq istemirem... olandada hec 1 deqiqe cekmir.. bu problemi nece hell etmeli?
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 20:41
Salam Eldeniz. Sizdə həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma problemi var. Bu problemlərlə bağlı saytda, müvafiq məqalələr var - oradakı tövsiyyələrə riayət edin. Əgər düzəlməsə - müalicəyə ehtiyac olacaq. Uğurlar.
Orxan | 26 Yanvar 2013 19:37
her vaxtiniz xeyir Orxan hekim. Uzunmüdddətli masturbasiya 10 il ardıcıl heftede 1-3 defe sonda kisi orqanizminde hansi xestelikler yarada biler. uzr isteyirem 26 yaşım var.Hal-hazırda ezele zeifliyi, sol medeciyin hiperfunksiyasi, tempiraturun tez-tez deyişmə hissi, cinsi fəallıgın zəifliyi(ehtirasın gec cuşa gəlib tez sonməsi) və cinsi orqanın ölcülerinin kicilməsi, spermanın azlıgı, on terefde xayalarda agrı, cinsi orqana geden damarlarda ağrı, agressiv xasiyyət, zehni, fiziki zeiflik, bel hissədə boyrekdi hansısa orqandı ağrı bunun nəticəsi ola bilərmi? 2 ildir ki siqaret cəkirəm. əvvəlcədən minnetdarlığımı bildirirem.
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 20:36
Salam Orxan. Uzunmüddətli masturbasiya, yalnız cinsi zəiflik probleminə gətirib çıxara bilər. Qalan problemlərin, masturbasiyaya birbaşa aidiyyatı yoxdu. Uğurlar.
Günel | 26 Yanvar 2013 19:19
Salam hekim.narahat etdiyimçün bağışlayın.xahiş edirem meni narahat edən sualımı cavablandırasız.29 yaşım var.2cı uşağa hamiləyəm.cinsi elaqede olduğum zaman hec orqazm yaşıya bilmirem.hamilelikden qabaqda bele bir problemim vardı.indi dahada çoxalıb.hetta yoxdu.çox stres yaşamışam cinsi heyatımla bağlı.indi o veziyyetden çıxa bilmirem.bu heyatıma cox tesir edir.men ne ede bilerem?Xahiş edirem mene kömek edesiz.evvelceden teşekkürümü bildirirem.
Dr.Orxan Agabəyov | 27 Yanvar 2013 20:30
Salam Günel. Bu müxtəlif səbələrdən ola bilər - məsələn yoldaşınızda erkən boşalma var (yəni cinsi əlaqə tez bitir, Sizə isə orqazma çatmaq üçün daha çox vaxt lazımdı). Elə qadınlar da var ki, onlarda ümumiyyətlə vaqinal orqazm olmur (yalnız klitoral orqazm olur). Psixoloji səbəblər də ola bilər. Səbələri müəyyənləşdirib, sonra müalicə etmək məsləhətdi. Uğurlar.