ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
elvin | 29 Yanvar 2013 18:49
salam hekim axwaminiz xeyir mende prostat problemi var.. prostatla bagli burda yazilan butun elametler mende var... men mualice almaq isdeyirem .. sizin qebulunuza duwsem texmini ne qeder xercim olar.
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 10:31
Salam Elvin. Qiymətlər münasibdir, daha ətraflı informasiya üçün 0555 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
Elşən | 29 Yanvar 2013 16:29
Salam həkim.Mən 6 aydır evlənmişəm. Hələ elə hal olmur ki,gec boşalım hər dəfə təxmini 1-2 dəqiqə çəkir. Sonrada seksə həvəsim ölür. 20 dəqiqə sonra oyanır yenədə düzdür əvvəlkinə nisbətən bir az uzun çəkir 5 dəqiqə təxmini olaraq. Amma mən düşünürəm ki bu da azdır. Əvvəllər chox uzun çəkirdi. Yaşım 27 dir. Həm özümüdə həvəssiz hiss edirəm. Xahiş edirəm mənə məsləhət verin
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 10:22
Salam Elşən. Sizdə həm erkən boşalma, həmdə potensiyanın zəifləməsi var. Əgər erkən boşalma problemi sonradan yaranıbsa, səbəb, çox qüman ki, iltihabi prosessdir. Saytda bu problemlərə aid məqalələr var - oradakı tövsiyyələrə riayət edin. Uğurlar.
Ferid | 29 Yanvar 2013 13:45
Salam hekim , men bir bunu bilmek isteyirem ki her defe mende cinsi elaqeden sonra sidik ifraz elediyim zaman xayamin altinnan dozulmez agrilar olur. Muayine de olunmuwam xayalarin dopleri prostatin usi vasitesi ile yoxlanilmasi hec bir problem cixmayib damar geniwlenmesi filanda yoxdur ... ama bu agri mennen el cekmir
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 08:51
Salam Ferid. Bu ağrılar cinsiyyət sisteminin orqanlarında iltihabın(prostatit, vezikulit) əlamətidir. Ola bilər, müayinər düzgün aparılmayıb. Təkrarən, fərqli klinikada müayinələrdən keçin. Uğurlar.
rovsen | 29 Yanvar 2013 13:33
salam hekim erken bosalmanin mualicesini deyin zehmet olmasa var yoxsa yoxdu?
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 08:35
Salam Rovsen. Erkən boşalma - müalicəsi olan cinsi problemlərdəndi. Müalicə kursu - 1,5 - 2 aydır. Uğurlar.
Veli | 29 Yanvar 2013 13:02
Hekim salam.Mende xayalarda biri o birisinen ferqlidi yeni kicikdi.Bununda kicik olmasinin sebebi xayanin gec torbaya dusmesidi texminen 13,14 yasimda torbasina dusub.Bilmek istiyirem bu gelecekde mende nese bir problem yarada biler?Cinsi aktivliyim yerindedi,hec bir agrim olmur.
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 08:28
Salam Veli. Əsas problem spermoqrammanın göstəricilərinin aşağı düşməsində ola bilər(spermoqramma -  kişinin ata olmaq ehtimallarını yoxlamaq üçün analizdir). Bunu yoxlamaq üçün spermoqramma verin. Uğurlar.
ceyhun | 29 Yanvar 2013 07:49
Salam hekim, yazmisiniz ki sualimi cavablandirmisiniz. amma sizin sualini cavablandirdiginiz bashqasidi... eger mumkunse menim sualimi da cavablandirardiniz. Zehmet olmasa deyerdiniz, eger ciddi bir shey bash vermeyibse, spermoqrammadaki gostericiler 3-4 ay erzinde ne derecede deyishe biler? bir de ki eger aktivlik A 18, B 56-dirsa normaldir? diqqetinize gore teshekkur edirem.
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 08:24
Salam Ceyhun. A- 25 % olmalıdı, Sizdə hərəkətlililk normadan azdı. Amma, Sizin yazdıgınız normativlər, müasir normativlər deyil - hal hazırda A-25%, B-25 % və A+B = 50 % normativləri artıq dünyada tətbiq edilmir. Müasir normativlər - Aktiv hərəkətlilər - 32 %, Zəif hərəkətlilər - 8 % və Ümumi hərəkətlilik - 40 % və daha çox - normativlərdi. Kişidə spermoqrammanın göstəriciləri adi soyuqdəymədən sonra belə dəyişə bilər. Uğurlar.
anar | 28 Yanvar 2013 19:51
hekim bunu mualice etmek nece muddet ceker?yeni penisin derisinin hessasligin azaldmagi nezerde tuturam,1de bunun 1ziyani olmazki?men anestetik preparatlar haqqinda oxudum,olarinda ziyanlisi var...sizin meslehetiniz?cox sag olin!
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 04:57
 Adətən erkən boşalmanın müalicəsi 1,5 - 2 ay çəkir (amma müsbət dəyişiklər artıq 15- 20-ci gün olur). Müalicə zamanı heç bir ziyanlı preparatlardan istifadə olunmur. Uğurlar.
ibrahim | 28 Yanvar 2013 18:59
salam manim 27 yasim var herden mende cinsi zeyiflik olur nasa hevesim olmur cinsi elaqada olmaga herden ela olur ki vabsem cinsi orqanim hec sozuma baxmir bunun ucun hetda bir ara zemax peraparati da istifade etmisam amma xeyiri olmayib mana meslehetli derman adi deya bilarsiz ki cinsi hevesi artirsin
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 04:54
Salam İbrahim. Cinsi zəiflik müxtəlif səbələrdən olur - hormonal, iltihabi, psixoloji və s. Yalnız bu səbələri müəyyənləşdirib - düzgün müalicə yazmaq olar. Uğurlar.
Etibar | 28 Yanvar 2013 14:51
salam hekim. men pul verib qiz yanina gedende 1-ci durur amma 2-ci durmur. maraqlsisi odur ki oz qizimla 3-4 defe dalbadal elaqede oluram ve ereksiya mohkem olur. sizce bu nedendi?
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 04:49
Salam Etibar. Bu əslində normaldı - öz daimi partyorunuzla, Siz daha rahatsız - ona görədə ereksiya keyfiyyətli olur. Ereksiya üçün psixoloji komfort çox vacibdir. Uğurlar.
ceyhun | 28 Yanvar 2013 12:22
Zehmet olmasa deyerdiniz, eger ciddi bir shey bash vermeyibse, spermoqrammadaki gostericiler 3-4 ay erzinde ne derecede deyishe biler? bir de ki eger aktivlik A 18, B 56-dirsa normaldir?
Dr.Orxan Agabəyov | 28 Yanvar 2013 16:09
Salam Ceyhun. Sizin sualınıza mən cavab vermişəm (ayın 26-sı vermişdiz). "Bütün suallar" lövhəsinin üstünə klik edin 2 -ci səhifədə, cavabı oxuyun. Uğurlar.