Rasim | 30 Yanvar 2013 13:30
salam eleykum hekim.bagislayin narahatciliga gore.mende prablem cox vaxti cinsi elaqeye girmey istediyim vaxt cinsiyyet orqanimin oyanmamasidir.basqa vaxtlarda hec bir prablem yasanmir.mumkunse hekime getmeden bu prablemi nece aradan qaldira bilerem?
Dr.Orxan Agabəyov | 31 Yanvar 2013 12:54
Salam Rasim. Sizdə olan vəziyyətin səbələri, çox güman ki, psixoloji səbələrdi. Ən əsası , özünüzə inamı artırın və çalışın cinsi əlaqədən öncə həyəcanlanmayasız. Əgər bir müddət bu problem aradan qalxmasa - müalicəyə ehtiyac olacaq. Uğurlar.
Mamed | 30 Yanvar 2013 13:05
Salam hekim, bagishlayin narahat edirem. men neche yerde analiz verirem heresinde de ferqli neticeler cixir. heresinde de hekim bir soz deyir. ona gore de mecbur olub sizden de fikrinizi oyrenmek isteyirem.
Sperma anailizinde
Eyakulyatin miqdari - 5.0 ml
1 mil-de Spem.sayi - 70
Bütün eyakulyatda sperm sayi - 350
a - 19
a b - 52
c - 10
d - 38
bash-basha -
quyruq-quyruga
qarishiq
Vitaliti - 62%
Degenerativ - 3%
Leykositler - 2-4
Epitel hüceyreleri - 0-1
Eritrositler - 0-1
Lesitin daneleri - az miqdarda
Maya gobeleyi -
Aqreqasiya
Selik
Spermatogenezin elementleri - 4%
Xahish edirem, bu neticeleri deyerlendirerdiniz. bu neticelerle ovlad sahibi olmaq olar? Evvelceden minnetdaram
Dr.Orxan Agabəyov | 31 Yanvar 2013 12:45
Salam Mamed. Yazdığınız göstəricilərin çoxu normaya uyğundu (birce A- 25 % olmalıdı, Sizdə isə 19 % - dir). Amma burda 1 məqam var - hal hazırda A B C D klassifikasiyası, artıq dünyada tətbiq olunmur - müasir standartlar - irəli hərəkətlilər -32 %, zəif hərəkətlilər - 8%, ümumi hərəkətlilər - 40 %-ə bərabərdir. Məsləhətdir bu standartlara uyğun spermoqramma verəsiz. Uğurlar.
Fuad | 30 Yanvar 2013 11:58
Salam doktor...Men cinsi heyata bir az gec baslamisam.27 yasim var.Mende cinsi heves cox muxtelifdir.Gah yuksek derecede,gah da zeif olur.Bezen hetta cinsi orqanim ne qeder istesem de durmur.Onu da deyim ki,cinsi elaqeden qabaq narahatligim da olur.Goresen yaxsi duracaq ya yox deye cox heyecanlaniram.Baxmayaraq ki,artiq defelerle cinsi elaqede olmusam.Amma bu narahatciligi tergide bilmirem.Cinsi elaqede olanda muddeti tam normal cekir.10-15 hetta 20 deqiqe.Amma bezen bu ereksiyanin olmamasi meni cox narahat edir.Bunu nece hell etmek olar?Mumkundur mu?Bir de onu da qeyd edim ki,men cinsi elaqede olandan sonra tekrar olmaga hevesim olmur.Umumiyyetle eyni vaxtda defelerle cinsi elaqede olmaq(2-3 defe) normal cinsi aktivlik sayilir mi?Yoxsa bunun olmamasi da bir problemdir?
Dr.Orxan Agabəyov | 31 Yanvar 2013 12:28
Salam Fuad. Sizdə cinsi uğursuzluq gözləmə sindromunun, yüngül formasıdı. Bu halın aradan qalxması üçün, birinci növbədə daimi cinsi partyorun olması lazımdı (daimi part)nyorla yaşayanda, həyəcan və cinsi əlaqədən öncə olan qorxu daha az olur, bir müddət keçəndən sonra isə tamam itir). Birdə ki cinsi əlaqəyə, idman kimi yanaşmayın(nəticəyə köklənməyin), bir dəfə cinsi əlaqədə olmaq da olar, iki dəfədə. 30 yaşa kimi olan kişilərdə orta say iki dəfədir(az olmağı, müxtəlif səbələrdən ola bilər), amma, özündən hansısa say tələb etmək düzgün deyil. Uğurlar.
Anar | 30 Yanvar 2013 11:19
Salam doktor!
Eger qadinin emeliyyat yolu bezi orqanlari cixarilibsa onun yeniden hamile qalmasi mumkundurmu ve yaxud hec mumkun deyil?
Dr.Orxan Agabəyov | 31 Yanvar 2013 04:35
Salam Anar. Baxır hansı orqan çıxarılıb, məsələn əgər uşaqlıq(matka) çıxarılıbsa - bəli hamiləlik mümkün deyil. Uğurlar.
nermin | 30 Yanvar 2013 09:32
salam doktor 1daha narahat etdiyimcin uzr istayiram..kecan dafa siza yoldawimin spermaqramma analizinin cvbni gostaranda dediz gostaricilar cox awagidi hamda leykasitlarin sayi coxdu va dediz cox gumanki burda xayalarda prb var.va an cox rast galinani varokoseldi.ama yoldawim deyirki (uzr istiyiram) xayamda hec bir agri hiss etmiram dediyina gora.va demiwdizki bu yalniz emeliyatla hayata kecirilir.soruwmag istiyardimki bu cetin emeliyatdi?neca saatligdi?cox narahatam nasa.siz bunu hayata kecirirsiz?yoldawim inwallah uzagi 1,2guna galacay yanviza hamda doplercun.an asasi 1 weya gora narahatamki man onu gucla gondariram hakima.hakima getmakla arasi yoxdu fikirlawiramki agar emeliyatlig 1wey olsa onda vapwe duwmayacey dalina.neyniyim hec bilmiram komayiniza ehtiyacim var.cox sahlankar insandi.hakima gedandada harwey yaxwidi manda hecna yoxdu falan bela deyir.galsa yanviza komak eda bilarsiz ona?2 hakima gedib 2da yarimcig qoyub.ozumda galmak istayiramki etrafli sohbat edak.
Dr.Orxan Agabəyov | 31 Yanvar 2013 04:15
Salam Nermin. Varikosele xəstəliyində, xayada ağrı, cəmi 10-20 % kişilərdə(varikoselesi olan) olur. Yəni ağrının olmaması, hələ varikoselenin olmamasından xəbər vermir. Müraciət edin, çalışaram kömək edim. Uğurlar.
asif | 30 Yanvar 2013 07:23
spermaqrammanin qiyməti nə qədərdir və bu evde olub klinikaya tez çatdirilsa olarmi?
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 19:59
Salam Asif. Spermoqrammanın qiyməti klnikadan asılı olaraq - 15-20 AZN arasındadı. Spermoqrammanı məsləhətdi klinika şəraitində verəsiz - nə qədər tez spermoqramma yoxlanılsa - bir o qədər nəticələr real olar, vaxt keçdikçə, nəticələr dəyişə bilər, həmdə daşınmada spermotozoidlər travmatizasiyaya uğrayır. Uğurlar.
Azər | 29 Yanvar 2013 21:42
Salam doktor, 34 yaşım var, cinsiyyət orqanım əvvəlki kimi aktiv deyil, və ya qadınla münasibətə başladıqdan az sonra ölür, təbii yolla müalicə ala bilərəmmi? əvvəlcədən təşəkkürlər
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 19:53
Salam Azər. Potensiyanın zəifləməsinin müalicəsi, bu problemi yaradan səbələrdən asılıdı, amma hər halda təbii vasitələrlə də müalicə etmək olar. Uğurlar.
elsen | 29 Yanvar 2013 20:51
salam hekim menim 15 yasim var her gun en az 1 defe sperma xaric edirem ve uzumde sizanaqlar cixir bu masturbasiyadan nece qurtula bilerem? Xais cavab yazin twk
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 11:00
Salam Elsen. Üzünüzdəki sözanaqlar, birbaşa masturbasiya ilə bağlı deyil, sadəcə Sizin yaşda, orqanizmdə hormonal fon dəyişir və nəticədə üzdə sizanaqlar əmələ gələ bilər. Masturbasiyadan qurtulmaq üçün isə, çalışın boş vaxtınız olmasın (hər hansı bir məşğuliyyət tapın, məsələn idmanla məşğul olun) və pornofilmlərə baxmayın. Uğurlar.
elcin | 29 Yanvar 2013 19:44
salam hekim men penis boyutmek ucun aleti hardan ala bilerem?
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 10:58
Salam Elcin. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın, Sizə informasiya verim. Uğurlar.
Elvin Ehmedov | 29 Yanvar 2013 19:01
Salam, həkim. Varikosele ola-ola trenajorla məşğul olmaq zərərlidirmi? mənə həkim 1-2 il qabaq demişdi 1-ci dərəcəli varikosele var. o zaman spermoqramma eləmişdim aktiv spermalar 44 faiz çıxmışdı. Amma 1ildən yuxarıdır eləmirəm. Azalma ehtimalı varmı?
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 10:46
Salam Elvin. Varikoseledə (1-ci dərəcəli) idmanla məşğul olmaq olar -əgər xəstəlik yaranıbsa - artıq idmanla məşğul olmamaq bu xəsətəliyi aradan qaldırmayacaq. Amma çalışın müəyyən hərəkətləri eləməyin (məsələn ştanqla oturub-durma -prisedanie). Müntəzəm spermoqrammanı yoxlayın - əgər göstəricilər normaldırsa - heç bir müalicəyə ehtiyac yoxdur. Uğurlar.