ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
mine | 31 Yanvar 2013 16:36
Salam doktor menim yoldasim cinsi akt zamani tezlikle neticeye catmaq isteyir on yaxinlasma demek olar ki cox az cekir ve ona toxunmagi da xoslamir doze bilmir ne etmeliyem men bir de men cinsi aktdan sonra kegel hereketi ile bosaliram bunu nece aradan qaldirmaq olar evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 1 Fevral 2013 18:39
Salam Mine. Sizin yoldaşınızda, erkən boşalma problemi var. Bu problemin səbəblərini müəyyənləşdirəndən sonra, effektiv müalicə kursu təyin etmək olar. Əgər cinsi əlaqənin müddəti artsa, Sizdə orqazma çata bilərsiz. Uğurlar.
nermin | 31 Yanvar 2013 12:28
Salam hekim, 3 aydir ki evliyem. son gunler mende doshlerde dolgunluq ve hessaslıq, davamlı yuxu halı ve halsızlıq, tez-tez sidiye cixma hallari olurdu. dediler hamileliyin elametleridi. ama aybashi oldum. sizce bu ne ile elaqedardi? Sebebi nedi? cox sag olun.
Dr.Orxan Agabəyov | 1 Fevral 2013 07:19
Salam Nermin. Bu əlamətlər, müxtəlif xəstəliklərin (cinsiyyət sistemi ilə bağlı olmayanda) əlaməti ola bilər. Cinsiyyət sistemində isə, sidiyə tez tez çıxma halları sistitin (sidik kisəsinin iltihabı), qalan əlamətlər isə menstruasiyadan öncəsi sindromun əlamətləri ola bilər. Uğurlar.
Elchin | 31 Yanvar 2013 08:46
Salam hekim. men bilmek isteyirem balqabaq siresinin potensiyanin guclenmesinde rolu gucludurmu? bawqa hansi meyveler rol oynayir?
Dr.Orxan Agabəyov | 1 Fevral 2013 07:08
Salam Elchin. Balqabaq şirəsi, sinklə zəngindir, ona görədə potensiyaya müsbət təsir edə bilər. Bundan başqa, analoji təsirə, nar şirəsi və qarpız şirəsi malikdirlər. Uğurlar.
Zamiq | 30 Yanvar 2013 22:50
Salam gozel insan bagislayin yene narahat edirem sizi, mende xlamidiya xesteliyi var idi bu haqda sizinle danismisam menim burdaki mualicem sona catdi xlamidiya xesteliyinin mualicesi nece gun davam edir? 10 gun mualice olundum tekrar analiz hele vermemisem tekrar anlizi burda vermek istemirem gelcem bakiya, Menim partnyorumda mikoplazma ve ureaplazma askaralnib bu xestelikler menim analizimde yox idi ola biler ki bu gizlin formada mende olsun?
Dr.Orxan Agabəyov | 1 Fevral 2013 05:56
Salam Zamiq. Xlamidioz xəstəliyinin müalicə müddəti, 10 - 14 gün təşkil edir. Əgər Sizin partnyorunuzda olan mikroblar, Sizdə yoxdursa-ola bilər ki, Sİzdə bu mikroblar var amma analizlər düzgün aparılmadığına görə, aşkar olunmayıb. Hər halda , qayda belədir ki, bir partnyorda hansı infeksiya aşkarlanıbsa, o biri partnyorda bütün aşkarlanan infeksiyalardan müalicə almalıdı. Uğurlar.
anar | 30 Yanvar 2013 19:45
salam hekim əvəlcədən sizə minnətdarlığımı bildirirəm.mən 3 ildir ki evliyəm bu vaxta qədər heç bir problemim olmayıb amma bu ildən özümü çox yorğun hiss edirəm cinsi əlaqə həvəsim azdır olandada gündə yəni ardıcıl 1 dəfə olur bəzən ondada olmur ifadəməm görə üzr istəyirəm bərkləşmir əvəllər bir gündə 7 dəfə olurdu hər gün indi isə hər gün olanda bərkləşmə problem olmur ardıcıl iki dəfə olmur bərkləşmir bunun səbəbləri nə ola bilər sizcə 4-5 aydır bi problem var .Xahiş edirəm bu problemin həllində mənə yardım edəsiniz
Dr.Orxan Agabəyov | 31 Yanvar 2013 21:06
Salam Anar. Sizdə potensiyanın zəifələməsi qeyd olunur. Bu problemin səbəbləri müəyyənləşdirilib, müalicə yazılmalıdı. Problemin yaranmasından, nə qədər az vaxt keçsə - bir o qədər daha rahat müalicə etmək olar. Uğurlar.
Alasgar | 30 Yanvar 2013 19:42
Salam Hekim,mende bir problem var ki,men tanimadigim qizla ya da az muddetli taiw oldugum(cemi 2-3 gun tanidigim,yeni taniwan kimi yataga getdiyim) qizla yataga gedende cox vaxt ugursu olur...bu neyle elaqedardir ve..bunun qarsini nece ala bilerem?
Dr.Orxan Agabəyov | 31 Yanvar 2013 20:43
Salam Alasgar. Sizdə bu problem, tanımadığınız (Sizin hansı cinsi gücə malik olmağınızı bilməyən), qızla cinsi əlaqədən öncə, Sizdə müəyyən fikirlər yaranır - bu qız məndən razı qalacaq ya yox? Və nəticədə narahatlıq, həyəcan yaranır. Buda öz növbəsində ereksiya problemlərinə gətirib çıxarır. Ən əsas məsləhət - çalışın cinsi əlaqədən öncə həyəcanlamayasınız, özünüzə inamı artırın. Uğurlar.
rrr | 30 Yanvar 2013 18:57
Erken bosalma xestelikdir yoxsaa seksden hezz almamaqdir
Dr.Orxan Agabəyov | 31 Yanvar 2013 20:25
Erkən boşalma (erkən eyakulyasiya) - hər iki partnyorun seksual məmnunluq almaları üçün, kifayət edəcək dərəcədə, cinsi aktın müddətini kişi tərəfindən nəzarət edə bilmədiyi vəziyyət adlandırılır. Erkən eyakulyasiya kişilərdə ən geniş yayılmış seksual problemdir (40 % hallarda rast gəlinir). Müasir zamanda, bu problemi həll etmək mümkündür. Uğurlar.
anar | 30 Yanvar 2013 18:38
hekim wenbe gunu iwleyirsiz?men mualice olunmaq isteyirem...1de zehmet deyilse deyerdizde,erken bowalma mualice edildikden sonra cinsi elaqe vaxti texminen nece deqiqeye bowalir insan?cox sag olin!!!
Dr.Orxan Agabəyov | 31 Yanvar 2013 20:12
Bəli, şənbə günü işləyirəm - vaxtı dəqiqləşdirmək üçün 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Müalicədən sonra, adətən 7-8 dəqiqəlik cinsi əlaqə(normaya tam uyğun) mümkün olur. Uğurlar.
Günel | 30 Yanvar 2013 18:34
Salam hekim.ümumiyyetle klitoral orqazmla,vaginal orqazmin ferqi varmi?men heç vaxt vaginal orqazm yaşamamışam.bunun qadın orqanizmine ziyanı varmı?vaginal orqazm insan orqanizminden asılı birşeydirmi?yoxsa onu verdiş halına salmaq mümkündürmü?
Dr.Orxan Agabəyov | 30 Yanvar 2013 06:09
Salam Günel. Vaqinal orqazm - cinsi əlaqə vaxtı, klitoral orqazm - klitorun stimulyasiyası vaxtı olur - amma hər iki halda, yaşanan hisslər eynidi. Orqazmın olmaması, qadın orqanizminə mənfi təsir edə bilər - ən azından, psixoloji durumu poza bilər. Orqazmın olması, bir çox faktordan asılıdı: partnyordan, cinsi əlaqədən öncə(və cinsi əlaqə vaxtı) olan psixoloji vəziyyətdən, cinsiyyət sisteminin sağlamlığından. Uğurlar.
Nazim | 30 Yanvar 2013 18:19
Həkim salam.məndə birinci aktin müddəti 1 dəq dən cox olmur.amma növbəti aktlarda bu nisbətən tənzimlənir.Bu haqqda cox düşünürəm hər dəfə yəni qane edə bilməmək düşüncəsi var amma tam psixoloji amille əlaqelidimi bilmirem.Birdeki mən spermada faizler o haqqda dolgun anlayisim yoxdu.1 - 2 cumle z/o - sa
Dr.Orxan Agabəyov | 31 Yanvar 2013 19:08
Salam Nazim. Erkən boşalmanın müxtəlif səbəbləri var: iltihabi, penisin dərisinin hiperhəssaslığı, psixoloji və s. Səbələri müəyyənləşdirmək üçün, müayinə olunmaq lazımdır. Spemoqrammanın əsas göstəriciləri say və hərəkətlilikdir - müasir standartlar, 1 ml-də spermotozoidlərin sayl - 15 milyon və daha çox , irəli hərəkətlilər -32 %, zəif hərəkətlilər - 8%, ümumi hərəkətlilər - 40 %-ə bərabər olmalıdır. Uğurlar.