fazil | 2 Fevral 2013 08:02
salam doktor necəsiniz sizdən bir söz soruşum da məni bagşlayın da amma mən 2012.10.28 də ayilə qurumuşam yoldaşımla ola bilmirəm mən birdaha üzür istəyirəm sizdən mən qalxır yoldaşıma yaxınaşan da nədən sə tez yatır mən bilmək istəyirəm ki o nədən ola bilər ki cavabınızı bilmək istəyirəm mən mümkün sə yazardınız da cavabını Hörmətlə fazil
Dr.Orxan Agabəyov | 3 Fevral 2013 05:27
Salam Fazil. Sizdə, toy gecəsi sindromu yaranıb. Bu sindromun səbəbləri - psixoloji səbəblərdi, yəni kişidə, toy gecəsi, müəyyən həyəcan yaranır - hər şey uğurlu olacaq ya yox, və bu həyəcan normal ereksiyanın yaranmasını pozur. Bir - iki dəfə təkrarlanandan sonra, artıq beyində fiksasiya olunur - və uğursuzluqlar davam edir. Bu problem, müalicə tələb edir. Uğurlar.
vasif | 1 Fevral 2013 21:13
Dr. salam. papillomanin tam mualicesi var? siz bunu edirsiz? cinsi orqan etrafinda sepki weklinde yayilib. papilloma oldugunu bilirem. tamamile mualice etmak mumkundur? yox olacaq?
Dr.Orxan Agabəyov | 2 Fevral 2013 19:03
Salam Vasif. Papilloma virusu, müalicə olunur və müalicədən sonra bədəndə, papillomanın heç bir əlaməti qalmır. Bəli, mən bu problemlə məşğul oluram. Uğurlar.
Aygün | 1 Fevral 2013 19:50
Salam həkim sizi narahat etdiyimiz üçün əvvəlcədən üzr istəyirik bir problem ilə əlaqəli sizi narahat edirik.bəzən aybaşı vaxtım 1-2 gün qabağa düşür.hamiləlik istədiyim üçün həkimə getdim.əvvəlcə 20 gün difaston qəbul etməmi dedi və mən də qəbul etdim.amma hamiləlik olmadı.sonra yumurtalar tez çatlayır deyə qaydaya salmaq üçün aybaşı vaxtımın 3-cü günündən 5 gün müddətində gecə yuxuya getmədən əvvəl Klofit qəbul etməmi dedi və mən də qəbul etdim.sonra yenə keçən ayla eyni gündə yanvar ayının 28 i xəstələndim.Mənim aybaşı müddətim 5 gündür amma bu dəfə birgün yarım normal xəstələndim.ancaq sonrakı günlərdə az az ləkələr oldu aybaşı kimi olmadı.bu gün də təkrar test etdim yenə hamiləlik çıxmadıbunun səbəbi nədən ola bilər?hamiləlik ehtimalı ola bilərmi?yoxsa bunun səbəbi nə ola bilər?Dərmanın təsirindən ola bilərmi?bu hadisə ilk dəfə olur.çox narahatam xahiş edirəm mənə kömək edin
Dr.Orxan Agabəyov | 2 Fevral 2013 18:53
Salam Aygün. Klofit preparatın, ovulyasiyanın stimulyasiyası üçün istifadə edirlər(yəni yumurtalıqlar zəif olduqda). Hamiləliyin olmaması müxtəlif səbəblərdən ola bilər (məsələn kişi faktoru - yoldaşınızın spermoqrammasını yoxladın). Savadlı qinekoloqa müraciət edin - səbəblər dəqiqləşdirin. Uğurlar.
sabir | 1 Fevral 2013 12:47
salam.kishide cinsiyyet orqanin olcusu nece sm olmalidir ki oz qadininin telebatini odesin.en azi neqeder olmalidir,sualima gorede cox cox uzr istiyirem
Dr.Orxan Agabəyov | 2 Fevral 2013 18:23
Salam Sabir. Qadının tələbatını ödəmək üçün təkcə ölçülər yox, başqa faktorlarda əsasdır - ereksiyanın keyfiyyəti, cinsi əlaqənin müddəti və s. Penisin 12 sm-dən artıq uzunluğu, tam normaya uyğundu. Uğurlar.
Tural | 1 Fevral 2013 12:19
Salalm doktor.men sizden xaiw edirem sualimi cavablandirasiz...erken bowalma hali mende demey olarki ildi baw verir,ozumden asili olmadan cinsi elaqeye girerken tez bowalmaqi duwunurem bilirem ki ozum ozume psixi durumda yaradiram tez bowalmaqa ve men bundan narahat oluram.muayinede olmuwam bir defe xeyri olmayib .xaiw edirem mene komek edesiniz
Dr.Orxan Agabəyov | 2 Fevral 2013 18:15
Salam Tural. Erkən boşalmanın səbəbləri müxtəlifdir, onların içində psixoloji komponentində rolu böyükdür. Saytda, erkən boşalmaya aid məqalə var, oradakı tövsiyyələrə riayət edin. Əgər vəziyyət düzəlməsə - müalicə lazım olacaq. Uğurlar.
фикрет | 31 Yanvar 2013 23:02
салам!хеким мени бир шей нарахат едир хаиш едирем мене дузгун меслехет верерсиз.Херден чинси елагеде оланда тез йорулурам тенги нефес олурам хемчини хевестенде дусурем.Бирде мени нарахат еден бир шейде вар биринчи дефе оланда 30 дег.кими узаныр 2-чи дефейе халл галмыр ве чинси органын баш хиссеси тохунанда инчидир. Мен не едим ки бу чур халлар олмасын? габагчадан МИННЕТДАРАМ
Dr.Orxan Agabəyov | 2 Fevral 2013 07:20
Salam Фикрет. Ən sadə məsləhət - cinsi əlaqələrin arasınada olan fasiləni biraz artırın. Bu halda ikinci cinsi əlaqə daha keyfiyyətli ola bilər. Amma bu problemin, orqanizmlə də bağlı səbəbləri ola bilər. Uğurlar.
Ravil | 31 Yanvar 2013 21:03
Salam hekim.menim bir problemim yaranib.Cinsi elaqemden sora cinsiyetimde acismalar olur gun boyu zehmet olmasa deye bilersiz nedendi?
Dr.Orxan Agabəyov | 2 Fevral 2013 07:18
Salam Ravil. Çox güman ki, Sizdə uretrit (sidik kanalını iltihabı) var. Dəqiqləşdirib, bu problemi rahat aradan qaldırmaq olar. Uğurlar.
vahid | 31 Yanvar 2013 20:05
Hekim men cinsi elaqeden Soram cjnsi orqanimda atismalar olur bu ne ile elaqelidi???
Dr.Orxan Agabəyov | 2 Fevral 2013 07:14
Salam Vahid. Çox güman ki, Sizdə uretrit (sidik kanalını iltihabı) var. Dəqiqləşdirib, bu problemi rahat aradan qaldırmaq olar. Uğurlar.
tahir | 31 Yanvar 2013 20:01
salam hekim menim cinsi orqanim cox zeif durur cox narahatam qadinlara qarsi hec durmur menim derdim nedir? sagala bilerem?
Dr.Orxan Agabəyov | 2 Fevral 2013 07:11
Salam Tahir. Sizdə olan, ereksiya problemlərinin müxtəlif səbəbləri var (psixoloji, orqanik). Bu səbəbləri müəyyənləşdirəndən sonra, effektiv müalicə təyin etmək olar. Uğurlar.
Gunel | 31 Yanvar 2013 18:42
Salam hekim. Menim sidik saxlama problemim var. Duzdu sidik qachrma olmuyub ama chole chixanda chox heyecanlaniram ele bilirem yaxinliqda ayaq yolu olmaz birden chatdira bilmerem. Halbuki bu heyecan evde hech olmur. Ama cholde ayaq yoluna getmiw olsam 5 dq sora qarwimda ayaq yolu chixsa yene getmek isteyirem. Eger 2-3 saat sora yeniden getmesem heyecanlaniram terleyirem dehwet chox hetta qiwda bele,ele olur elim esir. Aglimda hemiwe axrinci defe ne vaxt ayaq yoluna getdiyim vaxt qalir. Chaliwsamda chixmir aglimdan. Ama etrafima bawim qariwsa hech getmek istemirem. Bourekden uziye getmiwem hech bir problem yoxdu. Duzum yoxdu. Onuda qeyd edim 23 yawim var. Evvel bele ptoblemim olmuyub. Hardasa 2-3 il olar yaranib. Nece mualice etmek olar?
Dr.Orxan Agabəyov | 1 Fevral 2013 18:44
Salam Gunel. Birinci növbədə orqanik səbəbləri araşdırmaq lazımdı (belə problemlər adətən sidik kisəsi ilə bağlı olur). Amma dəqiq demək olar ki, Sizdə psixoloji komponent də var - sidiyi saxlamamaq (çatdırmamaq) fobiyası yaranıb. Hər halda bu vəziyyəti müalicə etmək olar. Uğurlar.