ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Vasif | 2 Fevral 2013 21:00
Salam Həkim. Xahiş edirem sualima cavab yazardiz .Mən oturaq vəziyyətdə cox oluram , əsasən maşında.Prostatit əlamətləri vardı məndə, antibiotik və rovinoprostdan ibarət mualicə goturdum xeyri oldu biraz .1 ay olar bitirmişəm bu mualicəni.Penisdə sərləşmə tam evvelki kimi olmasada duzelib biraz .Ama indi hiss edirem sidik kanalinda, ayaglarimin arasinda arabir istilesme olur , en coxda oturanda ele bil kanalda ayaglarimin arasinda istilesme hiss edirem ! bele hissler Spirtli icki qebul edende eveller olurdu ! Mualiceden evvel mende Prostatin uzisi boylama 4.1 sm, on arxa olcu 3.2 sm ,kondelen olcu 3.3 sm ,sabalidvari.nahamar,qeyri hemcins struktur,exogenlik artib ! bu formada !(mende umumiyyetle usagligdan sidiye gedende gecikme olurdu, adam icinde hec sidiye gede bilmirdim ) hekim mualiceden sonra kanalda qeyd etdiyim kimi istilesme hissi , belkede yandirici hissin yungul formasidi mene ele gelir ki istilesmedi ! Hekim men ne etmeliyem? oz ozune kecib geder? yoxsa muayine olunum?
Dr.Orxan Agabəyov | 3 Fevral 2013 19:20
Salam Vasif. Ola bilər prostatit tam müalicə olunmayıb. Bir müddət gözləyin, əgər əlamətlər keçməsə - müayinədən keçərsiz. Uğurlar.
NIcat | 2 Fevral 2013 20:44
men gec bowaliram bunun sebebi nedir?
Dr.Orxan Agabəyov | 3 Fevral 2013 19:15
Salam Nicat. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Uğurlar.
Cavid | 2 Fevral 2013 18:28
salam hekim narahat etdiyimcun uzr istyirem.mende bele bir problem var qizla munasibetde tez ehtiraslaniram ve cinsi elaqe baslayana qeder axitmaga basliyiram hemde 1-ci defe cox tez qutariram 2-ci defe yene tez ehtiraslaniram amma qutarmaq cox gec olur ve bezi hallarda umumiyyetle mumkun olmur.tewekkur edirem..!
Dr.Orxan Agabəyov | 3 Fevral 2013 17:44
Salam Cavid. Siz birinci növbədə, erkən boşalma problemini həll etməlisiniz. O ki qaldı, 2-ci cinsi əlaqədə, boşalmanın(eyakulyasiyanın) olmamasına, çalışın fasiləni biraz uzadasız (1-ci və 2 -cicinsi əlaqələr arasında). Uğurlar.
merdan | 2 Fevral 2013 18:09
salam hekim adim merdan size bir sualla narahat etmek isteyirem 3ildir ki evliyem amma mende toxumlar bos cixir yeni sayi yoxdur amma getdim iranda yoxlanisdan cixdim orda bildirdiler ki sende spermada toxum var amma toxum kim cixmir maye halinda cixir say neticesine gelende sifir olur siz ne meslehet gorursunuz mualice ucun irana gedim ya yoxsa burda mualicesi var mi?xahis edirem bu muracietime cavab veresiniz
Dr.Orxan Agabəyov | 3 Fevral 2013 15:40
Salam Merdan. Əgər spermoqrammada, göstəricilər (spermotozoidlərin sayı), sıfıra bərabərdisə - problem ya xayalardadı(spermotozoidlər, xayalarda yaranır), yada toxumçıxarıcı yolların tutulması ilə bağlıdır. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək lazımdır. Toxumun olması , amma toxum kimi yox, maye kimi çıxması - elmdən çox kənar(absurd) bir fikirdir. Müalicənin, Azərbaycanda və ya başqa ölkədə keçirilməsi isə,  yalnız Sizin seçiminizdir, amma məsləhət - xayaları yoxlayıb, sonra qərar verəsiz. Uğurlar.
Nicat | 2 Fevral 2013 17:31
salam.baqiwlayin narahat edirem.size sualim odur ki,men ayaqyoluna gederken,esasda boyuye,sidiyden sonra gucendikce nese wire gelir.elimle baxiram,gorurem ki, wire kimidi.ama rengi tam sperma rengde deyil.sidiyin renginede tam oxwamir.bunu mumkun olsa yazarsiz.
Dr.Orxan Agabəyov | 3 Fevral 2013 15:36
Salam Nicat. Bu şirə, nə spermadı nədə sidik - bu prostatın  şirəsidir. Çox güman ki, prostat vəzidə durğunluq fonunda, iltihablaşma gedib(prostatit). Uğurlar.
cavid | 2 Fevral 2013 14:58
hekim siz yazmishdiniz ki ireli hereketlilik 32, yavash herektlilik ise 8 faiz olmalidir. ama men getdiyim hekim deyir ki esas göstəriciləre gore sperm konsentrasiyası-1ml-də 20milyon, aktiv irəli hərəkətlilik-10%-dən yüksək, yavaş irəli hərəkətlilik-15%-dən yüksək olmalidir. sizce hansi duzdu?
Dr.Orxan Agabəyov | 3 Fevral 2013 10:03
Salam Cavid. Mən yazdığım göstəricilər(irəli hərəkətlilik - 32%, zəif hərəkətlilik - 8 %, 1 ml-də spermotozoidlərin konsentrasiyası - 15 mln.) Ümumdünya Səhiyyə Təşkilatının(Всемирная Организация Здравоохранения - ВОЗ -rus dilində) 2010-cu ildə tövsiyyə etdiyi və bütün dünyada istifadə olunan standartlardı. Bunu yoxlamaq çox asandı - Google-da - rus dilində - спермограмма стандарты ВОЗ 2010 - yazmaq kifayətdi, çıxan saytlarda(məsələn birinci çıxan - vikipediya saytında) rəqəmlərə fikir verin və hər şey aydın olacaq. Uğurlar.
serdar | 2 Fevral 2013 14:52
salam meenim cinsiyet orqanim balacadir onu ne etmek olar xahis edirem sualimi cavablandirasiniz birde mende erken bosalma tez olur bunu ne etmek olar
Dr.Orxan Agabəyov | 3 Fevral 2013 06:43
Salam Serdar. Əgər cinsi orqanın uzunluğu 12 sm-dən artıqdırsa heç bir şey etmək lazım deyil. Erkən boşalmanın səbələrini dəqiqləşdirib, müalicə edə bilərsiz. Uğurlar.
MAMED | 2 Fevral 2013 13:32
Hekim bir daha salam. Bagishlayin men bir defe de yazmishdim, zehmet olmasa buna da cavab vererdiniz. Spermoqramma, Eyakulyatin hecmi 3.5, konsistensiyasi 2.5, durulashma vaxti 80 d, 1 mil-de spermatazoidler 45, umumi sayi 157.5, ireli hereketliler 18 faiz, reqsi hereketliler 23 faiz, hereketsiz 59 faiz, hereketli spermatazoidlerin sayi 41 faiz, patoloji formalar 59 faiz. Yashama qabiliyyeti 49 faiz. Spermaqqlutinasiya , eritrositler 0-1 g/s, mikroflora . Hekim men esas gostericileri yazdim. Zehmet olmasa deyerdiniz, bunlar normaldir, ushaga sahib olmaq uchun yeterlidir? Evvelceden minnetdaram.
Dr.Orxan Agabəyov | 3 Fevral 2013 06:36
Salam Mamed. Sizin göstəricilər, demək olar ki, normaya uyğundur, bircə hərəkətlilik (irəli hərəkətlilər) - normadan azdı. Dinamikaya baxmaq lazımdır - əgər göstəricilər stabildirsə, müalicə etməməmək də olar. Uğurlar.
Rovsen | 2 Fevral 2013 13:21
tez tez sidiye getmenin ziyani varmi?
Dr.Orxan Agabəyov | 3 Fevral 2013 06:32
Salam Rovsen. Sidiyə tez tez getmə - sistitin (sidik kisəsinin iltihabının) əlamətidir. Uğurlar.
mamed | 2 Fevral 2013 08:31
salam həkim. erkən boşalmanın qarşısını almaq üçün hərdən keyləşdirici spreydən istifadə edirəm, bunun ziyanı ola bilər?
Dr.Orxan Agabəyov | 3 Fevral 2013 06:29
Salam Mamed. Keyləşdirici spreylərin, ziyanı yoxdu, sadəcə müvəqqəti problemi azaldırlar, problemi həll etmirlər. Uğurlar.