Cavid | 4 Fevral 2013 05:15
Salam Doktor. Menim Penis normal halda 2 SM, ereksiya zamani ise, 13-14 SM olur. Adi Halda 2 SM olmasi, problem deyil?? Bunu, ozumde fikirlewirem, belke problem var. Siz ne deye bilersiz?? Tewekkur.
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 08:04
Salam Cavid. Əgər ereksiya vaxtı 13-14 sm uzunluq olursa - heç bir problem yoxdu. Penisin ölçüləri, yalnız cinsi əlaqə zamanı əhəmiyyət daşıyır. Uğurlar.
Celal | 3 Fevral 2013 22:37
Salam,Adım Cəlaldır,24 yaşım var.Mənim problemim bundan ibaretdir ki,penisimin başında hissiyat yoxdu.Məlum olduğu kimi penisdə ən həssas bölgə baş hissədir.Məndə isə əksinə, baş hissədən cinsi həzz ala bilmirəm, toxdunduqda isə zəif ağrılar olur.Yalnız boyun nahiyəsinin asağısında həssaslıq var.Bildirmək istəyirəm ki,sünnət olmağımdan sonra bunu hiss etməyə başladım.Bu problemin səbəbi barədə yaxud müalicəsi olub-olmaması barədə mənə məlumat verməyinizi xahiş edirəm.Əvvəlcədən təşəkkur edirəm.
Dr.Orxan Agabəyov | 4 Fevral 2013 20:49
Salam Celal. Ola bilər, penisin dərisində hər hansı xəstəlik var və masturbasiya nəticəsində dəridə kobudlaşma yaranıb yada psixoloji səbəblər var. Belə problemdə ümumi müalicə yoxdu - müalicə səbəblərdən asılıdı (yəni, məsələn dəridə xəstəlik varsa -həmin xəstəliyi müalicə etmək lazımdı). Uğurlar.
Vasif | 3 Fevral 2013 20:35
Salam Həkim.Bağışlayın bir daha sizi narahat edirem.Məndə prostatin əlamətləri olanda müalicədən əvvəl prostatitin uzi-siylə bərabər Spermadan analiz verdim , nəricəsi belə oldu eyakulyatin miqdari 1.6,xüsusi iyi təzə şabalıdı,Eyakulyatın rəngi bozumtul ağ,PH 8.0 ,Konsistensiya 0.2 ,durulaşma müddəti 25, 1 ml-də spermazoitin sayı 34 , spermazoidlerin hereketi (a)-36,(b)-52,(d)-12 , morfologiya 60%, Aqlütansiya qarışıq,leykositler 60-65, eritrositlər - , epitel hüceyrələr 1-2, Lipoid cisimcikler cox miqdarda ,gobelek - ,selik - ,trixomonoda - , ! Həkim analizin nəticəsi belə oldu , xahiş edirəm deyərdiz bu normaldi ? məndə vəziyyət nə yerdədi ! xahiş edirəm cavablandırardız , Təşəkkür edirəm əvvəlcədən !
Dr.Orxan Agabəyov | 4 Fevral 2013 20:35
Salam Vasif. Bütün göstəricilər, normaya uyğundu, bircə leykositlər (iltihabın əlamətləri) həddən artıq çoxdu - buda başa düşüləndir - Siz analizi müalicədən əvvəl vermisiniz. Uğurlar.
Mehman | 3 Fevral 2013 18:48
Salam hekim narahat edirem xahis edirem sualima cavab veresiz.Men spermadan analiz vermisem 0 cixib deyirler xayalar balacadi buna varikosel sebeb ola biler?birde xayalari maliceyle boyutmek mumkundur?
Dr.Orxan Agabəyov | 4 Fevral 2013 19:29
Salam Mehman. Adətən xayaların balacaşmasına səbəb olan faktorlar kriptorxizm(xayaların kisəyə sonradan düşməsi), hormonal problemlər, anadangəlmə (genetik) pozuntular. Varikoselenin xayaları balacalaşdırması daha az ehtimaldı. Bunu dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsi və hormonları yoxlamaq lazımdı. Xayaları müalicə ilə böyütmək mümkün deyil(sadəcə toxumyaranma prosessini stimulə etmək olar). Uğurlar.
Arif | 3 Fevral 2013 14:40
Hekim,salam.Xahiw edirem sualima cavab verin : men 9-10 da oxuyanda qasigimda agri yaranmiwdi,hetda yeriye bilmirdim,cox agriyirdi,hekime bir defe getdim,wifahi olaraq dedi ki,damar geniwlenmesi ola biler,o da emeliyyatnan duzelir,sonra day gedesi olmadim yoxlaniwa,cunki agri temiz kecdi qisa muddetde,20 yawim var indi,ondan bu yana bir narahatciligim olmayib.Bu ne ola bilerdi,belke nese olub xroniki veziyyete keceib?Xahiw edirem melumat verin.
Dr.Orxan Agabəyov | 4 Fevral 2013 19:05
Salam Arif. Sizin yazdığınız əlamətlərin, bir çox səbəbi ola bilər - epididimit(xaya artımının iltihabı), orxit(xayanın iltihabı) və s. Amma varikosele(damar genişlənməsi) olmağı, az ehtimal olunur, çünki varikoseledə ağrı varsa, adətən səngimir. Dəqiq bilmək üçün, 2 müayinə lazımdı - xayaların doppler müayinəsi və spermoqramma(o vaxt olan prosessin ziyan verib - verməmiyini göstərəcək). Uğurlar.
elik | 3 Fevral 2013 14:03
Salam həkim. Sizə əvvəlcədən təşəkkür edirəm cavablandırdığınıza görə. Mən Cinsi əlaqəyə başlamamışdan əvvəl penis əlaqəyə hazır olanda penisin ucunda şəffaf maye axını hiss edirəm. halbuki heç cinsi əlaqəyə başlamamış olur bu
Dr.Orxan Agabəyov | 4 Fevral 2013 09:02
Salam Elik. Bu maye çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi mayedir və normadan kənar deyil. Bu maye cinsi əlaqə vaxtı, sürtgü(smazka) funksiyasını yerinə yetirir. Uğurlar.
orxan | 3 Fevral 2013 13:23
salam.men bilmek isterdim normalda spermoqrama nece faiz olmalidir? Evvelceden tesekurler.
Dr.Orxan Agabəyov | 4 Fevral 2013 08:01
Salam Orxan. Spermoqrammanın müasir standartlara görə əsas göstəricilərin norması - irəli hərəkətlilik - 32%, zəif hərəkətlilik - 8 %, 1 ml-də spermotozoidlərin konsentrasiyası - 15 mln və ümumi spermotozoidlərin sayı - 40 mln olmalıdı. Uğurlar.
Fuad | 3 Fevral 2013 12:34
salam Orxan hekim uzurisdeyirem bilmek isdeyirem kisi cinsel orqanini nece boyutmek olar yas 26 razmer 15 di evelceden tesekur
Dr.Orxan Agabəyov | 4 Fevral 2013 07:10
Salam Fuad. Uzunluğu artırmanın 2 yolu var - əməliyyat(liqamentotomiya) və ekstenderlərin(xüsusi cihazların) istifadəsi. Amma, penisin 15 sm uzunluğu tam normaya uyğundu və ölçülərin artırılmağına ehtiyac yoxdu. Uğurlar.
Kamal | 3 Fevral 2013 11:52
Salam Hekim,menim 18 yawim Var,cinsiyyet orqanimin uzunluqu 11 smdir,,yatmiw hali 2,3,4 sm olur,herden bir cur,,.Bu problem meni narahat eliyir,boyum 1.80 dir,,Mene meslehet verin cox xaiw hansi turkecarelerden isdifade ede bilerem,derman isdemirem,,Cox xaiw mene meselhet verinminddiden TEwwekurler
Dr.Orxan Agabəyov | 4 Fevral 2013 06:41
Salam Kamal. Penisin 12 sm -dən artıq ölçüləri, normaya uyğun sayılır. Amma 1 sm görə özünüzə kompleksə salmayın. Uzunluğu artırmanın 2 yolu var - əməliyyat(liqamentotomiya) və ekstenderlərin(xüsusi cihazların) istifadəsi. Uğurlar.
Murad | 3 Fevral 2013 08:43
Həkim salam, məndə erkən boşalma problemi var, neyləməliyəm mən?
Dr.Orxan Agabəyov | 4 Fevral 2013 06:38
Salam Murad. Erkən boşalmanın səbəblərəni müəyyənləşdirməlisiniz və müalicə almalısınız. Müalicə müddəti 1,5 -2 ay təşkil edir. Uğurlar.