ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Eldaniz | 20 Sentyabr 2014 16:03
Salam hakim sizi bir sualla narat edacam! 3 aydir evlanmiwam toyun ilk 1ci ayini normal. Cinsi elaqada olurdum yeniki gun erzinda 3 dafa amma onuda qeyd edim ki. Iwa cixmirdim. Indi isa iwa da Cixmiwam va 1 dafadan artiq ola bilmiram cox xaiw ediram mana komak edin man na edim.. qabaqcadan twk
Dr.Orxan Agabəyov | 22 Sentyabr 2014 06:02
Salam Eldaniz. Gündə bir dəfə cinsi əlaqədə olmaq, o qədər də pis göstərici deyil, amma potensiyanın birdən-birə zəifləməsi baş veribsə - səbəblər müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.).  Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Vaqif | 20 Sentyabr 2014 15:57
Salam həkim.Allah Sizdən razı olsun ki,suallara cavab verirsiz.Həkim mən spermadan analiz verdim.Nəticələri yazım nə problemlər olduğunu və mualicənin mümkün olub olmamağını xahiş edirəm yazın Sıyıqlaşma müd; 20-25 dəq,bütün eakulyatda sperm sayı:200 mln,Canlı sperm sayı:75%,Aktiv (düz hər-li): 50%,Az hərəkətli (yerində fır):25-30%,hərəkətsiz:25%,Aqlütinasiya:( )çox miqdarda,Leykosit:30-32 g/s,selik:çox miqdarda.cavab üçün təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 22 Sentyabr 2014 06:21
Salam Vaqif. Spermada çox miqdarda leykositlər var - bu cinsiyyət sitemində iltihabi prosesin olmasından xəbər verir. DƏqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Aynur | 20 Sentyabr 2014 14:47
salam hekim.Evvelceden tesekkur edirem.kisi spermasindan qan gelmeyinin sebebi nedir?yeni sperma ile qan birlikde gelerse bunun sebebi nedir?ilk defe idi bele bir seyin olmasi.
Dr.Orxan Agabəyov | 22 Sentyabr 2014 06:02
Salam Aynur. Spermada qanın olması - əsasən sidik-cinsiyyət sistemində iltihabi prosesin əlamətidir. Əgər bir dəfə olubsa və təkralanmırsa - narahat olmayın, əgər təkrarlanarsa, bu halda diaqnostika etmək vacibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 19 Sentyabr 2014 22:27
Salam hekim.Men uzun muddetdir ki,sidik yandirma hava deyiwende axrili sidiye cixiram yoxlaniram analizler verirem hec bir netice yoxdu ve mikrob da yoxdu uje bankrot olmuwam.uziye de duwurem prostat normaldi vallah artiq axlimi itirirem duwunmekden bunun sebebini zehmet olmasa aciqlayasiniz.tewekurler
Dr.Orxan Agabəyov | 22 Sentyabr 2014 06:02
Salam Anar. Bu situasiyada 2 variant var - ya analizlər düzgün ya da tam aparılmayıb, vəssəlam. Düzgün və tam diaqnostika edib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
emin | 19 Sentyabr 2014 18:35
salam hekim.qadinla cinsi elaqede olanda 1deq bosaliram,bu neden olar,bunun mualiesi var?@
Dr.Orxan Agabəyov | 22 Sentyabr 2014 06:02
Salam Emin. Erkən boşalmanın səbəbləri müxtəlifdir: Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər) ; Penisin dərisinin həddən artıq həssaslığı ;Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması ; Cinsi uğursuzluq gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar. Səbəbini dəqiq müəyyənləşdirdikdən sonra, düzgün və effektiv müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Əliheydər | 19 Sentyabr 2014 15:08
Salam, Doktor. Bu gün prostat vəzimi USM-də müayinə etdirdim.USM-in nəticəsi belədir: Ölçüləri 47*30*45mm, hüdudları düzgün, deformasiyaya uğramayıb, exogenliyi güclənib, exostrukturu qeyri-həmcins, sol preferik zonada kalsinatlar qeyd olunur, akustik cızıq qeyd olunmur. Bilmək istərdim ki prostat vəzimdə ciddi problem yoxdur ki? "Kalsinat və akustik cızığın" nə olduğunu mümkünsə izah edərdiniz.Öncədən minnətdaram
Dr.Orxan Agabəyov | 22 Sentyabr 2014 06:02
Salam Əliheydər. Prostat vəzidə kalsinatların(daşların) olması xroniki prostatitin əlamətidir. Kalsınatları dərman preparatları ilə aradan qaldırmaq, demək olar ki mümkün deyil. Əgər aşkarlanan kalsinatlar Sizi narahat etmirsə, xüsusi müalicə tələb olunmur, amma ağrılar və ya narahatlıq varsa - prostatitin müalicəsi aparılmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Apokalipsis | 19 Sentyabr 2014 10:10
Salam,27 yasim var,4 aydir ki evliyem,amma normal cinsi elaqede ola bilmirem.yeni elaqe zamani daxil olarken cinsiyyet uzvum tam berkimir,analizler her seyin normal oldugunu gosterir,seksoloq yaninda.dedi ki,sebeb psixolojidir. 10 psixoloji seans kecmisem,hec bir faydasi olmadigina gore seanslari dayandirdim.hekim,bu veziyyetden basqa ne cur qurtulmaq olar?
Dr.Orxan Agabəyov | 22 Sentyabr 2014 05:56
Salam Apokalipsis. Əgər səbəblər psixologiya ilə bağlıdırsa - cinsi əlaqə başlayanda, Sizdə müəyyən narahatlıq yaranır - ereksiya necə olacaq? Daxil ola biləcəm? və s. Bu narahatlıq, ereksiyanın normal mexanizmlərini pozur və nəticədə, ereksiya itir. Müalicədə, həm dərman preparatları, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Murad | 19 Sentyabr 2014 07:06
Salam. evvelce uzr isteyiirem, menim derdim beledi menim 34 yasim var, aleliyem 1 evladim var 7 yasindadi, bu son illlerde ikinci usaq arzumuz alinmir. yoldasim mualice de oldu, yene bir sey alinmadi, hekim deyir yoldasinda her sey qaydasindadi, men ozumden supelenirem, mene gelende ise derdimi size deyim, men gunde demek olar ki oluram, cinsi orqanimda ezele zeyiflii yoxdu, amma sperma suludu, 5-6 gun cinsi elaqede olmayanda xayalarimda agrilar basliyir, qutaranda sakitesir, bu son vaxtlar ise sol teref yungul agrilar olur. sol xaya sagdakindan ferqlidi bir za asagi salanir elimi vururam xayanin arxasinda damar(ve ya kanal) bir az ferqlidi bu ne qeder boyuk problemdi?
Dr.Orxan Agabəyov | 22 Sentyabr 2014 05:56
Salam Murad. Xaya ağrılarının səbəbi, müxtəlif ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi), orxit(xayaların iltihabı). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Coni | 15 Sentyabr 2014 17:56
Salam Hekim xahiw eleyirem sualima cavablandirasiniz analiz verdim gobelekvari infeksiya cixdi ve mende az az sire gelirdi antibiotikler yazdi hekim qebul etdim ve indi arada olurki yene sire gelir ne meslehet gorerdiz?
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2014 05:20
Salam Coni. Əgər göbələk infeksiyası aşkar olunursa - antibiotik təyin olunmur, əgər antibiotik təyin olunursa - göbələk əleyhinə preparat təyin olunur, bu prinsipi nəinki həkimlər, hətta adi insanlar da bilir. Yəni, əgər göbələk aşkalanıbsa - antibiotik deyil(vəziyyət daha da çətinləşə bilər), göbələk infeksiyası  əleyhinə vasitələr istifadə olunmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elnur357 | 15 Sentyabr 2014 16:13
salam hekim men analiz verdim Chlamidia trachomatis musbet.cixib. bu xesteliyin mualicesinde antibiotiklerin xeyri olur?ve mualice muddeti ne qeder olur.zehmet olmasa bu haqda yazin.tewekkurler
Dr.Orxan Agabəyov | 16 Sentyabr 2014 05:21
Salam Elnur357. Xlamidiyanın müalicəsinin əsasını antibiotiklər təşkil edir, amma yanaşı başqa preparatlar da təyin olunmalıdır. Müalicə müddəti 15 gün təşkil edir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.