emin | 4 Fevral 2013 15:21
salam hekim mende penis cinci elaqe zamani berkimir ama masturbasiya edende ureyim istediyim kimi olur realda bir defe bowaliram daha durmur canli qiznan ama hamamda uc dord defe qutara bilirem bu nedendi evde mualicesi var bunun
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 13:50
Salam Emin. Bu problemin səbəbi - psixoloji səbəblərdi. Yəni, qızla olanda müəyyən qədər həyəcan olur, və həyəcanın fonunda ereksiya yaranmır. Bu problemin müalicəsində, rasional psixoterapiya (klinika şəraititndə) və preparatlar (evdə qəbul olunur) istifadə olunur. Uğurlar.
eldar | 4 Fevral 2013 14:54
salam.hekim .kisi tez tez bosalamaxin nekimi ehemiyye ti var dir onu bilmek istiyirem ki menfi yoxsa musbat olur.ne ise kefiiyet itirmi.
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 13:48
Salam Eldar. Əgər istək varsa, kişi istədiyi sayda boşala bilər. Bunun heç bir ziyanı yoxdur. Uğurlar.
Mito | 4 Fevral 2013 14:45
salam hekim. 1 ci sualim. Men ehtiraslanan zaman penisin ucundan sire axir. ele bele vaxti axma olmur ancaq ehtiraslananda olur. bu neyle elaqedardir. 2ci sual. erken bosalmanin esas sebebleri nedir.
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 13:43
Salam Mito. 1.Bu maye çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi mayedir və normadan kənar deyil. Bu maye cinsi əlaqə vaxtı, sürtgü(smazka) funksiyasını yerinə yetirir. 2. Erkən boşalmanın əsas səbəbləri: penisin dərisinin hiperhəssalığı, cinsiyyət sistemində iltihab, psixoloji səbəblər, qeyri-müntəzəm cinsi həyat. Uğurlar.
Джейхун | 4 Fevral 2013 11:49
Уважаемый Доктор
У меня внезапно снизилось либидо внезапно тоесть скажем раньше мне только приходилось подумать или увидеть или фантазировать как у меня сразу эрекция.где то это даже мешало в жизни тоесть достовлял иногда дискомфорт мне докторы говорили из за гиперсексуальности..но внезарно либидо снизилось до минимума, сдавал все анализы гормоны все в порядке, правда простате обнаружили кисту, 5-7мм..ни каких инфекций ни бактерий ничего....скажите чем это связано? это связано психический? тоесть мне приходится рукой после чего он стоит, говорят у всех бывает один раз в жизни снижение либидо...как и через сколько оно восстонавливается..будум вам признателен спасибо...
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 09:09
Здраствуйте Джейхун. Снижение либидо, может быть связано с разнообразными причинами, среди которых важное место занимает психология. Т.е. если Вы постоянно живете в напряжении, испытываете много стрессов, мало отдыхаете - все это может привести к снижению потенции. Кроме того, психология мужчины устроена таким образом, что при первых проблемах, он начинает беспокоиться и в результате появляется гиперконтроль эрекции и синдром ожидания сексуальной неудачи. Так что, Вам совет не стоит фиксироваться на снижении либидо - если Вы перестанете обращать на это внимание - все наладится. Удачи.
tural | 4 Fevral 2013 11:27
salam orxan hekim mende problem tez tez penisin durmasindan ibaretdi arada bir gobekle penisin ara hissesi berk agridir bu neden ola biler?
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 08:44
Salam Tural. Göbəklə penisin arasındakı ağrılar -sidik kisəsinin iltihabının(sistitin) əlaməti ola bilər. Tez tez ereksiyalar isə problem sayılmır(bu sadəcə güclü potensiyadan xəbər verir), amma əgər Sizi bu hal narahat edirsə, müntəzəm cinsi həyat keçirməyiniz(boşalmağınız), məsləhətdir. Uğurlar.
Babek | 4 Fevral 2013 10:46
Salam.sualim buduki Varikosel xesteliyi erken bowalmaya sebeb ola biler?.ikinci sualimda var .masturbasiya varikasel yarada biler yada erken bowalmaya sebeb ola biler
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 08:31
Salam Babek. 1. Varikosele xəstəliyi erkən boşalmaya, səbəb ola bilməz. Erkən boşalmanın mümkün səbəbləri haqqında, saytda, erkən boşalma məqaləsində oxuya bilərsiz. 2. Masturbasiya, nə varikosele, nədə erkən boşalmaya səbəb ola bilməz. Uğurlar.
Vəli | 4 Fevral 2013 10:20
salam, həkim məndə 1 həftədi sağ xayadan az da olsa ağrı gəlir buna səbəb nə olar və məsləhətiz nədir?
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 08:28
Salam Vəli. Xayada ağrılara, xaya artımının iltihabı(epididimit), damar genişlənməsi (varikosele) və s. səbəb ola bilər. Xayaların doppler müayinəsindən keçmək, məsləhətdi. Uğurlar.
Edik | 4 Fevral 2013 09:38
Salam doktor. Men bilmek isterdim psixoloji sebelere gore yaranan cinsi zeifliyin mualicesi nece aparilir? Dermanla aparilir? siz bunun mualicesini aparirsiniz?
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 08:22
Salam Edik. Psixogen erektil disfunksiyanın müalicəsində, həm preparatlar, həmdə rasional psixoterapiya metodlarından istifadə olunur. Mən bu problemin müalicəsi ilə məşğul oluram. Uğurlar.
Azer | 4 Fevral 2013 09:35
Salam hekim men evvel sperma bosalandan sonra cox olurdu indi ise cox azalma musahide edirem ve herdende su kimi olur sebebi ne ola biler ve birde hansi hekime neleri yoxlatmaliyam
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 08:10
Salam Azer. Prostat vəzinin iltihabının (prostatitin) olması, spermanın azalmasına gətirib çıxara bilər. Spemoqrammanı və prostat vəzinin USM-i etmək lazımdır. Uğurlar.
Vuqar | 4 Fevral 2013 07:07
ORXAN SALAM QARDAŞIM.SƏNİ TƏBRİK EDİRƏM YENİ-YENİ LAYİHƏ VE PLANLARA İMZA ATDIĞINA GÖRƏ.Səni bir həkim kimi Zirvədə görmək çox ürəkaçandı.Sənin kimi yüksək savada malik olan HƏKİMLƏRƏ çöx ehtiyacımız var.SƏNİN TƏBRİK EDİRƏM QARDAŞIM.Vüqar Salyan.
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 08:07
Salam Vuqar. Çox sağol, xoş sözlərə görə, minnətdaram.