ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Sahil | 5 Fevral 2013 14:43
Orxan hekim salam. yazilarinizi sebrle oxudum, shad oldum ki bizim de olkede sizin kimi savadli kadrlar var ve genclerimiz normal hekimlerin elindedir. menim size sualim ve mende olan problemler ashagidakilardir. men 2 ay once zeifleme hiss eledim, bu qish fesli bashlayanda olur, ilk getdiyim hekimin muayinesi, mende xroniki prostatit var, agilsiz hereket edib hekimin nashiligini bilmemishem ve onun yazdigi " bir klok derman"-i alib qebul elemishem, ama hec bir guclu effekt hiss elemedim. ikinci hekimin ve muasir aparatlarin cavabi o oldu ki sen deme diaqnoz sef qoyulubmush, mende hech bir prostatit xesteliyi yoxdu, spermagramma da cox urekachan neticeni verdi her shey normaldi, hekimim dedi ki 2 ay sora aile quracaqsan ve yoldashinin hamle qalmasinda sen terefden hech bir problem yoxdu. sadece mende bu problem var 28 yashim var, 3-4 il once men seksle meshgul olanda indikinden qat qat aktiv idim, indi ele deyilem ele hiss edirem ki toy gecesi mende alinmayacaq. cavabiniz pls
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 19:07
Salam Sahil. Xoş sözlərə görə, minnətdaram. Potensiyanın zəifləməsi mütləq orqanik səbəblərlə bağlı deyil, həyat tərzinin, psixoloji durumunda potensiya üçün böyük önəmi var. Birdə orqanik səbəblərin içində - hormonal analizlər yoxlanılmalıdı. Toy gecəsinə, çətin və xüsusi cinsi güc tələb edən bir prosess kimi baxmayın və çalışın özünüzə inamı artırasız. Uğurlar.
Cavid | 5 Fevral 2013 13:18
Salam Doktor. Ilk Sualimi cavablandirdigin ucun Tewekkur. Daha bir Sualim var. Men Cinsi Elaqede olmuram, Uzun Zamandi. 23 yawim var. Amma, Mueyyen muddetden bir Mastrubasiya edirem. Mastrubasiyadan 1-2 gun Sonra Uzumde Sizanaq Emele gelir. Nece edim ki, Mastrubasiydan sonra Sizanaq emele gelmesin? Tewekkur.
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 11:49
Salam Cavid. Masturbasiyanın və sızanaqların heç bir əlaqəsi yoxdur. Sadəcə dəridəki problemləri müalicə edin. Uğurlar.
Elvin | 5 Fevral 2013 10:51
salam hekim. men qurtarandan sonra bedenim cox zeifleyir halim olmur bu nedendi. 2-ci sual. sizde spermada mikrob olub olmadigini yoxlamaq olurmu.
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 11:41
Salam Elvin. Orqanizmin gücü nə qədər çoxdursa, nə qədər davamlıdırsa, bir o qədər cinsi əlaqədən sonra, daha tez öz gücünü bərpa edir. Bu yalnız cinsiyyət sisteminin  yox, həmdə ümumi orqanizmində problemi ola bilər. Bizim klinikada, spermada mirobları yoxlamaq mümkündü, amma adətən kişidə mikroblar spermada yox, yaxmada və PZR üsulu ilə yoxlanılır. Uğurlar.
Toğrul | 5 Fevral 2013 08:54
Salam, həkim. Mən hər seksdə qurtara bilmirəm. Yalnız 3-4 seksdən bir qurtara bilirəm. Bəzən 40 dəqiqə, 1 saata yaxın aktiv sekslə məşğul oluram, amma orqazm olmur. Səbəbini izah edərdiniz, zəhmət olmasa.
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 11:33
Salam Toğrul. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Uğurlar.
Fuad | 5 Fevral 2013 06:27
Salam doktor...Men cinsi elaqede olanda stressdenmi,ya nedense penisim ya tam durmur,ya da duranda heyecanlaniram deye az sonra ereksiya pozulur.Sanki ozumden emin olmuram.Bunun ucun Kamaqra gel istifade eledim.O zaman tesevvur edilmeyecek derecede sert ereksiya bah verir.Hetta dalbadal 2-3 defe elaqede ola bilirem.Amma adi vaxtlar bu olmur.Men artiq nece defedir bu geli istifade edirem.Bunun mene ziyani ola biler mi?Isterdim onu istifade etmeden bele normal ereksiya ve cinsi heves olsun...Dediyim kimi adi vaxtlar ereksiyam yaxshi olur,sadece tez de azalir...Komeyiniz deyerse cox memnnun olaram...Onceden teshekkurler...
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 11:17
Salam Fuad. Sizdə, cinsi uğursuzluğ gözləmə sindromunun əlamətləri var. Bu problemdən qurtulmaq üçün, birinci növbədə daimi partnyorun olması vacibdir. Naratlığı azaltmaq üçün, çalışın cinsi əlaqədən əvvəl, mümkün uğursuzluq barəsində fikirləşməyəsiz və yalnız müsbət, Sizi rahatladan mövzular barəsində düşünün. Uğurlar.
Niko | 5 Fevral 2013 05:23
Здравствуйте доктор, сколько обычно должно длиться нормальная эрекция ( не в половом акте а просто так), просто когда у меня бывает, через несколько минут проходит эрекция. Я давно не занимался сексом, это может связано с этим?
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 11:04
Здраствуйте Nİko. Продолжительность эрекции, имеет значение только при половом акте, в обычной жизни эрекция может возникать и проходить - но это абсолютно нормально и не должно Вас беспокоить. Удачи.
anar | 4 Fevral 2013 21:10
salam!!!hekim erken bowalmanin mualicesi nece AZN-e bawa geler?
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 18:39
Salam Anar. Bütün qiymətlər münasibdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
ziya | 4 Fevral 2013 19:01
salam hekim, mende gece ereksiyasi cox vaxt olur, seher ereksiyasi az-az hallarda olur, spontan ereksiya ise olmur, masturbasiya vaxti cox nadir hallarda tam ereksiya olur,cox vaxt tam sertlesmeden bosalma olur, kamagra istifade edirem problem demek olar ki ortadan qalxir, ne deye bilersiz, mende problem varmi, varsa orqanikdir yoxsa psixolojikdir?ne etmeliyem?
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 18:28
Salam Ziya. Sizdə standart situasiya deyil, məsələn spontan ereksiyaların olmaması - daha çox psixoloji səbəblərdən xəbər verir, amma masturbasiya vaxtı ereksiyanın olmaması - daha çox orqanik səbəblələrdən. Ola bilər, Sizdə hər iki faktor  var. Orqanik səbələrin olub-olmamasını müəyyənləşdirin, sonra müalicə alın. Uğurlar.
Cavid | 4 Fevral 2013 18:31
Salam hekim.Cavab yazdiginiz ucun derin tewekkur edirem.Zehmet olmasa erken bowalma problemini nece hell olunmasi barede de melumat veresiz.bir daha minnetdarligimi bildirirem
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 18:21
Salam Cavid. Erkən boşalma problemində, həm dərman preparatları, həmdə davranış psixoterapiyasından istifadə olunur. Uğurlar.
Nihat | 4 Fevral 2013 18:13
Salam Orxan bey.Necesiniz?Size 1 sualim var.Menim 29 yasim var.Cox ehtirasli olmusam.Hetda elim xanimin eline deyende,yanimda bir xanim oturanda cox ehtiraslanirdim,sanki bedenim esirdi ehtirasdan.Ama indi cox zeiflik hiss edirem ozumde.Gunlernen cinsi elaede olmasam da yadima dusmur.Intim elagede olduqda ise o geder de zovq almiram.Aradan bir nece deqiqe kecenden sonra 2-ci defe olmaq isteyirem ama ereksiya veziyyeti olmur.Yeni ureyim istemir.Yani bu yasda mende bu geder zeiflik olmali deyil.Men neyniye bilerem ve meni mualice edib evvelki veziyyetime qaytara bilersiniz?
Dr.Orxan Agabəyov | 5 Fevral 2013 18:11
Salam Nihat. Potensiyanın zəifləməsinin müxtəlif səbəbləri var: orqanik(məsələn hormonal) və psixoloji. Ən əsası səbəbləri dəqiqləşdirməkdi -sonradan effektiv müalicə təyin etmək olar. Mən bu tip müalicələr edirəm və çalışıram ki,  pasient müalicədən sonra fərqi hiss etsin. Uğurlar.