ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Rufat | 6 Fevral 2013 08:27
Salam hekim, cinsi organin boyutmesinin emeliyyet yolu ile Bakida gorulurmi, ve eger olursa onun qiymeti nedir? chox sag olun
Dr.Orxan Agabəyov | 7 Fevral 2013 18:19
Salam Rufat. Bəli, bu əməliyyat Bakıda keçırilir. Daha ətraflı informasiya üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
Aydin | 6 Fevral 2013 07:06
salam hekim bagwdiyin narahat edirem sizi impotensiya veyaxud sonsuzlug neden bilmek olar hansi elametden? tewekkur edirem...
Dr.Orxan Agabəyov | 7 Fevral 2013 18:08
Salam Aydın. Gələcəkdə kişidə sonsuzluq probleminin olub olmamasını - spermoqramma analizini verib, bilmək olar. İmpotensiyanın(cinsi zəiflik) isə əlaməti olmur, impotensiyanın olması - yəni  qadınla uğursuz cinsi əlaqənın olması nəzərdə tutulur. Uğurlar.
nurvin | 6 Fevral 2013 00:12
salam Hekim menim sualim cinsiyyet orqanina aiddir men evveller qizla olanda 20 yawimda gec 30 deqiqeye bowalirdim 15 deqiqede olurdu ama indi elimle mastribasiya olanda tez bowaliram 25 yawim var hemde gune 5 defe mastribasiya olurdum ama indi mende durur amaki tez olur hemde tam durmur hekim xahiw mene komek edin sizce ne etsem yaxsi olar?
Dr.Orxan Agabəyov | 7 Fevral 2013 17:59
Salam Nurvin. Sizdə həm erkən boşalma həmdə ereksiya il bağlı, problemlər var. Səbəblər müxtəlif ola bilər, amma Sizdə orqanik səbəblərin olmağı daha realdı. Bunu dəqiqləşdirin və əgər hər-hansı problem çıxarsa -müalicə edin. Uğurlar.
ROCER | 5 Fevral 2013 20:07
Salam hekim mende sekse maraq dahada yuksekdir yani inanilmaz derecede bezdiricidir hetda hec ozum bele istemeden bas verir.Erken yaslarimda bir nece defe cinsi eleqe olub ama indi bunun caresini isterdim cox zeyiflemisem bele hallarin qarsisini nece almaq olar?
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 20:34
Salam ROCER. Potensiyanın zəifləməsi müxtəlif səbələrdən ola bilər : orqanik(məsələn - hormonal) və psixoloji. Həyat tərzinində, potensiya üçün böyük əhəmiyyəti var. Saytda bu mövzuda, məqalə var - çalışın oradakı tövsiyyələrə riayət edəsiz. Uğurlar.
Ravil | 5 Fevral 2013 19:53
Salam hekim.bagiwlayin tekrar narahat edirem.deye bilersiz uretriti nece aradan qaldirmaq olar???coox sağolun
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 20:15
Salam Ravil. Uretritə səbəb olmuş mikrobu aşkarlamaq(yəni yaxmanın mikroskopiyası adlı müayinədən keçmək) və aşkarlanan səbəbə uyğun müalicə almaq. Uğurlar.
suhel | 5 Fevral 2013 19:44
uretriti nece mualice elemek olar???
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 20:11
Salam Suhel. Uretritə səbəb olmuş mikrobu aşkarlamaq(yəni yaxmanın mikroskopiyası adlı müayinədən keçmək) və aşkarlanan səbəbə uyğun müalicə almaq. Uğurlar.
Namiq | 5 Fevral 2013 19:21
Hekim ashaqida yazdiqim suala internetden cavab tapa bilmedim,xahish edirem bu suala cavab tapmaqda mene komek ederdiniz. Tez-tez eyakulyasadan yaranan prostatitle, uzun muddet eyakulyasiya olmamaqla yaranan prostatit arasinda simptomlarinda ve mualicesinde ne kimi ferqler var?
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 19:56
Salam Namiq. Səbəbdən asılı olmayaraq, əgər prostatit yaranıbsa - simptomlar eyni olacaq. Tez -tez eyakulyasiyadan, prostatit yaranmır, yalnız qeyri-müntəzəm cinsi həyat yaşayanda(böyük fasilələr verəndə) - prostatit yarana bilər. Uğurlar.
emin | 5 Fevral 2013 18:57
hekim twk edirem cavablandirdiqiniz ucun hekim penisi nece qalinlawdirmaq olar
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 20:04
Salam Emin. Yalnız əməliyyat yolu ilə. Uğurlar.
Kenan | 5 Fevral 2013 17:27
salam hekim.hekim mende cinsiyyetimin uzunlugu 13 14 sm tewkil edir ve bunu meni cox narahat edir.ve men cinsi elaqede olan zaman 1cini tez qurtariram 2ci ve qalanlari ise hetta qurtara bilmirem bunu sebebi nedendi?
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 19:49
Salam Kenan. Penisin 12 sm-dən artıq uzunluğu, tam normaya uyğundu və narahat olmağa dəyməz. Sizdə erkən boşalma(səbəblər -penisin dərisinin hiperhəssalığı, cinsiyyət sistemində iltihab, psixoloji səbəblər) və potensiyanın zəifləməsi var(səbəblər - orqanik  və psixoloji). Uğurlar.
rovsen | 5 Fevral 2013 15:26
Salam hekim , men 1 gun erzinde birdefeden artiq bosala bilmirem . Evveller gun erzinde 2 .3 defe bosalirdim sa indi hec gun erzinde birdefede olsa bosala bilmirem . mene meslehet verediniz mumkunse
Dr.Orxan Agabəyov | 6 Fevral 2013 19:16
Salam Rovsen. Sizdə potensiyanın zəifləməsi əlamətləri var. Saytda bu mövzuda məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsiz. Uğurlar.