ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
cavid | 7 Fevral 2013 07:56
menim sualim beledirki mende cinsi zeiflik var men hekime muraciet etdim hec bir komekliyi olmadi mene deyir senin psixoloji cehetden yaranir sende sizden xaiw edirem cavab yazasiniz men neynemeliyem?
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 18:53
Salam Cavid. Cinsi zəifliyin, səbəbindən asılı olmayaraq, müalicəsi olan bir xəstəlikdir. Əgər Sizdə bu problem psixoloji səbəblərdən yaranıbsa, Sizin müalicədə üstünlük rasional psixoterapiya üsullarına verilməlidi. Uğurlar.
Mehman | 7 Fevral 2013 07:29
Salam hekim. Size 2 sualim var. 1. gunde 10 defe bowalmaq mumkundurmu? bunun orqanizme ziyani yoxdu ki? 2. Cinsi hevesi artiran dermanlar viaqra kamagra bunlardan istifade etmek insan orqanizmine ziyandir?
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 18:49
Salam Mehman. 1. Nəzəri cəhətdən mümkündür, praktik cəhətdən -potensiyadan asılıdı. Əgər orqanizmin gücü çatırsa(yəni məcbur olmursa) - ziyanı yoxdu. 2. Bu tip preparatlar, daimi istifadə etdikdə, psixoloji asıllıq yarada bilər. Uğurlar.
Efruz | 6 Fevral 2013 20:43
salam hekim...hekim mene maraqlidiki qadinlarda yeni qizliginda perdenin uzunlugu maxsimalni nece sm derinlikde ola bilir?ve ewitdiyime gore bu perde et halindada ola bilir...bu ne derecede duzgundur?hec anadan gelme olmamaq ehtimalida var?bu barede mene etrafli melumat vererdinizde biii zehmet... indiden cox sagolun tewekkurler
Dr.Orxan Agabəyov | 7 Fevral 2013 20:02
Salam Efruz. Bakirəlik pərdəsinin yerləşməsi çox individualdı, amma ortalama 3-8 sm dərinlikdə olur. Bakirəlik pərdəsi anadangəlmə olmayada bilər - buna aplaziya deyirlər. Uğurlar.
Cahanwah | 6 Fevral 2013 20:38
salam hekim.....necesiniz?hekim mene cox maraqlidiki mende aile qursam uwaqcun problem olmazki bizde yeni gelecek yoldawim....bu yaxinda toyum olasidi ama onu indiden bilmek olar?yeni her ikimzi yoxlamaq menasinda deyirem...ve bu ne derecede duzgun oldugunu bilmek isteyirem...
Dr.Orxan Agabəyov | 7 Fevral 2013 19:21
Salam Cahanwah. Ailə qurmamışdan, kişidə, spermoqrammanı və cinsi infeksiyaları yoxlamaq məqsədəuyğun sayılır. Uğurlar.
REV | 6 Fevral 2013 19:21
Salam doktor tez -tez masturubasiyanin ziyani varmi və erken boşalma tez tez masturubasiya etmekden asilidirmi . Evelden TESEKKULER ! ! !
Dr.Orxan Agabəyov | 7 Fevral 2013 18:53
Salam Rev. Tez-tez masturbasiya, müəyyən qeyri-adekvat erotik stereotiplərin formalaşmasına gətirib çıxara bilər, yəni real cinsi həyatda masturbasiya zamanı olan şərtlər(görüntülər və sürtünmə) olmadığına görə ehtiraslanma və ereksiya ilə bağlı problemlər yarana bilər. Erkən boşalma, tez-tez masturbasiya etməkdən asılı deyil. Uğurlar.
rehman | 6 Fevral 2013 17:25
Həkim mənim ayağım burxulub.Bilmirəm nə edim?Mənim işim gündəlik işdir.Mən çox tez sağalmaq üçün nə etməliyəm?
Dr.Orxan Agabəyov | 7 Fevral 2013 18:45
Salam Rehman. Travmatoloqa müraciət edin. Uğurlar.
ahliman | 6 Fevral 2013 16:07
salam men sidiye gederken yandirir qurtarandan sora ele bil yene qalmiw kimi hiss edirem.adi halllardad ele bil yanir bu prostatin elemati yoxsa boyrekde soyuqlama.
Dr.Orxan Agabəyov | 7 Fevral 2013 18:42
Salam Ahliman. Sizdə olan əlamətlər daha çox prostatitin (prostat vəzinin iltihabı) və uretritin(sidik kanalının iltihabı) əlamətləridi. Uğurlar.
Elnur | 6 Fevral 2013 13:23
Evvela salam..men evliyem..Bagislayin her gun seksle mesgul olmagin orqanizme nese bir ziyani var??
Dr.Orxan Agabəyov | 7 Fevral 2013 18:38
Salam Elnur. Əgər ürəyiniz istəyirsə, yəni özünüzü məcbur etmirsinizsə - heç bir ziyanı yoxdu. Uğurlar.
Ali | 6 Fevral 2013 12:56
Salam hekim.men qeyri resmi nigahdayam ukrainada.ondan uwagimin olsun isteyirem.ama hec cur olmur.hemde bosalanda az sperma gelir.onun usaqin olmasina aidiyyati var?
Dr.Orxan Agabəyov | 7 Fevral 2013 18:30
Salam Ali. Spermanın miqdarının azalması, cinsiyyət sistemində müəyyən problemlərdən xəbər verir. Amma, dəqiq bilmək istəyirsizsə ki, problem Sizdədi ya yox - spermoqramma analizi verin, və öz göstəricilərinizi, normal göstəricilərlə müqayisə edin. Uğurlar.
RUSTEM | 6 Fevral 2013 11:12
salam hekim toydan qabag cinsi elaqede olmamag gelecekde problem yarada biler ?
Dr.Orxan Agabəyov | 7 Fevral 2013 18:22
Salam Rustem. Əgər özünə inam hissi(cinsi baxımdan) varsa -heç bir problem yaratmaz. Əsasən təcrübəsizlik faktoru, müəyyən rol oynayır. Amma hər şey insanın özündən asılıdı. Uğurlar.