ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Cavid | 7 Fevral 2013 16:47
Salam Doktor. Mende bezen ele olurki, Gece yatanda istemeden, Maye axir. Duwunurem, Bu Spermadi. Ozude bu, Daha cox Yuxuda Kiminlese Cinsi Elaqede oldugumu duwunduyum an, Baw verir. Sizce, bu Nedendi?? Bunun Her-hansi problemi olmaz?? Melumat vererdiniz, Bu Haqda. Tewekkur
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 21:15
Salam Cavid. Sizdə pollusiyalar olur və bu problemin səbəbi -müntəzəm cinsi həyatın olmamasıdır. Əgər bu hal uzun müddət davam edərsə. gələcəkdə müəyyən cinsi problemlərə (məsələn erkən boşalmaya) gətirib çıxara bilər. Tezliklə cinsi həyata başlamaq, məsləhətdir. Uğurlar.
Zaur | 7 Fevral 2013 16:14
Salam size bir nece sualim var 1.hekim siz bir nece yerde qeyd etmisizki masturbasiyanin ziyani yoxdu ama haddan artiq olmasin,yani bu ne zaman hedden artiq sayilir her gun gun erzinde 1,2 ve yaxud 3 defe masturbasiya etmek ziyandi ? 2. Menim penisimin derisinde kicik bir hissesinde qawinma olur bu seksle mewqul olduqdan sonra daha cox olur ama bele adi zamanlardada qawinir hemin o hissede ise derinin ustunde ag leke var ele bil deri soyulub buna neynemeliyem? 3.Menim 27 yawim var men evveller bir qadini gordukde ve yaxud xeyalimda nese canlandirdiqda hec toxunmasamda bele ehtiraslanirdim ama indi gerek toxunam nese yaxinliq olsunki ehtiraslanim bu neden ola biler? Tesekkurler
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 21:07
Salam Zaur. 1.Ümumiyyətlə masturbasiya bir vərdişə çevrilibsə (yəni sayından asılı olmayaraq, hər gün edirsinizsə və ya uzun bir müddət ərzində) - bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. 2. Göbələk infeksiyası ola bilər -amma dəqiq əyani baxışda demək olar. 3. Ola bilər - gənclik hiperseksuallıq dövrü Sizdə başa çatıb - bu vəziyyət, mütləq hər hansı cinsi problemdən xəbər vermir. Uğurlar.
Cavad | 7 Fevral 2013 16:04
Salam. Aşağıda verilən sualları və məsləhətlərinizi oxudum. Mənim problemi də digərlərinə bənzəyir. Mən erkən boşalıram. Bilmək istərdim ki, erkən boşalmanın qarşısını almaq üçün hansı preparatdan istifadə etmək olar? Bir diş həkimi tanışım diş müalicəsində istifadə olunan keyləşdirici spreyi məsləhət görür. İkinci sualı belədir ki, mən cinsi əlaqədən doymuram və ya istədiyim səviyyəni ala bilmirəm. Bu nədən ola bilər? 3. ilk boşalmadan sonra penisimin sərtliyi 10-15% azalsa da 2-ci boşalmaya gücüm qalmır. əvvəlcədən təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 20:54
Salam Cavad. 1. Erkən boşalmanın müalicəsi - bu problemi yaradan səbələrdən asılıdı. Keyləşdirici spreylər, bu problemi müvəqqəti həll edə bilər. 2 - ci və 3 -cü sualın cavabı - eynidir, Sizdə potensiyanın zəifləməsi var. Bunun müxtəlif səbəbləri ola bilər - həm psixoloji həmdə orqanik. Uğurlar.
Rustam | 7 Fevral 2013 15:50
Salam. Bilmek isterdim hansi dermanlar ve ya basqa hansi yolla ev seraitinde cinsi orqanin olculerinin daha da boyumesine komek ede biler??? coxsagolun.
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 20:42
Salam Rustam. Cinsi orqanın, ölçülərini artırmağın 2 yolu var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
Emin | 7 Fevral 2013 14:37
Salam hekim.Men sac tokulmesine qarsi Proscar adli tabletkadan istifade edirem.Bu tabletkanin cinsi sisteme bir sia menfi tesirleri var.misal olaraq sertlesme problemi,cinsi istekde azalma,spermlerin azalmasi,kisilerde jinekomastiya kimi menfi tesirleri var.bu menfi tesirlerin qarsisini nece almaq olar.sagolun
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 20:27
Salam Emin. Ümmumiyətlə bu preparat saç tökülməsi üçün yox, prostat adenomasında istifadə olunur. Sac tökülməsində hər hansı effektin olması - təsdiq olunmayıb. Ona görədə, yeganə düzgün variant - bu preparatın qəbulunu dayandırmaqdı. Sacları əkdirə bilərsiz, amma o biri problemləri düzəltmək - çox çətindir. Uğurlar.
Ibrahim | 7 Fevral 2013 11:14
Salam. Sualim beledir ki, gunde 4-5 masturbasiya prostatite yol acirmi? Tesekkurler
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 20:17
Salam İbrahim. Gündəlik bu sayda masturbasiya, müəyyən cinsi problemlərə gətirib çıxara bilər, amma məhz prostatitə - yox. Uğurlar.
Ilqar | 7 Fevral 2013 10:51
hekim salam, mende spermoqrammada canliliq 75 faiz, a 15, a b 50, c 10, d 25 faizdir. sizce mualiceye ehtiyac varmi?
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 20:12
Salam İlqar. A -aktiv hərəkətli spermotozoidlərin sayı normadan azdı (norma A -25 %). Vacib göstəricilərdən - 1ml -də spermotozoidlərin sayını - yazmamısınız. Əgər ailədə uşaq(hamiləlik) problemi varsa - müalicə məqsədəuyğundur. Uğurlar.
Elcin | 7 Fevral 2013 09:34
salam Hekim. men munasibet zamani 1ci defe cox tez bosaliram.ama get gede basdiyir gec olmaga. meselen 2ci defe biraz gec 3cu defe onnan biraz gec.ve bele davam edir. mualiceye ehtiyac var. yoxsa normal hal kimi baxmag olar?
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 20:09
Salam Elcin. Əslində normaldı, əgər Sizin üçün birinci cinsi əlaqənin müddəti vacib deyilsə - müalicəyə ehtiyac yoxdu. Uğurlar.
Ilham | 7 Fevral 2013 09:22
Salam, doktor. Sualim bundan ibaretdir ki, sizde cinsi uzvun qalinlasdirilmasi ve boyudulmesi emeliyyati edilirmi ve bunun umumiyyetle potensiyaya sonradan zereri ola bilermi?
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 20:05
Salam İlham. Bəli,  cinsi orqanın uzadılması əməliyyatı(liqamentotomiya) əməliyyatı keçirilir. Adətən bu əməliyyatın potensiyaya mənfi təsiri olmur. Uğurlar.
ferid | 7 Fevral 2013 08:52
salam hekim menim bir dostum var onun bir problemi var bilmek isteyir caresi var ya yox onun penisinin asagisinda xaya torbasi yoxdu iceride inkisaf edib onun cixis yolu var emeliyatla ya necese duzeltmey olarmi onu bu sebeb narahat edir aile qurmaq isteyir buna gore qurmur nece etmey olar ve penisin emle gelen yerinnen yirtiq emele gelib sidiye ordan gedir penisin ucundan gedmir ucu aciq deyil nece etmey olar xai edirem cavab verin ona gore narahatam
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 20:04
Salam Ferid. Sizin dostunuzda müəyyən genetik defektlər var - hipospadiya və kriptorxizm. Hipospadiya problemini əməliyyat yolu ilə aradan qaldırmaq olar. Kriptorxizm(xayaların düşməməsi) problemini protezlərın köməyi ilə yalnız vizual olaraq həll etmək olar.  Amma daha dəqiq diaqnozu, yalnız əyani baxışdan sonra demək olar. Uğurlar.