H.M-ov | 8 Fevral 2013 01:06
Salam Orxan hekim. gosterdiyiniz bu xidmete gore evvelceden Size oz minnetdarligimi bildirirem. mende demek olar ki hergun gunun mueyyen vaxtlarinda guclu ve uzun muddetli ereksiya bas verir. bildiyime gore testron miqdarinin artmasi (ereksiya veziyyetinin menbeyi) seher ve gunortadan az sonra olur. mende ise bu axsamlar da bas verir, seherler ise demek olar ki her gun. eks cinsle adi bir unsiyyet ve yaxud cuzi temas, uzun ceken ereksiya yaradir amma eyakulyasiya bas vermeden. 29 yasim var subayam. mumkunse sebebini hem de bunun gelecekde zererinin olub olmayacagina aydinliq getirerdiniz... tesekkur !
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 09:33
Salam H. M-ov. Səbəb çox sadədi, müntəzəm cinsi həyatın olmaması. Tezliklə cinsi həyata başlamaq, məsləhətdir. Əgər ereksiyalar, eyekulyasiya ilə bitmirsə - gələcəkdə prostatit (prostat vəzinin iltihabı) yaranma riski var. Uğurlar.
Taleh | 7 Fevral 2013 23:10
salam Orxan bey... men erken bowalmadan cox eziyyet cekirem... defelerle hekime muraciet etsemde nedense hec bir netice almamiwam... aile quran gunden bu gune qeder cox ezablar icindeyem...baxmayaraqki sevdiyim xanimla aile qurmuwam ancaq cinsi zyiflik bize cox pis tesir edir.men cox tez bowaliram hetda 2-3 defe salib cixardan kimi bowaliram. bakida bir nece uroloq yanina getmiwem. deyibler bow weydi lidakayn sprey yaziblar. onuda penisime az vuranda xeyri olmur cox vuranda penisim olur. ve her wey onunlada bitir. Moskvada oldum orda bir uroloq dediki beyinden siqnal duz getmir ve saire... Paksil preparati yazdi 1-2gun azda olsa neticesini sanki hiss etdim amma sonra hec bir tesiri olmadi. zeng eledimki bes bunun tesiri yoxdu dedi onda bilmirem... Doktor men ne edim... artiq duzu inamim qalmayib... heftelerle partnyoruma yaxin durmuramki ugursuz olacaq... ele elede olur. siz mene nece komek ola bilersiz? size inana bileremmi... ? sizden cavab gozleyecem
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 09:17
Salam Taleh. Erkən boşalma probleminin müalicəsində dərmanlarla yanaşı, mütləq davranış psixoterapiyası aparılmalıdı. Bu halda effekt həm daha güclü həmdə daimi olur. Mən bu problemlə məşğul oluram, amma seçim Sizindir. Uğurlar.
Xanim | 7 Fevral 2013 22:27
Salam,doktor!Bilmek isterdim qadinlarda orqazm olamamagin da mualicesi varmi?Bir de bizde bu saheyle(seksopatologiya ) mesgul olan qadin hekimler varmi?Ve yaxud sizin tanidiginiz?Onceden tesekkurler.......
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 09:06
Salam Xanim. Bəli qadın anorqazmiyası, müalicə olunan problemlərdəndi. Bildiyimə görə, bəzi qinekoloqlar bu problemlərlə məşğul olur. Uğurlar.
Rovshan | 7 Fevral 2013 21:41
Salam hekim.men varikoselden emeliyyat olundum...xayama su yigildi ...ve 6 ay sonra hidroselden emeliyyat olundum..goresen yeniden su yigilma tehlukesi varmi..birdeki,,sol qasiq nahiyemde qawinti olur..zehmet olmasa etrafli melumat yazardiz..evvelceden tewekkur
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 08:26
Salam Rovshan. Əgər əməliyyat düzgün aparılıbsa, təkrarlanma olmaz. Qaşıntıya səbəb göbələk infeksiyası səbəb ola bilər. Uğurlar.
Gulnar | 7 Fevral 2013 21:38
Salam, 1 ci toy gecesi haqqinda burda melumat vermisiniz ,ama elmi dilde,hecne basa dusmurem,mene etrafli melumat verersiniz? evvelceden tesekkurler
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 08:15
Salam Gulnar. Sizi konkret nə maraqlandırır? Sualınızı yazıın, mən cavab verərəm. Toy gecəsi, çox böyük mövzudu və 1-2 cümlə ilə bütün mövzunu əhatə etmək olmur. Uğurlar.
Kenan | 7 Fevral 2013 21:06
Salam,her vaxtiniz xeyir hekim..Xosh gorduk..Sizden cinsi orqanin penisin tebii yolla uzadilmasi yollarini oyrenmek isteyirem..Mumkunse tebi yolla nece olar deyerdiz,emeliyatsiz...
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 08:09
Salam Kenan. Cinsi orqanın böyütməyin heç bir təbii üsulu yoxdu. Cinsi orqanın, ölçülərini artırmağın 2 yolu var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Uğurlar.
ilqam | 7 Fevral 2013 20:55
salam həkim sizə sualım belədir
erkən boşalmaya nələr səbəb ola bilər və bunu aradan aparmaq mümkündürmü
cinsi əlaqə zamanı çox tez boşalıram bu nədən ola bilər gələcəkdə düzələrmi vəya gələcəkdə nə kimi fəsadlara yol aça bilər
22 yaşım var
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 08:03
Salam İlqam. Erkən boşalmanın səbəbləri müxtəlifdir: qeyri müntəzəm cinsi həyat, penisin dərisinin hiperhəssaslığı, cinsiyyət sistemində iltihab, psixoloji səbəblər. Bu problemin , yalnız bir fəsadı var, partnyorun orqazma çatmaması. Uğurlar.
REV | 7 Fevral 2013 20:24
Salam hekim deyilene gore qohumla evlenmek gelecekde dogulan usaqlarin normal olmamasina gətirb cixardir bu düzdürmü birde bu hansı qohumlara aid olunur
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 22:12
Salam REV. Bəli, belə ehtimal var, və birinci növbədə aiddir qan qohumluğu olan insanlara (əmiqızı və əmioğlu, xalaqızı və xalaoğlu və s.). Uğurlar.
nihat | 7 Fevral 2013 18:25
salam hekim..bagiwlayin narahat edirem.hekim menim cinsiyyet orqanim qurtarana yaxin olur yeni balacalawir yumwalir...qurtarmamiwdan qabaqha....birdeki menim xayalarim xirdadi meni cox narahat edir bu..her birinin boyukluyu uzagi 2 findiq boyda olar......zehmet olmasa mene bunlar barede geniw melumat veresinizda....indiden cox sagolun hekim
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 21:55
Salam Nihat. Sizdə ereksiya problemləri var - daha çox psixoloji səbəblərdən yaranan problemə oxşayır. Xayaların sağlamlığını yoxlamaq üçün - xayaların doppler müayinəsindən keçmək məsləhətdi. Bu müayinədə, xayaların həm ölçüləri həmdə başqa problemlərin olub-olmaması məlum olur. Uğurlar.
Arif | 7 Fevral 2013 17:57
Salam hekim! 21 yasim var ve cinsiyetimin uzunlugu 11 sm dir bu normaldi?
Dr.Orxan Agabəyov | 8 Fevral 2013 21:50
Salam Arif. Penisin 12 sm-dən artıq ölçüləri, normaya uyğun sayılır. 1 sm əhəmiyyətlli fərq deyil. Uğurlar.