ƏTRAFLI MƏLUMAT
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.
Mən, həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.
Hörmətlə, Dr. Orxan Ağabəyov
Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
firdovsi | 8 Fevral 2013 10:24
salam hekim. sualim tez bowalmaya aiddi. ve 1 defeden artiq ele bil hevesim olmur. bu neden ireli gelir? cinsi zeifliy ola bilermi? bir meqamida qeyd edim her gun qadinla cinsi elaqede olmaq isteyirem. dediyim kimi 1 defeden artiq hevesim olmur.evvelden tewekkurler.
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 16:37
Salam Firdovsi. Sizdə həm erkən boşalma problemi, həmdə potensiyanın zəifləməsi var. Saytda hər 2 mövzuda məqalələr var , çalışın oradakı tövsiyyələrə riayət edəsiz. Əgər düzəlməsə - müalicəyə ehtiyac olacaq. Uğurlar.
Aslan | 8 Fevral 2013 10:24
Salam həkim.qardaşımın problemı üçün narahat edirəm.deməli qardaşım burda spermadan analaiz verdi toxuma çıxmadı.getdi İrana.Orda isə xayasından kəsib götürdülər ki ancaq son nöqtə budur.olsa burda olacaq yoxdursa yox.cavab YOX çıxdı.ne məsləhət görürsünüz...
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 16:35
Salam Aslan. Əgər xayada da spermotozoidlər tapılmayıbsa(və müalicə variantı da yoxdursa), təəsüf ki heç bir şey etmək olmaz. Uğurlar.
ramin | 8 Fevral 2013 09:39
Salam Hekim! mende sidiye gedenden sora sperma gelir ozude her defe amma ele olurki gelmirde/ buna sebeb nedi? hardasa 2010cu ilden beledi. goresen buna sebeb nediki bele olur bu ziyan deyilmi mene gelecek ucun.
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 16:04
Salam Ramin. Sizdə çox güman ki, prostat vəzidə iltihab(prostatit) yaranıb. Bu cinsi sağlamlıq üçün çox ziyandı və müalicə etmək məsləhətdi. Uğurlar.
Elka | 8 Fevral 2013 09:12
Salam Doktor.Azerbaycanda sizin kimi savadli hekimin olmagi meni sevindirdi.Isinizde size ugurlar arzulayiram.Allah yar ve yardimciniz olsun Insallah.Doktor menim psixoloji veziyyetim hec yaxsi deyil, siziynen psixoloq pasiyent kimi sohbet eliye bilerik. Ele hiss eliyirem ki siz meni basa duseceysiz.Allaha emanet olun.
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 16:01
Salam Elka. Xoş sözlərə görə, minnətdaram. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
anar | 8 Fevral 2013 07:43
salam hekim men sidiye cixanda sidik haca olur iki hisseye ayrilir ,birde bowalandan sonra sidiye cixanda yandirir bu neden ola biler?
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 09:30
Salam Anar. Çox güman ki, Sizdə uretrit(sidik kanalının iltihabı) var. Uğurlar.
Ayxan | 8 Fevral 2013 06:58
Salam Orxan hekim. Hekim men 1 defeden artiq ola bilmirem isteyimki 2 defe ve 3 defe olum dalbadal amma 1 ci olan kimi pens boslir sertliyi itir hevede dusur asagi olur demek olarki. ne etmeliyem mene meslehet verin zehmet olmasa. Evellceden tesekkurler
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 10:24
Salam Ayxan. Sizdə, potensiyada zəifləmə halları var. Bunun müxtəlif səbəbləri var - həyat tərzi(çox yorulursuz, çox stresslər, hərəkətsizlik və s.). hormonal problemlər, cinsiyyət sisteminin iltihabi xəstəlikləri və s. Səbəbləri dəqiqləşdirəndən sonra, düzgün müalicə təyin etmək olar. Uğurlar.
Kənan | 8 Fevral 2013 06:56
Salam doktor...Orqanik mənşəli erektil disfunksiyalarda hansi hormon analizləri vermək lazımdir?Bir də bu analizlərin dəqiqliyinə əmin olmaq üçün hansi klinikani məsləhət bilirsiniz?
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 10:08
Salam Kənan. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
kamran | 8 Fevral 2013 06:24
hekim salam mene ele gelirki mende ereksiya zeyifdi bu problemi nece aradan qaldirmaq olar?
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 10:05
Salam Kamran. Ereksiya ilə problemlər müxtəlif səbəblərdən yarana bilər - psixoloji (cinsi əlaqədən əvvəl həyəcan, stresslər) və orqanik. Ən düzgün variant - səbəblərini müəyyənləşdirib - müalicə etməkdir. Uğurlar.
hasil | 8 Fevral 2013 05:58
salam doktor.mende bowalma tez olur bunu texmini biliremki tez hissiyatli olmagimdandir men nece ede bileremki daha uzun olsun hemde derman ve spreyler var gec bowalmag ucun bunu ne derecede duzgundur.birde tez bowaliram ama ne qeder olsa seksle mewgul ola bilirem 10 ve ya 15 defe bunun ziyani var doktor
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 10:01
Salam Hasil. Erkən boşalma haqqında saytda məqalə var - oradakı tövsiyyələrə riayət edin. Erkən boşalmanın müalicəsində istifadəsində həm dərman preparatları həmdə davranış psixoterapiyası istifadə olunur. Əgər orqanizmin gücü çatırsa(əgər özünüzü məcbur etmirsinizsə), cinsi əlaqələrin sayına məhdudiyyət yoxdu. Uğurlar.
Azer | 8 Fevral 2013 05:31
Salam! Doktor men yoldasimla cinsi elaqede olmaq isteyirem amma o hemise razi olmur. Qabaqlar tez tez isteyirdik indi ise deyir istemir orqanizmi teleb etmir. bu hardasa 3-4 aydir davam edir. normal halda ayda 3-4 defe cinsi elaqede oluruq. Xahis edirem sebebini deyesiniz.
Dr.Orxan Agabəyov | 9 Fevral 2013 09:36
Salam Azer. Bu problemin səbəbləri həm psixoloji(depressiya) həmdə orqanik (məsələn hormonal pozuntu) ola bilər. Uğurlar.