ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Anna | 24 Sentyabr 2014 07:28
Salam doktor! Yasil rengde cirk gelmesi hansi xestelikle baglidir?
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 06:49
Salam Anna. Bir çox cinsi yolla keçən infeksiyaların əlamətləri arasında - yaşıl çirkin cinsi orqandan gəlməsi var. Dəqiqləşdirmək üçün, cinsi infeksiyalar yoxlanmalıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Rauf | 24 Sentyabr 2014 07:10
Salam hekim.. Men esgerlikde RLS lakatir aperatoru olmusam.. deyiller orda radiasiya olur ver bu sonsuzluq yaradir.. bilmek isteyirem bu dogrudurmu..? bunun ne derecede tesiri olar?Cox xahiw edirem cavablandirasiz.tesekkurler
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 06:49
Salam Rauf. Kişilərdə uşağın olub-olmaması yalnız spermanın keyfiyyətindən asılıdır - yoxlamaq üçün spermoqramma analizi vermək lazımdır.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elcin | 24 Sentyabr 2014 04:23
Salam hekim evvelceden minnatdarligimi ve tewekkurumu bildirirem movzu ve movzuya aid melumat cavablarinizcun. Sualim beledir:saglamligi normal olan kiwiler ucun eger her gun mutemadi olaraq seksnen mewgul olurlarsa gunde nece defe orqazma cata bilmeleri normal sayilir? Ve normalda her orqazimdan ne qeder muddet sonra penisde tekrar ereksiya olmasi normal sayilir? Cox xahiw eleyirem sualimi cavablandirasiz..
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 07:41
Salam Elcin. Burada yaşa faktoru əsas sayılır - müxtəlif yaşlarda, müxtəlif normativlər var. Öz yaşınızı qeyd etmədiyiniz üçün, bu suala cavab vermək olmur. Ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
elsen | 23 Sentyabr 2014 22:12
salam hekim bagislayin narahat eirem men demek olar masturbasiya etmirem ayda 1defe bezen sidik vaxti ag madde cixir 1damci ne prablemi ola biler??agmadde 1deki masturbasiya zamani sperma normasinda gelir hec1agri yoxdu
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 07:06
Salam Elsen. Sidik-cinsiyyət sistemində iltihabi proses - ən real səbəbdir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elik656 | 23 Sentyabr 2014 19:25
Salam hekim. Üzr isteyirem, size bir sualim var. Kishi cinsi zeiflik zamani, yeni tam ereksiya olmursa, elaqede oldugu zaman qadin hamile qala bilermi? Evvelceden teshekkür edirem.
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 07:06
Salam Elik656. Əgər cinsi əlaqə zamanı sperma qadının uşaqlıq yoluna ifraz olursa və spermanın keyfiyyəti yaxşıdırsa, hamiləlik ola bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Elnur357 | 23 Sentyabr 2014 19:02
salam hekim..xais edirem sualima cavab yazasiniz.men xlamidiya infeksiyasina gore 21gun antibiotik qebul etdim ve dovlet xestexanasinda analiz verdim yaxmada xlamidiya musbet cixdi hekim dediki temizlenmelidi infeksiya ozelde analiz ver pcr analizi.bu analiz nece olur?tesekkurler.
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 07:07
Salam Elnur357. Sağlamlığınz üzərində, ən əsas isə cinsi sağlamlığınız üzərində, belə eksperimentlər aparmayın. Əgər müalicədən sonra analizlərin nəticəsinə inam yoxdursa - niyə müalicədən əvvəl məhz xlamidiyanın olması düzgün cavab kimi qəbul olunur?! Yəni belə problemlərdə 20-30 AZN-nin qənaəti -cinsi sağalamlıq üçün çox baha başa gələ bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
murad | 23 Sentyabr 2014 17:56
salam orxan dr baqiwlayn tam aciq yazdiqim icin sualim budurki 24 yawim var bir defe infeksyonlu xestelik olub mualice olmuwam her 6 aydanda yoxlanmiwam hec bir wey yoxdur ama tez bowalma var hemde elaqede olmaqdan qabaq ureymde fikrimde kompleks olur alinmama kompleksi ama alinir sadece duwunce eledi hemde hec 1 deq cekmirki bowaliram ve 2ciyese hec heves olmur heves olsa bele ereksiya olmur yalniz bir defe ola bilirem oda tez olur birde 3 saatda sonra texminen heves ola sizden xaiwim bunu sadece derman perparatlari deyerdiz onu isdifade ederdim mumkunse nece ede bilerem bu barede komek ede bilersizmi bu movzu biraz utandiqim icin real hekimlere deye bilmirem virtual olduqu icin size dedim bawa duwduyunuz icin cox saqolun
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 07:07
Salam Murad. Bu problemlərə görə utanmaq lazım deyil, müraciət vacibdir - bu problemlərin səbəbi bilinmədən, hansısa dərman preparatlarının təyini düzgün deyil. Düzgün diaqnostikadan sonra, düzgün müalicə taktikası seçmək olar.  Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Velixan | 23 Sentyabr 2014 15:10
Salam həkim. Zəhmət olmasa mənim spermoqrammamın cavabına öz rəyinizi bildirərdiniz. Mən yeni ailə qurmuşam. Bilmək istərdim ki, bu göstəricilər necədir və hamiləlik üçün kifayıt edirmi: Eyakulyatın miqdarı 1.8 Eyakulyatın rəngi boz-ağ, bulanıq Qatılığı 0.4 Ph 8.2 Durulaşma vaxtı 19 1 ml-də spermotozoidlər in miqdarı 120 Bütün spermotozoidlər in miqdarı 216 Çeviklik dərəcəsi 3 Aktiv hərəkətlilər 35 Zəif hərəkətlilər 20 Hərəkətsizlər 45 Aqlutinasiya/aqreqasiya / Reotaksis Degenerativ forma 6.5 Baş hissəsinin Boyun hissəsinin Quyruq hissəsinin - Spermatozoidlər in hərkəti -düz xətt üzrə 40% -dairəvi hərəkət 60% Leykositlər 4-6 Eritrositlər 3-4 Epitel hüceyrələr 2-3 Spermotogenez elementləri 4-5 Lesitin dənələri Trixomonda - Maya göbələyi -
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 07:08
Salam Velixan. Spermoqrammanın əsas göstəriciləri normaya uyğundur, narahat olmayın. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Saleh | 23 Sentyabr 2014 11:36
Salam Hekim turnikin,jimin,presin cinsiyyet orqanina ziyani varmi?Cinsiyyet orqanini balacalawdira biler?
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 07:08
Salam Saleh. İdmanın və o cümlədən yazdığınız hərəkətlərin - cinsi sağlamlığa yalnız xeyiri var. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Fidan | 21 Sentyabr 2014 06:08
salam hekim yoldadimda soyuqdeyme var ama sperma analizinde 45 faiz cixib. bu problem ola biler hamileliyme
Dr.Orxan Agabəyov | 22 Sentyabr 2014 06:02
Salam Fidan. Orqanizmdə olan iltihabi proses spermanın keyfiyyətinə mənfi təsir edə bilər. Amma, əgər spermanın göstəriciləri normaya uyğundursa, narahat olmayın. Hamiləlik yaranana qədər, spermoqramma göstəricilərinə nəzarət etməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.