Ramil | 11 Fevral 2013 16:45
salam hekim,bir nece müddet bundan evvel qorunmamış cinsi elaqem olub,ve bu meni qorxudur,bilmek isteyerdim harda ve hansı analizler vermeliyem
Dr.Orxan Agabəyov | 12 Fevral 2013 19:13
Salam Ramil. Siz cinsi yolla keçmə ehtimalı olan(daha çox yayılmış) cinsi infeksiyaları yoxlamalasınız. Daha ətraflı məlumat üçün 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
samir aqayev | 11 Fevral 2013 13:20
salam doktor sualim beledi menim xayalarimda kista ve xaya artimi var amma solxayamda keskin agrilar olur sperqramma ana lizi vermisem sperma 27% gosterib spermanin faizin qaldirmaq mumkundurmu ve yaxud bu sonsuzluqa getirib cixarmaz ki?
birde ki sol xayamin agrilari meni narahat eleyir
Dr.Orxan Agabəyov | 12 Fevral 2013 12:45
Salam Samir. Xayadakı ağrılar müxtəlif səbəblərdən ola bilər - epididimit (xaya artımının iltihabı), varikosele (damar genişlənməsi) və s. Dəqiq diaqnoz üçün, xayaların doppler müayinəsindən keçin. Düzgün müalicə təyin edilirsə, spermoqrammanın göstəricilərini qaldırmaq olar. Uğurlar.
Ramil | 11 Fevral 2013 12:40
Salam hekim.men sidiye çixandan sonra penisin ucunda sidik var kimi hissiyat olur.ama hemin an sixiram heç bir şey gelmir.yani biraz aldadici bir şeydir.PZR analizleri vermişem heç bir infeksiya yoxdu.bunun sebebi ne ola biler ? xahiş edirem deqiq cavabi varsa deyerdiz...
Dr.Orxan Agabəyov | 12 Fevral 2013 12:42
Salam Ramil. Əgər infeksiyalar mənfi çıxıbsa, bu adi uretrit(sidik kanalının iltihabı) ola bilər. Və ya prostat vəzinin iltihabı(prostatit). Uğurlar
Samir | 11 Fevral 2013 07:09
Salam Hekim. Men subayam, 24 yasim var. Partnyorumla prezervativsiz, anal munasibetde cox olmusam. Bunun pis zereri ola bilermi menim ucun?
Hemcinin tekce 1-ci defede deyil, 2-ci ve sonraki bosalmalarda da tez bosaliram. cox uzun cekmir, maksimum 3-4 deqiqe. Bunun mualicesi mumkundurmu?
Dr.Orxan Agabəyov | 12 Fevral 2013 07:01
Salam Samir. Anal seks zamanı, bir çox cinsi infeksiyalarla yoluxma riski yüksəkdir. Erkən boşalma problemini, səbəbləri müəyyənləşdirib, müalicə etmək mümkündür. Uğurlar.
Araderoo | 11 Fevral 2013 07:00
Доктор спасибо большое за сайт и за труд который вы даже не представляете как полезен для людей. Реально очень актуальный и существенно необходимый портал для здоровья мужчин!
Выражаю Вам искреннюю благодарность. Дай Бог вам здоровья и успехов в Вашем деле!
Dr.Orxan Agabəyov | 12 Fevral 2013 04:23
Здраствуйте Araderoo. Спасибо Вам за эти слова, иногда бывает очень тяжело отвечать на вопросы( за день бывает 20-25 вопросов), но после таких слов, мотивация растет. Еще раз благодарю, удачи!
Ramin | 11 Fevral 2013 03:46
Salam.Hekim men size zeng vura bilerem bezi suallarim var.
Dr.Orxan Agabəyov | 12 Fevral 2013 04:22
Salam Ramin. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
orxan | 11 Fevral 2013 01:26
Salam Hekim.Men ozumde cinsi zeiflik hiss edirem,meselen evveller 4,5defe ola bilirdimse indi 2defe onudaki tez bosalma olur.Tebii yolla nece mualice ede bilerem ozumu
Dr.Orxan Agabəyov | 12 Fevral 2013 04:18
Salam Orxan. Sizdə həm potensiyanın zəifləməsi, həmdə erkən boşalma var. Bu mövzularda, saytda məqalələr var, oradakı tövsiyələrə riayyət edin. Əgər vəziyyət düzəlməsə - müalicə lazım olacaq. Uğurlar.
mubariz | 10 Fevral 2013 23:46
salam hekim.otlarnan dermanlarnan ziyansiz,penisi uzatmaq yada qalinasdirmaq olar
Dr.Orxan Agabəyov | 11 Fevral 2013 19:54
Salam Mubariz. Cinsi orqanın böyütməyin heç bir təbii(və ya dərmanla) üsulu yoxdu. Cinsi orqanın, ölçülərini artırmağın 2 yolu var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya vasitəsilə 3-5 sm, ekstenderin köməyi ilə 1,5 -2 sm penisin uzunluğunu artırmaq olar. Uğurlar.
Ehmed | 10 Fevral 2013 21:02
salam aleykum..men 8 ildi evliyem usagimda var son 1 il erzinde ozumde qadina qarsi ehtiras ve ya shehvet olmadigini hiss edirem yeni..uzr isteyirem yataqda qadinla oynasharken cinsiyyet uzvum cox gec olduqca gec erreksiya vererek qalxir yeni men butun fikrimi heves ve ehtirasa yoneltsemde bu hissler mende sanki olmush kimidir.evveller bele deyildim sebebin bilmek isterdim.normal insan kimi yataqda mende qadina heves yaranmir.bezen mecbur ozumu sixaraq cinsiyyet uzvu daralib qalxir..hekim mene meslehet verin.onceden teshekkurler
Dr.Orxan Agabəyov | 11 Fevral 2013 19:58
Salam Ehmed. Sizdə potensiyanın zəifləməsi halları var. Bu problem müxtəlif səbəblərdən ola bilər - psixoloji(daimi stresslər, gərginlik, depressiya) və orqanik(hormonal səbəblər, prostatit). Saytda potensiyanın zəifləməsi mövzusunda məqalə var, oradakı tövsiyyələrə riayət edin. Uğurlar.
samir | 10 Fevral 2013 20:44
Salam hekim men cinsi elaqe zamani bosala bilmirem bu neyle bagli ola biler 20 yasim var
Dr.Orxan Agabəyov | 11 Fevral 2013 19:51
Salam Samir. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Uğurlar.