ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Aiwa | 12 Fevral 2013 07:57
Salam doktr,men yenice aile qurmuwam,ama 2il evvel hekime muraciet etdim mende soyuqdeymeden wiw oldugunu dediler,hemde o vaxtlarda aybawimi cox gec qurtarirdim,daha dogrusu qan yox hemiwe leke olurdu,hetta qoxu da meni cox narahat edirdi,1kurs mualice alandan sonra anagil meni aparmadi,sizden xaiw edirem cavablayasiz,ola bilerki o wiw helede qalsin yani 1kurs mualice tesir etmesin,ve ya onun hamile qalmagima yada uwaga ziyani coxmu? Tewekkurler
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 18:11
Salam Aiwa. Əgər aybaşı sikli normaldırsa, çox güman ki  problem müalicə olunub. Amma dəqiq demək üçün USM müayinəsindən keçin. Uğurlar.
sedi | 12 Fevral 2013 07:54
Salam, həkim, əvvəklcədən narahat etdiyim üçüun üzr istəyirəm. Mənim Cinsiyyət orqanımın içərisində sonralardan balaca düyün kimi bir şey əmələ gəlib.Problem yaratmır, sadəcə sıxanda azacıq ağrı verir. Bu nə ilə əlaqədar ola bilər bilmək istərdim. Sınıb topallaşma ola bilərmi? Birdə ki onun nə olduğunu analizlə bilmək olar? Cinsi orqanında retkeni mümkündürmü? Təşəkkürlər.
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 18:05
Salam Sedi. Belə problemləri görmədən(müayinə etmədən) nəsə demək mümkün deyil. Cinsi orqanın USM (doppler) müayinəsi mövcuddur. Uğurlar.
xalil | 12 Fevral 2013 06:50
Salam hekim,cox saolun bizlere bele werait yaratdiginiz ucun,minnetdariq size.men spermaqrammadan analiz vermiwem,cox xahiw edirem neticesinin nece oldugu mene deyesiz:spermatazoidlerin sayi 12 mln.,boyuk eyak.spermatazoidlerinin sayi 43.2 mln.,aktiv ireli geden 25%,zeif hereket 20%.,yerinde hereket 10%,.hereketsiz 45%.3 saatdan sonra aktiv ireli geden 20%,zeif heleketliler 15%,yerinde hereket eden 7%,hereketsiz 58%,. Cox xahiw edirem mene neticenin ne yerde oldugunu ve bu neticeyle gelecekde valideyn olmagin mumkunluyu barede deyerdiz.onceden tewekkurler.
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 17:54
Salam Xalil. Hərəkətlilik faizləri, demək olar ki, normaya uyğundu, bircə problem -1 ml -də spermotozoidlərin sayının az olmasıdı (norma 1 ml-də - 15 mln). Uğurlar.
deyanet | 12 Fevral 2013 06:24
salam doktor.men 8 ildir ki xr.prostatitden eziyyet cekirem.tam mualice olunuram yene qayidir/.esas meni narahat eden odur ki men orqazm olmuram-anorqazmiya.ve erken boshalma da var..siz mene komewk ede bilersinizmi
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 13:28
Salam Deyanet. Anorqazmiya və erkən boşalma, xroniki prostatitin ağırlaşmalarıdır. Və birinci növbədə, prostatit müalicə olunmalıdı ki, bu əlamətlər də düzəlsin. Mən bu problemin müalicəsi ilə məşğul oluram. Uğurlar.
Emil | 11 Fevral 2013 23:30
salam hekim. penisi uzatmagin bir yolu var?.krem vasitesi ile mumkundu?eger mumkunduse kremin adin diyerdiz zehmet olmasa.tewekkur edirem
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 08:06
Salam Emil. Cinsi orqanın böyütməyin heç bir kremlə(və ya dərmanla) yolu yoxdu. Cinsi orqanın, ölçülərini artırmağın 2 yolu var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya vasitəsilə 3-5 sm, ekstenderin köməyi ilə 1,5 -2 sm penisin uzunluğunu artırmaq olar.  Uğurlar.
Nihat | 11 Fevral 2013 21:36
Salam, men 6 ildir evliyem. iki ushagim var. Son bir ilde cinsi hevesim ehemiyyetli derecede artib. Her gun cinsi elaqede olmaq isteyirem. Doymuram.1 defe de olsun yoldashima xeyanet etmemishem. Bu hal meni narahat edir. "Kenara" uz tutsam, mene komek ede bilermi? teshekkurler...
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 08:04
Salam Nihat. Bu qərarı yalnız özünüz verməlisininz. Uğurlar.
Anar | 11 Fevral 2013 21:35
salam.men texminen 7-8ay evvel xayamin sag hissesinde agri hiss etdim.agri xayadan sag dizime dogru gedirdi.agrini tesadufen terapevt tanishima dedim.o da sadece eli ile yoxlayaraq oynaqlarimin agrisi ile elaqelendirdi.yeniki,oynaq agrisi ora vurur.(oynaqlarimda,xususen dizlerimde agrilar var,revmatizm deyil)Amma yeniden agrilar bash verir.el ile yoxladiqda sag hissede cuzi boyume ve hissolunan qeyri mueyyen nahamarliqlar(damar da ola biler) mushahide edirem.qeyd edim ki,cinsi yolla hech bir xestelik keche bilmez.cinsi hisslerimde problem yoxdur,lakin cinsi elaqede olmamisham.bu ne problem ola biler ve mualice yollari nedir?onceden teshekkurler
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 08:00
Salam Anar. Xayalarda ağrı müxtəlif səbəblərdən ola bilər - epididimit(xaya artımının iltihabı), varikosele(damar genişlənməsi) və s. Dəqiqləşdirmək üçün, xayaların dopppler müayinəsindən keçmək lazımdır. Uğurlar.
Asim | 11 Fevral 2013 20:19
Salam evvelceden tesekker edirem.doktor menim cinsi aletimde demek olarki hissiyat,ereksiya,yoxdur.cinsi elaqede olduqdada hec bir lezzet ala bilmirem.xahis edirem mene yardimci olasiniz.mene meslehetiniz?nese bele bir krem ve ya basqa derman var surtum belke duzelsin?
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 07:55
Salam Asim. Sizdə potensiyanın zəfləməsi halları var(eyni zamanda orqazm hissinin azalmasıda). Bu problemin, orqanizmlə bağlı səbəbləri var (məsələn cinsi əlaqə zamanı orqazm hissinin azalması - prostatitlə əlaqəli ola bilər). Bu səbəbləri müəyyənləşdirməmiş, müalicə təyin etmək düzgün deyil. Uğurlar.
ANAR | 11 Fevral 2013 17:37
Salam hekim. mende sertlesme demek olarki cox zeifdi. 2-3 defe qadinla munasibetde olmaga ceht etmisem ammma alinmayib. 25 yasim var. ama porno videolara izleyende sertlesme olur.realda ise yox. bu ne ole elaqedardi? mualicesi var? birde sizin qebulunuza nece dusmek olar?
Dr.Orxan Agabəyov | 12 Fevral 2013 19:24
Salam Anar. Sizdə olan vəziyyət, debyut problemləri ilə əlaqədardı, yəni cinsi həyata başlayarkən təcrübəsizlik(və təcrübəsizliklə bağlı stress və həyəcan) nəticəsində yaranan problemlər. Yəni çox güman ki səbəblər psixolojidir. Bu problemin rahat müalicəsi var. Qəbula düşmək üçün 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
elekber | 11 Fevral 2013 17:30
Doktor Salam.onanizmle mesqul olmaq ziyandi yoxsa yox?ve bunu ne kimi neticeleri ola biler)
Dr.Orxan Agabəyov | 12 Fevral 2013 19:21
Salam Elekber.  Əgər onanizm vərdişə çevrilirsə,  bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Uğurlar.