ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
mubariz | 12 Fevral 2013 19:56
salam hekim necesiz,2 yolnan emelyatsiz penis uzatmaq qalicdi,aqrisizdi he hekim,hekim birde turkyede seks sop maqazinlerinde kapsular satlir ,sonra wipiris kimi hava vurub pensi boyutmek olmurki yalandiki bu reklamlar,siz deyenin ziyani olmaz sonra.saqol
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 19:25
Salam Mubariz. Cinsi orqanın böyütməyin heç bir təbii(və ya dərmanla) üsulu yoxdu. Vakuum (hava) pompaları isə müvəqqəti (1 saatlıq) effekt verir. Uğurlar.
ahmed | 12 Fevral 2013 19:45
salam doktor evveller en azi 4-5 defe cinsi elaqede olurdum yorulmurdum indi 1 defeden sonra hevesden duwurem
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 18:55
Salam Ahmed. Bu problem  potensiyanın zəifləməsi ilə əlaqədardı. Potensiya müxtəlif səbəblərdən zəifliyə bilər - həyat tərzindən tutmuş (yəni gərgin iş rejimi, daimi stresslər və s.) orqanik səbəblərə kimi(məsələn hormonal pozuntu). Uğurlar.
Alex | 12 Fevral 2013 19:42
hekim hefdede 3 defe masturbasiya etmek goze ziyandirmi?
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 18:51
Salam Alex. Masturbasiyanın göz problemlərinə aidiyyatı yoxdu(yəni  gözlərə ziyan vermir). Uğurlar.
orxan | 12 Fevral 2013 18:14
salam.menim 27 yawim var bilmek isterdim xayanin tez tez aqrimaqi neden ola biler? esasda sol teref..
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 18:48
Salam Orxan. Ən real səbəb - varikoseledir (damar genişlənməsi). Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Uğurlar.
ali | 12 Fevral 2013 13:22
SALAM HEKIMM MENIM CINSI ORGANIM BALACADIR MEN GEC SUNNET OLMUSAM DEYE BALACA GALIB DEDILER VE USAGLIGDAN AGIR ATLETIKA ILE MESGUL OLMUSDUM BUDA SEBEB KIMI GOSTERILDI. MEN NE EDIM KI BIRAZ BOYUK OLSUN NORMAL OLSUNKI GARSI TEREFI RAZI SALA BILIM CUNKI BALACA ISTENILEN EFFEKTI VERMIR VE ELLE TEZ BOSALIRAM BUDA TEZ BOSALMAMA SEBEB OLA BILERRR? EGER ZEHMET DEYILSE CAVABLANDIRARDINIZ SAGOLUN
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 18:44
Salam Ali. Gec sünnət olmağın və ağır atletika ilə məşğul olmağın penisin ölçülərinə heç bir aidiyyatı yoxdu. Ölçülərin kiçik olması, erkən boşalmaya aidiyyatı yoxdu. Cinsi orqanın, ölçülərini artırmağın 2 yolu var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya vasitəsilə 3-5 sm, ekstenderin köməyi ilə 1,5 -2 sm penisin uzunluğunu artırmaq olar.  Uğurlar.
elnur | 12 Fevral 2013 12:37
salam...hekim mende erken bosalma problemi var..hardasa 3 5 deyqe.buna mualice lazimdi/
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 18:41
Salam Elnur. Normal cinsi əlaqənin müddəti 7-8 dəqiqəyə bərabərdi. Cinsi əlaqəni bu müddətə çatdırmaq üçün, müalicə məsləhət görülür. Uğurlar.
behruz | 12 Fevral 2013 12:31
salam hekim varokesel damar genishlenmesinin emeliyyati neceye basha gelir bir tereflidir mkrocerahiye neceyedr ve o biri cerahiyye neceyedr xahish ederdim cavablandrardiniz/
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 18:38
Salam Behruz. Ətraflı məlumat üçün 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın. Uğurlar.
Rovşən | 12 Fevral 2013 12:27
Salam Orxan həkim necəsiniz sizə bu işinizdə ugurlar arzu edirəm .Zəhmət olmasa deyin birinci intim əlaqədən sonra ikinci əlaqəyə həvəsin olmamasının səbəbi nədədir.
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 18:23
Salam Rovşən. Bu problem  potensiyanın (kişi seksuallığına aid işlədilən termindir və kişinin cinsi akta qabiliyyətini ifadə edir) zəifləməsi ilə əlaqədardı. Potensiya müxtəlif səbəblərdən zəifliyə bilər - həyat tərzindən tutmuş (yəni gərgin iş rejimi, daimi stresslər və s.) orqanik səbəblərə kimi(məsələn hormonal pozuntu). Uğurlar.
Kenan | 12 Fevral 2013 11:57
salam Hekim. texminen 4-5 aydir ki penisimin ustinde bir nece xal yaranib. bu teqriben el arasinda deyilen ziyile benzeyir. yaranandan qisa muddet sonra oz ozune yoxa cixdi sonra yeniden yarandi. bezen cinsi elaqe zamani qanayir. internetde arasdirmalarim meticesinde bunun ziyanli oldugunu oxudum. zehmet olmasa bunlarin yaranma sebebleri ve mualicesi barede meslehetlerinizi esirgemeyin. evvelceden derin minnetdarligimi bildirirem.
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 18:19
Salam Kenan. Bu papilloma virusu nəticəsində yaranır, papilloma adətən cinsi yolla keçir. Müalicə  lazer koaqulyasiyası vasitəsilə, papillomaların çıxarılması və  immunomodulyatorlarının tətbiq olunmasından ibarətdir. Uğurlar.
Azer | 12 Fevral 2013 11:35
Cavaba gore cox saq olun. Deyin bu mualice olunmalidir yoxsa kecicidir. qabaq yazdiqim sual asaqidadir. Doktor men yoldasimla cinsi elaqede olmaq isteyirem amma o hemise razi olmur. Qabaqlar tez tez isteyirdik indi ise deyir istemir orqanizmi teleb etmir. bu hardasa 3-4 aydir davam edir. normal halda ayda 3-4 defe cinsi elaqede oluruq. Xahis edirem sebebini deyesiniz.
Dr.Orxan Agabəyov | 13 Fevral 2013 18:15
Salam Azer. Əgər psixoloji səbəblərdəndirsə ola bilər ki keçsin. Amma hormonal və s. orqanik səbəblərdəndirsə - müalicə olunmalıdı. Birdə vacibdir ki, yoldaşınız cinsi əlaqə vaxtı orqazma çatır ya yox(orqazma çatmamağı da, cinsi həyata marağı azlda bilər). Uğurlar.