Elvin | 13 Fevral 2013 20:55
Salam Hekim men usaq vaxti qulaq dibi xesteliyi kecirmisem ve xayanin biri islemir sizce bu sonsuz ola bilerem? analiz vermisem analizin cavabi yaxsi cixib sizce ?
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 20:02
Salam Elvin. Bir xaya ilə də övlad sahibi olmaq olar. Sizin analizi görmədən(analizin nəticələrini yazmamısınız), mən deyə bilmərəm analizin nəticələri yaxşıdı ya pis. Uğurlar.
Polad | 13 Fevral 2013 20:48
Salam hekim. Bilmirem bu nederecede prablemdi ama bildirmey istiremki, men qizla oturub sohbet eden zaman mende sanki hemin an wire ( şire) ifraz olunur yeni xarice cixir. Bu herzaman ve her qizla baş vermir . Hecvaxt cinsi əlaqədə olmamişam. Yaşım 21. Bu neden ola biler??
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 20:00
Salam Polad. Bu tamamilə normal haldı - bu şırəni orqanızm ehtiraslananda sürtgü (smazka) məqsədi ilə, yəni cinsi əlaqənin komfortlu keçməyi üçün ifraz edir. Uğurlar.
eliko | 13 Fevral 2013 19:00
salam hekim, men tez bosaliram bunun ucun mene nese bir dermen deye bilersiz ki bosalmani uzatsin
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 19:56
Salam Eliko. Erkən boşalmanın müxtəlif səbəbləri var və yalnız bu səbəbləri müəyyənləşdirib, effektiv müalicə təyin etmək olar. Uğurlar.
vusal | 13 Fevral 2013 14:06
salam hekim sayt gore cox tesekkurler.menim 35 yasim var.aileliyem ovladlarim var.evde cinsi elaqe normaldi hec problem yoxdu.ama baskasiyla alinmir yeni ereksiya olmur olsada cox zeif olur.kenara gedende mecbur olub dermanlardan istifade edirem tabletin yarisi da kifayet edir.dusunurem ki bu psixoloji veziyyetnen elaqedardi.sizce men ne etmeliyem mene ne meslehet gorerdiniz?
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 19:49
Salam Vusal. Bəli, Siz haqlısız, bu vəziyyətin(elmi dildə buna selektiv erektil disfunksiya deyilir) yalnız psixoloji səbələri var. Yəni yeni partnyorla cinsi əlaqə zamanı, Sizdə ereksiyanın sərtliyi barəsində narahatlıq və həyəcan çox olur və nəticədə ereksiya pozulur. Özünüzə inamı artırın, əgər bir partnyorla hər şey yaxşıdırsa, deməli orqanizmdə heç bir problem yoxdur. Uğurlar.
katanin | 13 Fevral 2013 12:17
salam hekim.mende penisde az bilinən ləkələr əmələ gəlib son 1 həftədə.ama cinsi orqanda hər hansı bir ağrı və ya qızarma yoxdu.sidik ifrazi normaldı.ləkənin səbəbi nə ola bilər?
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 19:36
Salam Katanin. Göbələk infeksiyası daha çox ehtimal olunan səbəbdir, amma dəri problemlərində yalnız həkim baxışından sonra, dəqiq diaqnozu bilmək olur. Uğurlar.
Ramil | 13 Fevral 2013 11:52
Salam hekim.Bundan once Size bele bir sual vermişdim ki mende sidiye çixandan sonra sunnet hissede sidik damcisi qalma hissi olur ama sixiram heç bir şey gelmir.biraz da aydinliq getirek xahiş edirem.infeksiyaya gore ise yalniz mikoplazma,ureaplazma,birde xlamidiyaya gore vermişem.onlar olmuyub.başqa hansi infeksiyanin olma sebebi ola biler bu elamet ? birde arada hemin damci hiss elediyim hissede qaşinti da olur.ama o arada, 3 4 gunden bir ola ya olmaya.damci hissi ise her sidiye çixandan sonra olur.prostatit keçirmişem evvel.ama sagalib.onun yeniden keskinleşmeyi vere biler bu elameti ? ama heç evvel prostatit vaxtinda da olmuyub bele şey.xahiş edirem biraz geniş izah ederdiz...
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 19:41
Salam Ramil. Mən Sizə yazmışdım, səbəb - uretrit ola bilər və uretritin səbəbi mütləq cinsi yolla keçən infeksiya deyil. İnfeksiyalardan məsələn trixomonada yoxlanılmayıb. Prostatitin kəskinləşməsi isə daha real səbəbdi. Uğurlar.
Fuad | 13 Fevral 2013 08:26
Salam doktor. Eger prostatda durgunluq varsa ve o sonradan xayalara kecibse yani xayalarda da durgunluq yaradirsa onda xayalarda hansisa zahiri deyisiklik yaranirmi?
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 19:30
Salam Fuad. Adətən xayalardakı problemlər, vizual dəyişikliklərə gətirib çıxarmır. Bu problemlərin olub olmasını, xayaların doppler müayinəsi zamanı bilmək olar. Uğurlar.
Yasin | 13 Fevral 2013 07:02
Salam hekim mende erken bosalma elameti var birde son zamanlar heves azalib bunun ucun ne etmem lazimdir?
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 19:27
Salam Yasin. Siz bu problemlərlə bağlı saytda olan məqalələrdəki tövsiyyələrə riayət edin. Əgər bir müddət ərzində düzəlməsə, müalicəyə ehtiyac olacaq. Uğurlar.
Faiq | 13 Fevral 2013 06:35
Salam hekim. men bir qizla tanis olub onunla 1-2 defe gorusub novbeti defe gorusenden sonra ona qarsi hissiyatim olur. 1 defe cinsi elaqede oluram amma 2-ci heves qalmir.amma ilk defe gorusende 3-4 defe elaqede oluram. sizce eyni qadina qarsi maragin olmesine sebeb nedi?
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 19:26
Salam Faiq. Bu yalnız psixoloji səbəblərlə izah olunur. Uğurlar.
ramin | 13 Fevral 2013 05:11
Salam hekim! men size evvelki sualda yazmisdim problemi( sidiye gedenden sora sperma kimi gelir nese yapisqan)/ Siz dedizki prostat vəzidə iltihab(prostatit) yaranıb. Bu nece cinsi elaqeyle yoluxub yoxsa basqa cur? ve bunun mwalicesi nece olur?ne etmeliyem
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 19:19
Salam Ramin. Prostatitin səbəbləri müxtəlifdir, adi soyuqlamadan da yarana bilər. Prostatitin müalicəsi kompleks şəkildə, əsaslı və fərdi seçilmiş olmalıdır. Əsasən dərman preparatları istifadə olunur. Uğurlar.