ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
kenan | 14 Fevral 2013 16:38
Hekim SALAM.1-2 dereceli varikosel ne derecede tehlukelidi?sonsuzluga sebeb ola bilermi?
Dr.Orxan Agabəyov | 15 Fevral 2013 18:48
Salam Kenan. Belə bir ehtimal var, amma dəqiqləşdirmək üçün, spermoqramma verin. Göstəricilər normadan aşağıdırsa, birdə varikosele dəqiq 2 -ci dərəcəlidirsə - əməliyyat etmək məqsədəuyğun olar. Uğurlar.
Samir | 14 Fevral 2013 06:55
Salam hekim.penis haqda yazilanlar oxudum.penisi qalinlawdirmaq da olur?emaliyat dan sonra penis nece muddetden sonra sagalir?eks tesir ve ziyani olur?3-5 sm her penisi uzatmaq olur.indiden twk.
Dr.Orxan Agabəyov | 15 Fevral 2013 18:42
Salam Samir. Bəli, penisi qalınlaşdırmaq  üçün əməliyyat keçirilir. Əgər əməliyyat düzgün aparılıbsa, heç bir yan təsir olmur və 5-7 gündən sonra pasiyent normal həyata qayıdır. Minimum 3 sm əməliyyat nəticəsində artıma nail olmaq olar. Uğurlar.
emil | 14 Fevral 2013 06:48
Salam hekim size bu isinizde ugurlar.... Hekim men ele gun olur ki her gun suxoy vururam bunun ne derecede ziyani var.? 10 gun 15 gun her gun olur..
Dr.Orxan Agabəyov | 15 Fevral 2013 18:04
Salam Emil. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Uğurlar.
Aksin | 14 Fevral 2013 06:37
Salam Hekim ! Bir mesele meni narahat edir ona gore de Size sual vermek mecburiyyetinde qaldim.Men necise cixanda gucenme zamani bezen penisimden qati spermeye oxsar maye gelir.Bu her zaman olmur bezen gunlerle davam edir bezen kesilir.Bilmek isterdim bu ne ile elaqedardir? 32 yasim var 1 ovladim var.Evvelceden tesekkur edirem
Dr.Orxan Agabəyov | 15 Fevral 2013 18:01
Salam Aksin. Bu prostat vəzinin şirəsidi, səbəb isə prostat vəzidə, durğunluq fonunda yaranmış iltihabdır(konqestiv prostatit). Uğurlar.
QEHREMAN | 14 Fevral 2013 06:18
SALAM.MENIM 37 YASIM VAR HEC VAXT IMPOTENSIYADAN SIKAYET ETMEMISEM CINSI AKTIVLIYIM NORMAL VEZIYYETDEDIR,AMMA BEZEN HEVESLE BASLADIQIM CINSI ELAQENI COX ZEIF ORQAZMLA BITIRIREM BUDA MENI ESEBLESDIRIR.BU BAREDE BIR MESLEHET VERMEYINIZI XAIS EDIREM.TSK.
Dr.Orxan Agabəyov | 15 Fevral 2013 17:56
Salam Qehreman. Orqazm zəif olması, çox güman ki, prostatitlə(prostat vəzinin iltihabı) əlaqədardı, amma başqa səbəblərdə ola bilər. Birinci növbədə prostat vəzinin USM müayinəsindən keçin. Uğurlar.
Xeyal | 14 Fevral 2013 00:08
Salam Hekim.Mende cinsi elaqe zamani tam sertlewme bezen zeif olur tez bowaliram.Amma bu hemiwe olmur bir qadinla bir defe elaqede olanda yaxwidi eyni qadinla 2-3-cu defe elaqeye girmek isteyende hetta bawqa gun olsada bele zeif olur.ve bir defe elaqede olandan sonra ikincini ekseriyet vaxti istemirem.bir hekim T-N preparati meslehet gormuwdu bir ay qebul etdim hiss edilecek bir deyiwiklik gormedim xaiw edirem bir meslehet verin.eger hormonal bir problem olarsa ne ede bilerem?ne meslehet gorursuz?
Dr.Orxan Agabəyov | 15 Fevral 2013 17:50
Salam Xeyal. Sizdə potensiyanın zəifləməsi halları var, eyni zamannda bu problemlərin yaranmasında psixoloji faktorlarda rol oynayır. Əgər hormonlardan şübhələnirsizsə, birinci növbədə hormonları yoxlamaq lazımdır və əgər problem çıxsa - müalicə etmək. Uğurlar.
Sebuhi | 13 Fevral 2013 23:41
salam hekim.....menim 24 yashim var...hele cinsi elaqede olmamisham ..infeksiyalardan qorxdugum ucun...amma niyese ozume biraz inamim azdir.cunki pisxoloji cehetden niyese qorxuram ki birden bu qorxu ve inamsizliq mende sonsuzluq yarada biler..amma cinsi cehetden aktivem....sizce menim bu ehtimallarim ne derecede dogrudur????????...... vereceyiniz cavaba gore evvelceden cox teshekkur edirem
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 20:24
Salam Sebuhi. Qorxu və inamsızlıq sonsuzluğa gətirib çıxara bilməz. Yalnız cinsi problemlərə gətirib çıxara bilər. Amma hər şey, özünüzdən asılıdı - özünüzə inamı artırın, heçnədən qorxmayın, cinsi əlaqədə olmaq fikri -  yalnız müsbət emosiyalar yaratmalıdır. Uğurlar.
ramil | 13 Fevral 2013 22:36
salam hekim hissiyatin ziflemesi cinsi elaqede olan zaman sertlewmenin birden bire itmesi qutara bilmemek neden ola biler
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 20:21
Salam Ramil. Səbəblər müxtəlif ola bilər(orqanik və psixoloji), amma daha real psixoloji səbəblərdi, yəni cinsi əlaqə zamanı yaranan narahatlıq, həyacan ereksiya və eyakulyasiya mexanizmlərini poza bilər. Uğurlar.
fərzanə | 13 Fevral 2013 22:16
kişidə cinsi zəifliyi aradan qaldırmaq üçün nə etmək olar? hansı dərmandan istifadə etmək olar? mənim yoldaşımda cinsi zəiflik var. özü bunu qəbul etmir. ona görə də mən onu həkimə getməyə məcbur edə bilmirəm. getmir həkimə. ona görə mənə resept deyin dərman adı deyin. birdə əvvəllər o gepatit C keçirib amma indi tam sağlamdır müalicə olunub.
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 20:13
Salam Fərzanə. Cinsi zəiflik elə problemdir ki, qəbul etməmək mümkün deyil, yəni ya cinsi əlaqə normal keçir ya yox. Və cinsi zəiflik bir çox səbəblərdən yarana bilər, bu səbəbləri müəyyənləşdirməmiş, müalicə təyin etmək olmur. Çalışın yoldaşınızla bu problemlər barədə açıq söhbət edəsiniz. Uğurlar.
Şöhrət | 13 Fevral 2013 21:21
Salam,həkim! Təşəkkür edirəm ki,belə imkanı bizlərə tanıyırsınız. Mənim 32 yaşım var.Həm erkən boşalma,həm də boşalandan sonra şəhvətin tam yoxa çıxması məni çox narahat edir. Mən neyləməliyəm. qeyd edim ki,müntəzəm olaraq sexle meşğul oluram. Bir de zehmet olmasa deyin Penisin uzadilmasi mümkündürmü? Hətta cərrahiye ile olsa da... teşekkür edirem!
Dr.Orxan Agabəyov | 14 Fevral 2013 20:08
Salam Şöhrət. Sizdə olan problemlərin səbəblərini müəyyənləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Cinsi orqanın, ölçülərini artırmağın 2 yolu var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya vasitəsilə 3-5 sm, ekstenderin köməyi ilə 1,5 -2 sm penisin uzunluğunu artırmaq olar.  Uğurlar.