ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Seyid | 15 Fevral 2013 13:48
SALAM DOKTOR. . . DOKTOR 20 YAŞIM VAR AİLƏLİYƏM BİRİNCİ EVLADIM (QIZ) OLDU 2012.01.10 Cİ İL. . İKİNCİ UŞAQ DA ARTIQ İKİ AYDI DÜŞÜB ANA BƏTNİNƏN. . .BİRİNCİ UŞAQA SÜD VERƏ BİLƏR ANASI YA YOX DOKTOR?BİRDƏ DOKTOR O, UŞAQIN CİNSİ (QIZ) (OĞLAN) OLUB OLMAMAQI (SPERM) DAN OLUR YƏNİ GÜCLÜ ZƏİFLİKDƏN. . . BƏRİ BAŞDAN TƏŞƏKKÜR İŞİNİZ DƏ UĞURLAR. . . .
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 20:44
Salam Seyid. Əgər qadın hər hansı, uşağa ziyan verə bilən dərman qəbul etmirsə, süd verə bilər(amma qinekoloqun məsləhəti olmaq şərti ilə). Uşağın cinsi, spermanın keyfiyyətindən asılı deyil. Uğurlar.
aksin | 15 Fevral 2013 13:18
salam hekim spermanin ifrazat tezyiqinin az olmasi ne ile baglidir ve bu normal sayila bilermi?
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 20:37
Salam Aksin. Spermanın ifrazat sürəti əsasən ehtirasın səviyyəsindən asılıdı (yəni nə qədər ehtiras güclüdürsə, bir o qədərdə sürət daha çox olur). Birdə əvvəlki eyakulyasiyaların(boşalmaların) sayından, yəni əvvəlki eyakulyasiyadan nə qədər çox vaxt keçibsə, bir o qədər sürət daha çox olar. Və ya həmin gün 1 ci eyakulyasiyadırsa, sürət(təzyiq) çox olur, 2-ci və sonrakı eyakulyasiyalarda sürət azalır. Uğurlar.
E_nara | 15 Fevral 2013 12:52
Salam hekim.Sualima gore cox uzr isteyirem. Yoldasim menle yasayanda deyirki ele bil penisim neyese deyir?cox qorxuram bu neden ola biler?amma agrimir.birdeki men 4 aydi aileliyem.usaq yoxdu? hekime gedim?yoxsa tezdi?
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 19:06
Salam E_nara. Bu suala nəzəri olaraq cavab vermək olmur, ən yaxşısı, ginekoloji müayinədən keçmək və əgər cinsiyyət sistemində problem varsa - müalicə etmək. O ki qaldl, hamiləlik məsələsinə - 1 ilə kimi nigahda həmiləliyin olmaması - problem sayılımır. Amma əgər Siz və yoldaşınız indidən, öz cinsiyyat sisteminin sağlamlığını yoxlasaz,  bu yalnız xeyrinizə olar. Uğurlar.
Ceyhun | 15 Fevral 2013 08:30
hekim bagishlayin, bir daha narahat edirem sizi. kecen defe de yazmishdim ama deqiq bilmek isterdim menim neticelerim ikinci dereceli varikoseldi? - Sol pampiniform pleksus venalari - 3,2 mm-e qeder genishlikde olub valsalva manevrasi ile reng mod-unda ve spektral analizde Grade-II (4 saniyeyedek davam eden) reflu (retroqrad axin) izlendi. qeyd edim ki, mende spermanin canliligi 75 faiz, a 15, a b 50, c 10-dur. diqqetinize gore minnetdaram. zehmet olmasa etrafli cavablandirardiniz. erger her bir ixtisasli hekim bu cur platforma yaratsaydi, biz vetendashlar da xestelikler ve onlarin mualicesi barede daha etrafli meulatli olardiq. ama teeessuf ki beleleri azdi. bu imkana gore size teshekkur edirem!
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 09:06
Salam Ceyhun. Mən öncədən yazdığınız suala(bu suala) cavab vemişdim, Sizin email-e göndərmişdim. Varikosele xəstəliyinin yalnız cərrahi müalicəsi var. Amma  mütləq spermoqrammanın nəzarəti ilə -yəni spermoqrammanın göstəriciləri normadan aşağıdırsa və getdikcə düşürsə -əməliyyat etmək məqsədəuyğun sayılır.  Uğurlar.
abdul | 15 Fevral 2013 06:42
Salam hekim.mende sag xayada bir az siskinlik var ve 16yasim var.evdekilere demeye utaniram.tez tez masturbasiya edirem bunun ziyani var? birdeki varikoz genislenmede matsubirasiya olar?
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 09:14
Salam Abdul. Xaya problemləri kişinin cinsi sağlamlığına ciddi ziyan vura bilər, ona görə utanmayın və valideynlərənizə deyin və xayaların doppler müayinəsindən keçin. Masturbasiyanın, yarana biləcək varikoseleyə(damar genişlənməsinə) heç bir aidiyyatı yoxdu. Uğurlar.
fərzanə | 14 Fevral 2013 21:13
bilirsiniz necədir yoldaşım ayda bir dəfə ancaq olur cinsi əlaqədə. mən istəyirəm o amma istəmir. birdəki yoldaşım əvvəllər gepatit C keçirib amma indi tam sağalıb bunun təsiri ola bilər? yoldaşımın 32 yaşı var. yəni mən onunla bu haqda danışanda bunun normal olduğunu deyir . bunu necə aradan qaldırmaq olar?
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 08:57
Salam Fərzanə. Hepatit C xəstəliyinin, cinsi zəifliyə birbaşa aidiyyatı yoxdu. 30-35 yaşlı kişi həftədə 2 dəfə cinsi əlaqədə olması, normaya uyğundu. Əgər cinsi həyatın belə ritmi, alınmırsa - deməli  cinsiyyət sistemində hər hansı problem var. Bu problemi aşkarlayıb - müalicə etdirmək lazımdır. Uğurlar.
Cavid | 14 Fevral 2013 21:12
salam hekim. bilmek isteyirem ki, extender penisin qalinlashmasina komek edir? teshekkur.
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 08:54
Salam Cavid. Ekstende əsasən penisin uzunluğuna təsir edir, qalınlığada az təsir edə bilər. Uğurlar.
mustafa | 14 Fevral 2013 21:10
salam, mende anadangelme xayamin biri yoxdu , yeni ewitdiyime gore babam terefden nesilde bele bir wey var , babamin qardawi uwaqalri dada bir necesinde beledi,ama hamsinin normal uwagi ailesi var , mene nese bir problem yaratmazki bu ?ama her wey normaldi mende,meslehet verin belke emeliyyata ehtiyacim olsa deyin
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 08:09
Salam Mustafa. Bir xayanın olmaması, müəyyən problemlər yarada bilər (hərçənd bir xayası olmayan və heç bir problemi olmayan da kişilər var). Dəqiqləşdirmək üçün - spermoqramma verin, əgər nəticələr normaya uyğundursa, müalicəyə ehtiyac yoxdu. Uğurlar.
Ramil | 14 Fevral 2013 20:10
Uzr isteyirem hekim,bes uretritin olub olmadigini deqiqlesdirmek ucun basqa hansi muayineden kecmek lazimdi ?infeksiyadan basqa
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 08:05
Salam Ramil. Sizdə olan problemin, dəqiq səbəbini müəyyənləşdirmək üçün, birinci növbədə, sidik kanalının vəziyyəti öyrənilməlidi birdə prostat vəzidə problemlərin olub-olmaması. Uğurlar.
Cahangir | 14 Fevral 2013 18:14
mende erken bosalmayla yanasi birde birinci elaqeden sonra ikinciye cinsi orqanin hazir olmamasi problemi movcuddur cox xais edirem meni melumatlandirasiniz men ne etmeliyem? evvelceden minnetdarligimi bildirirem
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 08:02
Salam Cahangir. Bu problemlərin müxtəlif səbəbləri var - orqanik(hormonal, prostatit) və psixoloji səbəblər. Bunları müəyyənləşdirmək üçün, müayinələrdən keçin və müalicə alın. Uğurlar.