zaur mamedov | 15 Fevral 2013 23:15
salam hekim.... gozel meslehetlerinize gore twk... hekim konkret bir weyi bilmek istiyirem viagra ya kamagra ve diger preparatlar 25 - 35 yawli oglan ucun ne ziyani ola biler? pisixoloji asililiqdan bawqa...... mumkunse cavablandirin.... etrafli verseniz sevinerem..twk edirem.....
Dr.Orxan Agabəyov | 17 Fevral 2013 08:49
Salam Zaur. Bu dərmanların, başqa dərman vasitələri kimi, müəyyən yan təsirləri var - baş ağrısı, burunun tutulması, mədə ağrısı və s. (daha ətraflı bu tip preparatların instruksiyasında oxuya bilərsiniz). Uğurlar.
Rufet | 15 Fevral 2013 22:03
salam hekim menim 26yasim var artiq uzun muddetdi masturbasiya edirem verdiw etmisem ama cinsi elaqede olmusam 3defede bilmek isteyirem masturbaciya neye ziyandi ve hansisa derman varmi sagalmak ucun.Xahis etrafli diyerdiz.
Dr.Orxan Agabəyov | 17 Fevral 2013 08:44
Salam Rufet. Əgər masturbasiya, vərdişə çevrilirsə, bu gələcəkdə müəyyən cinsi problemlərə gətirib çıxara bilər. Bu mütləq şərt deyil - hər şey normal da ola bilər, sadəcə masturbasiyaya öyrəşən kişilərdə belə bir ehtimal var. Masturbasiyadan qurtulmaq üçün heç bir dərman vastəsi, mövcud deyil. Uğurlar.
Ìrade | 15 Fevral 2013 17:52
Salam hekim,bagiwlayin narahat edirem,ama kömeyinize cox ehtiyacim vare xahiw edirem cavab yazasiz.men niwanlimla beraber oldum ama tam elaqede olmadiq o penisinin ucunu bidamci salmiwdi sora penisini cixaranda penisin altinda birazca leke kimi qan vardi cox aciq idi,hemde cox az idi.cox qorxduq daha elemedik,sora men salfet qoydum arada bir bidamci leke kimi deyirdi.indi bilmek isteyiremki menim bakireliyim pozulub?guzguylede baxiram görmurem hecne,men nece bileremki pozulub ya yox?cox xahiw edirem kömek edin,hekime getmek istemirem
Dr.Orxan Agabəyov | 17 Fevral 2013 08:25
Salam İrade. Bakirəliyin pozulub pozulmamasını, yalnız qinekoloq, baxış zamanı təyin edə bilər. Əgər qan varsa, çox güman ki, müəyyən qədərdə olsa pozulma var. Amma ən yaxşısı, bunu qinekoloqun təyin etməsidir. Uğurlar.
sefeq | 15 Fevral 2013 17:26
doktor salam.siz vaqinizmi mualice edirsinizmi.umumiyetle bizde onun mualicesi varmi.ev-den sag olun
Dr.Orxan Agabəyov | 17 Fevral 2013 08:22
Salam Sefeq. Bəli, vaqinizmin və ümmumiyətlə, toy gecəsinin problemlərinin müalicəsi ilə məşğul oluram(elə hallar olur ki, ginekoloqun baxışına ehtiyac olur). Uğurlar.
Rashad | 15 Fevral 2013 16:45
Salam hekim size bele bir sualim var men Varikozdan apiratsiya olmusham sol terefden amma 3 hefdeden, mene dememisdiler ki qadinla olmaq olmaz men 3 hefteden sonram qadinla oldum ve bir defe de tez hereket etmishem indi saq terefde xayamda ve sag budumun qarin nahiyesinde kut aqridir var neden olar. xayish edirem bu haqda melumat veresiniz
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 21:19
Salam Rashad. Bu ağrıları, yalnız cinsi əlaqənin fəsadları ilə bağlamq düzgün deyil(belə bir ehtimal var, amma azdır). Və ümmumiyətlə, əməliyyat sol tərəfdə olub, ağrılar isə sağ tərəfdədi. Ola bilər, başqa səbəblər var. Bir müddət gözləyin, əgər ağrılar keçməsə, xayaların doppler müayinəsindən keçin. Uğurlar.
elvin | 15 Fevral 2013 16:26
dr. men pornoqrafiyaya baxanda cinsi organimdan axintini hiss edirem buna elac var?
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 21:15
Salam Elvin. Bu maye çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi mayedir və normadan kənar deyil. Bu maye cinsi əlaqə vaxtı, sürtgü(smazka) funksiyasını yerinə yetirir. Və təkcə cinsi əlaqə zamanı deyil, masturbasiya vaxtı və ümmumiyətlə ehtiraslanma olanda ifraz ola bilər. Uğurlar.
irfan | 15 Fevral 2013 15:44
Salam hekim.Menim sualim odurki men cinsi elaqeede olan zaman elaqeye basladigim ilk 5-10 deqiqede her wey yaxwi gedir sonra ise cinsiyyet orqanim olur sanki arada fasileler olur sonra yeniden fealiyyet yukselir bir sozle arada qirilmalar olur bu sizce neden ola biler ?ciddi problem ola bilermi ?onuda size deyimki evveller men viaqra tabletqalarindan istifade etmiwem sizce o sebeb ola bilermi ?
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 20:56
Salam İrfan. Sizdə olan problemin həm orqanik, həmdə psixoloji səbəbləridə ola bilər. Amma daha çox psixoloji səbəblərin olması realdı. Çalışın cinsi əlaqə zamanı, yalnız müsbət fikirlər olsun beyninizdə(yəni hər an ereksiyanın itməyini gözləməyin) və ereksiyanızı kontrol etməyəsiniz. Viaqranın istifadəsinin (daimi olmayan) bu problemə aidiyyatı yoxdu. Uğurlar.
Hesen | 15 Fevral 2013 15:14
salam bagislayin narahat ediremse
menim sualim beledir
1.men cinsi elaqede olanda tez qurtariram
2.evveller en azi 1 gunden bir yasiyardim indi ise ele olur 5 6 gun ele olur 1 ay yasamiram amma hisslerim de problem yoxdu yeni her sey normaldi amma ureyim istemir ve birde 1 defeden artiq olmuram
tesekkur
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 21:03
Salam Hesen. Sizdə həm erkən boşalma problemi, həmdə potensiyanın zəifləməsi var. Hər 2 problemin, həm orqanik(müayinələrdən sonra müəyyənləşir), həmdə psixoloji səbəblərdən(konsultasiya zamanı müəyyənləşir) yaranma ehtimalı var. Bu problemlər haqqında saytda məqalələr var, çalışın oradakı tövsiyyələrə riayət edin. Əgər bu problemlər düzəlməsə, müalicəyə ehtiyac olacaq. Uğurlar.
Namiq | 15 Fevral 2013 14:09
Salam , həkim .
Düzü , bunu deməkdə çəkinirəm , amma deməsəm də daha da ehtiyatlaniram .
Mənim 19 yashim var , indiyə qədər cinsi əlaqədə olmamisham . Internetdə oxudugum məlumatlardan bilmisəm ki penisin ölçüsü 10 sm-dən uzun olmasi bir qizi hamilə edə bilər . Məndə isə kobud desək duranda təxmini 12 - 12.5 , lap uzagi 13 sm olur . Bu mənim özümə inamimi azaldir , ona görə indiki yasda cavanlarin getdiyi bazdiga gedə bilmirəm , daha dogrusu usaqlara bunu deməyin düzgün olmadigini basa düsürəm .
Mənə nə məsləhət bilərdiz həkim ?
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 20:53
Salam Namiq. Penisin 12 sm-dən artıq uzunluğu - tam normaya uyğundur, ona görə narahat olmayın, özünüzə inamı artırın və cinsi həyata başlayın. Uğurlar.
Orxan | 15 Fevral 2013 13:57
Salam Hekim men bele bir derman gormuwem turkiyede tezedi bu derman adi magna rx di ... saytindada oxumuwam hec bir ziyani yoxdu ve penisi 2sm - 12 sm qeder uzadir ve 1,5 -2 sm e qeder enlewdirir 3 ay qebul edirsen amma her adamda bu olculer olmur bu ne derecede duzgundu ... 1de xususi cihazla penisi ne vaxta qeder istifade olunur ki musbet netice olsun ... tewekkurler
Dr.Orxan Agabəyov | 16 Fevral 2013 19:19
Salam Orxan. Baxın, əgər Sizə desələr ki, elə bir dərman var ki, ayaqlarınızın və ya qollarınızın uzunluğunu 12 sm qədər uzadır - Siz buna inanacaqsınız? Penisdə insan orqanizminin bir orqanıdır və onu heç bir "möcüzəli" dərmanla böyütmək(uzatmaq) mümkün deyil. O ki qaldı, ekstenderin istifadəsinə - effekt 6-9 ay ərzində olur. Uğurlar.