ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
alik | 17 Fevral 2013 13:17
salam hakim 33 yasim var evliyem ama yenada yuxuda olarken ereksiya olmadan da eyakulyasiya bas verir va (bu hal yuxuda basqasi ila cinsi alaqe goran vaxt olur) xahis cavablandirin
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 14:59
Salam Alik. Bu hal(pollusiya) ondan irəli  gəlir ki, Sizin cinsi həyatınızda, böyük fasilələr var. Biraz daha intensiv(tez-tez) cinsi əlaqədə olun, bu hal aradan qalxacaq. Uğurlar.
sevinc | 17 Fevral 2013 13:17
salam hekim menim 40 yasim var.problemim ondadir ki men cinsi elaqe zamani orqazmi hiss etmirem bilmek isterdim qadinlar ucun potensiyani artiran dermanlar varmi?xahis edirem onlar hagginda mene melumat veresiniz.tesekkur edirem
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 15:42
Salam Sevinc. Qadınlarda orqazmın olmaması müxtəlif səbəblərdən ola bilər - psixoloji və orqanik (məsələn hormonal). Bu hal partnyordan da asılıdı, məsələn ola bilər ki, partnyorda erkən boşalma var, və cinsi əlaqənin müddəti, orqazma çatmağa imkan vermir. Səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Hər bir səbəbdə, təsi edən preparatlar mövcud deyil.  Uğurlar.
saleh | 17 Fevral 2013 08:42
Salam hekim.extenderler bakida harada satilir?mumkunse qiymetini ve hansinin daha keyfiyyetli oldugunu yazardiz.
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 14:51
Salam Saleh. 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə mənimlə əlaqə saxlayın, mən Sizə ətraflı məlumat verim. Uğurlar.
amil | 17 Fevral 2013 08:26
salam hekim. gorurem ki bu sualdan size cox verilir. mende tez bosalma olur hedinden de cox tez. buna gore ne etmek olar.xais edirem mene bu haqda tam mellumat veresiz
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 14:02
Salam Amil. Erkən boşama problemi müxtəlif səbələblərdən yarana bilər - penisin dərisinin hiperhəssaslığı, cinsiyyət sistemində iltihabi prosesslər, psixoloji səbəblər. Birinci növbədə, bu səbəbləri müəyyənləşdirmək lazımdır. Sonra isə, müalicə təyin etmək olar. Uğurlar.
RESAD | 17 Fevral 2013 07:45
hekim salam mende xesteliyin diaqnozu beledir azsprmazoydur spermada toxum 0 derecededir buna qarsi mualice var
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 13:59
Salam Resad. Azospermiya diaqnozunda, çox şey səbələrdən asılıdı - səbələri müəyyənləşdirib, demək olar, müalicə var ya yox. Uğurlar.
mahir | 17 Fevral 2013 07:25
salam hekim.üzür isteyirem,menim 25 yaşım var,sperma çox az olur 3-4 damcı.artırmaq üçün ne etmek lazımdır ,norma neqeder olmalıdır ?
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 13:48
Salam Mahir. Sperma əsasən prostat vəzidə və toxum kisəciklərində yaranır, çox güman ki, Sizdə iltihabi prosesslər başlaylb -prostatit (vezikulit). Spermanın normal miqdarı - 1,5 ml-n artıq olmalıdır. Səbəbləri dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
nurlan | 17 Fevral 2013 07:18
salam 25 yawim var aqciyrden malice almiwam yenede davam edirem heleki evel prosdatda soyuqlama diaqnozuyla malice almiwam ama indi mende tez bowalma yaranib buna ne meslehet gorerdiz
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 13:41
Salam Nurlan. Erkən boşalma probleminin səbəblərindən biri, cinsiyyət sistemində iltihabi prosesslə bağlıdır. Ola bilər, Siz tam mualicə olunmamısınız, tam müalicə olunun, sonra erkən boşalma problemi, düzəlməlidir. Əgər düzəlməsə, deməli başqa səbələr araşdırılmalı və müalicə olunmalıdır. Uğurlar.
Zamiq | 17 Fevral 2013 06:46
salam .prostata qarşı hansı derman daha effektlidir yeni hekim mesleheti olmadan atmaq olar.menim yaşım 34
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 08:24
Salam Zamiq. Prostat vəzidə olan problemlərdə hansısa bir preparat qəbul edilmir - xəstəliyin səbəbləri nəzərə alınır, xroniki və ya kəskin stadiyada olması və s. faktorlar. Bu faktorları müəyyənləşdirməmiş, müalicə təyin etmək düzgün deyil. Uğurlar.
Ramal | 17 Fevral 2013 06:30
Salam hekim.Hekim trixomonos unitazdan kece biler? Yoxsa ancaq cinsi elaqede olanda kecir? Evvelceden tesekkurler.
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 07:13
Salam Ramal. Mən, Sizin suala cavab vermişəm - "bütün suallar" düyməsini basın, və öz sualınızı tapın(sualın verilmə tarixi 14.02.2013). Uğurlar.
anar | 16 Fevral 2013 22:57
salam hekim.mende spermanin faizi aktiv olan 38 dir.butun muayinelerden kecmisem hec bir problem yoxdur.4 ildir aileliyem evladim olmur.2mizde her bir muayineden kecmisik.birdeki mende heves azdir.siz mene ne meslehet gorerdiniz.evvelceden tesekkur edirem.
Dr.Orxan Agabəyov | 18 Fevral 2013 06:45
Salam Anar. Spermoqrammada hərəkətlilik faizindən başqa önəmli göstəricilər var, məsələn 1 ml-də spermotozoidlərin miqdarı və s. Birdəki, elə olmur ki, hər şey qaydasındadı, amma nəticə yoxdu (yəni səbəblər tam araşdırılmayıb). Həvəsin azlığı, müxtəlif səbəblərlən ola bilər - həyat tərzindən tutmuş, orqanik səbəblərə qədər. Məsləhət, səbəbləri bir daha araşdırın. Uğurlar.