AZER NURIYEV | 25 Sentyabr 2014 19:59
Salam men 2 ildi aileliyem sperma faizi 0 mikro tese emeliyyati olunmusam 6 ay olar bakida cavab yene 0 canli cansiz hec bir huceyre yoxdur amma hara gediremse hecne yazmirlar bugune kimi bir dermandan bele istifade etmemisem mualice yoxdurki bu probleme cox narahatam xais edirem cavab yazin
Dr.Orxan Agabəyov | 28 Sentyabr 2014 05:50
Salam Azer. Belə göstəricilərdə, problemin səbəbi əsas rol oynayır, elə hallar var ki - müalicə mənasız sayılır(ona görə təyin olunmur) elə hallar var ki, toxum yaranmaası üçün, stimullaşdırıcı kurslar təyin oluna bilər. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Melik | 25 Sentyabr 2014 16:39
Salam hekim anadangelme cinsi orqan (penis) eyri olarsa , bu cinsi elaqede olarken prablem yaradar?? xaish edirem sualimi cavablandirasiz..
Dr.Orxan Agabəyov | 28 Sentyabr 2014 05:50
Salam Melik. Yüngül dərəcəli penis əyriliyi bir çox kişidə var və xüsusi müalicə tələb etmir. Əgər əyrilik artırsa və ereksiya problemləri yaranırsa, müalicə olunmalıdır. Əməliyyat və ya dərman preparatları ilə müalicə, əyriliyin səviyyəsindən asılıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Roma | 25 Sentyabr 2014 16:39
salam hekim. size bir sualim var.32 yasim var,evveller cinsi xesteliyim olub amma vaxtinda mualice olmusam.3 il qabaq...seks heyatimdan hec vaxt narazi olmamisam.sualim beledir.evveller men cinsi elaqede olanda penis tam istenilen kimi berkiyirdi ve bu her novbeti aktdada eyni oilurdu,yeniki bir iki saatda 3 4 defe olurdum amma daim sertlik yerinde qalirdi,,amma ikinci ucuncu defeni cox cetinlikle bosalirdim..amma son bir ayda deyisilib.beleki yene gun erzinde 3 defe ola bilirem.amma indi penis nedense tam berkimir.amma bosalmaqda problem yoxdu .birincii cox tez ikincini 2 deqiqeye 3 cunu 3 deqiqeye bosaliram.tekrar ediremki ehtirasim spermanin miqdar cox artsada penis sertlesmir.tam berkimir.neden ola biler? analiz vermisem hec bir cinsi xestelik yoxdur.prostatimdan analiz vermesemde naraziligim yoxdur.nezerinize catdirimki partyorumlarimi demek olarki iki ildi deyismirem.daim eyni 2 insandi.cox tesekkur edirem qabaqcadan..aciq yazdigim ucunde uzr isteyirem..
Dr.Orxan Agabəyov | 28 Sentyabr 2014 05:50
Salam Roma. Bu sualda diqqət çəkən məqam - boşalmaqda problem yoxdu cümləsidir, boşalmağın tez olması problemin olmaması deyil, əksinə problem sayılır - cinsi əlaqənin müddəti 7-8 dəqiqədən az olmamalıdır. Sərtliyin(ereksiyanın) azalması səbəbləri müxtəlif ola bilər - psixoloji(daimi stresslər, gərginlik,depressiya) və orqanik (prostatit, hormonal pozğunluq və s.). Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
rewad | 25 Sentyabr 2014 15:29
salam dr baqiwlayn sualim beledir cinsi elaqe zamani ya elle orqazime catmaq isdeyende ereksya olan mudet aq maye gelir ve hissyati oldurur ereksiya zeifleyr bu neden olar hec bir problemde yoxdu seher duranda cinsi orqanim tam ereksiya veziyetinde olur axwam yatandada
Dr.Orxan Agabəyov | 28 Sentyabr 2014 05:50
Salam Rewad. Bu şirə, çox güman ki, Kuper vəzilərinin ifraz etdiyi şirədi və hansısa xəstəliyin əlaməti deyil. Bu şirə, sürtgü(smazka) funksiyasını yerinə yetirir və cinsi əlaqənin komfortlu(rahat) keçməyi üçündür. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 25 Sentyabr 2014 09:43
Dr.bes men hele 1 ildi ayle qurmuwam...suni mayalammada istemirem....onda bele cixirki makice elesemde faiz qalxan deyil yoxsa.. narahat oldum yaman....coox sagolun sualimi cavablandirdiginiz ucun minatdaram.....
Dr.Orxan Agabəyov | 28 Sentyabr 2014 05:49
Müalicə ola bilsin ki, nəticə versin amma süni mayalandırma proseduru daha real variandır. Özünüzə bir tarix qeyd edin, bu tarixə qədər müalicə keçin, əgər nəticə olmasa - vaxt itirməyin. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
vuqar | 24 Sentyabr 2014 19:12
salam. Hekim men uzi-den kecdim mene dedilerki sol boyrekinde kista izleri izlenir. Bu ne demekdir.qorxulu nese varmi?
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 06:47
Salam Vuqar. Xeyr, qorxulu deyil, əgər kistanın ölçüləri böyük deyilsə və böyrək fəaliyyətinə mane olmursa, narahatçılığa səbəb yoxdur. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
Anar | 24 Sentyabr 2014 17:16
Salam Dr.menim 1ay bundam qabag varukaselden, su yigintisindan bide kista vardi emeliyat olinib goturulub herwey....ama ikigun bundan qabag men analiz verdim..(.eyakulyatin miqdar-4,2.qatiligi-0,6.PH-8.durulawma vaxti-30deq.spermatozoidlerin sayi-25-30 eded.butun eyakuliyatda sperm.sayi-0.akdiv ireli geden-8-10eded.zeif hereketliler-5-6eded. Yerinde hereket eden 2-3eded.hereketsizler-10-15eded.degenerativ spermatozoidler-0.leykositler-10-12.eritrositler-0-1.)neticelerim bele cixib..men yorgenmek isteyirdimki men malice edsem qalxa biler .
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 06:37
Salam Anar. Belə göstəricilərdə ən düzgün qərar - süni mayalandırma prosedurudu. Amma ola bilər, cinsiyyət sistemində başqa problemlər də var, hansılar ki araşdırılmalıdır və müalicə oluna bilər. Hər halda göstəricilər çox aşağıdır. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
makedon | 24 Sentyabr 2014 17:09
salam hekim. sualim.beledi. mende alt paltarda cox balaca ag leke olur. gun erzinde iki.uc damci coxor hiss ede bilirem. ag rengdedi. bu now bele ola biler? agri hec ne yoxdu.
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 06:37
Salam Makedon. Bu ya cinsi yolla keçən infeksiyanın əlaməti, ya da cinsiyyət sistemində olan iltihabi prosesin əəlamətidir. Dəqiqləşdirib, müalicə kursu keçməyiniz məsləhətdir. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
gunel | 24 Sentyabr 2014 13:12
yoldasimin pensinde derisinin rengi goy olur sanki damar qanqrenasi olur ele olur tez tez qizarir bismece olur acilir 3 gun 4 gunden sonra vurur gedir cox tez qurtarir demek olarki 2 yada 3 deiqiqeye hefdede 1 defe ya olur yadaki yox onda hansisa xestelik ola biler penisinde tesekkur edirem
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 06:38
Salam Gunel. Erkən boşalma dəri xəstəliyi(bişməcə və s.) ilə əlaqədar olmur. Erkən boşalmanın, müxtəlif səbəbləri var - penisin dərisinin hiperhəssaslığı, cinsiyyat sistemində iltihabi prosess, psixoloji səbəblər. Bu səbəbləri müəyyənləşdirib, düzgün müalicə təyin etmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.
samir | 24 Sentyabr 2014 07:50
Salam doktor. Menin sol xayam sag xayama nisbeten bir az sallanir. Mene ele gelir ki bu varkazildi. Sizce bunun sebebi ne ola biler?
Dr.Orxan Agabəyov | 25 Sentyabr 2014 06:49
Salam Samir. Xayalarda olan problemləri, o cümlədən varikoseleni təyin etmək üçün, xayaların doppler müayinəsindən keçmək, lazıımdır. Yalnız bu müayinədən sonra , diaqnozu dəqiqləşdirmək olar. Daha ətraflı məlumat üçün, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlaya bilərsiz. Uğurlar.