ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
samir | 3 Mart 2013 19:53
salam cinsi orqanda suretli inkisaf dovru nece yasda olur ve 20 yasdan sonra cinsi orqanda inkisaf gedir?
Dr.Orxan Agabəyov | 4 Mart 2013 21:14
Salam Samir. Adətən, cinsi orqnın inkişafı 17-19 yaşa kimi bitir. Uğurlar.
nail | 3 Mart 2013 17:22
salam hekim mende3hefte qabaq soyuqdeyme oldu.ve bu boyreylerime de tesir etdi.tez tez sidiye getmeler(her1saatdan bir)sonra ise spermamim rengi deyishildi(tund sari).ve demek olurki su kimi oldu.29 yashim var.evli deyilem.ama cinsi elaqe mende chox aktivdir.demek olarki heftede 2defe.muayine olundum.analizin cavablari bunlardir. Eyakulyatın həcmi 5.0 Spermatozoidlərin 1 ml- də miqdarı 1.9 mln. Eyakulyatda spermatozoidlərin ümumi sayı 9.5 mln. İrəli hərəkətlilər 8 % Rəqsi hərəkətlilər 17 % Hərəkətsiz 75 % Hərəkətli spermatozoidlər sayı 25 % Leykositlər 55 mln/ml Eritrositlər 1-4 g/s Epitel hücəyrələri --az Lesitin az Chlamydia trachomatis (sıyrıntı) DNT Pozitiv ( ) Mycoplasma hominis (sıyrıntı) DNT Neqativ (-) Ureaplasma parvum (sıyrıntı) DNT Neqativ (-) Ureaplasma urealyticum (sıyrıntı) DNT Pozitiv ( ) ve birde xaya nahiyesine el deyende agri olur. vaspaleniya ve infeksiya sagaldiqdan sonra gostericiler normal hala dushe bilermi.neticelerin bele olmasina sebeb nedi. twk
Dr.Orxan Agabəyov | 4 Mart 2013 21:34
Salam Nail. Birinci növbədə infeksiyaları, müalicə edin. Müalicə bitdikdən sonra, təkrar spermoqramma verin,  əgər göstəricilər (ən əsas spermotozoidlərin sayı) düzəlməsə, başqa səbəblərdə ola bilər. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
arif | 3 Mart 2013 14:42
Salam hekim.yasim 17dir.basqa hekim mende cinsi inkisafi normal etmek ucun mene vita k-n icmeyi meslehet gordu.men bele seylerden ehtiyat edirem.sualim bunun mene menfi tesiri ne ola biler?
Dr.Orxan Agabəyov | 4 Mart 2013 21:56
Salam Arif. Bu preparatın, mənfi təsiri yoxdur, narahat olmayın. Amma, cinsi inkişafa birbaşa təsiri yoxdur. Uğurlar.
Elvin | 3 Mart 2013 14:30
Salam həkim məndə cinsi utancqalıq var istiyirəm birinə yaxınlaşım utanıram bunu necə edə bilərəm ki düzəlsin
Dr.Orxan Agabəyov | 4 Mart 2013 22:00
Salam Elvin. Bu daha çox, özünə inam hissinin az olması ilə əlaqədardl. Çalışın özünüzə inamı artırasız və ən azından, cəhd eləyin. Uğurlar.
resad | 3 Mart 2013 13:28
salam hekim men cinsi elaqede olannan sonra sag ayagimda elebil sumuyun icinde agrilar olur bunun sebebi nedi?
Dr.Orxan Agabəyov | 5 Mart 2013 06:37
Salam Resad. Ola bilər, bu əzələ ağrısıdır və cinsi əlaqə zamanı, yorulma nəticəsində yaranır. Daha dəqiq, baxış zamanı, təyin etmək olar. Uğurlar.
Oguz | 3 Mart 2013 11:10
Salam doktor men bilmek isteyirem ki ,varikasel(Damar genislenmesi) ayridir və saq nahiyede qrijanin olmasi buda ayridir?Yoxsa bunlar eynidir.Men hardasa 10 il evvel hedden cox idman gore guce dusub saq xayam terefde qrijam partamisdi emelayyat oldum sonra idman aqir seyler guc etmedim.sobnra men nese cox gezende aqir sey filan goturende arada bir zeif aqryir sizce bu normalidr.?Tesekkur
Dr.Orxan Agabəyov | 4 Mart 2013 22:07
Salam Oguz. Varikosele və yırtıq(qrıja), ayrı-ayrı xəstəliklərdi. Ağrıların səbəbini bilmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Uğurlar.
tofiq | 3 Mart 2013 10:15
salam hekim menim 25 yasim var.seks vaxti menim sinsiyyet orqanimdan sire ifraz olunur bunun sebebi nedir,ve mualicesi varmi?
Dr.Orxan Agabəyov | 4 Mart 2013 22:03
Salam Tofiq. Bu şirənin gəlmə səbəbini bilmək üçün, müayinələrdən keçmək lazımdı, müxtəlif səbəblər ola bilər. Uğurlar.
Yusif | 3 Mart 2013 09:32
Salam Doktor Sualimi cavablandirdiginiz ucun evvelceden tesekkurler. Mende 3 cu dereceli varikosel var emeliyyat olmaliyam . Mene meslehet ederdiniz xahis edirem emeliyyati yerli anesteziynen etdirim yoxsa narkozla ? cox agri olur emeliyyat vaxti ? Birdeki siz varikosel emeliyati edirsiniz ? Qiymeti neciyedi ? Evvelceden tesekkurler Doktor
Dr.Orxan Agabəyov | 4 Mart 2013 20:47
Salam Yusif. Adətən varikosele əməliyyatı, yerli anesteziya ilə olur və əməliyyat vaxtı, demək olar ki, ağrı hiss olunmur. Daha ətraflı, 055 655 00 66 və 050 363 83 86 nömrələri ilə, mənimlə əlaqə saxlayın. Uğurlar.
kamal | 3 Mart 2013 08:48
salam hekim qabaqcadan tesekkur edirem hekim men cinsi elaqade olanda gec qutariram demey olarki qutara bilmirem 1 iki mudaxileden sonra qutariram sizce bunun sebebi nedi tesekkur edirem
Dr.Orxan Agabəyov | 4 Mart 2013 20:30
Salam Kamal. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər.  Uğurlar.
elvin | 3 Mart 2013 08:45
salam hekim.menim30 yasim var.subayam.qadinla cinsi elaqede oluram,amma,cinsi sistemin saglam yasamasi ucun nece gunden bir cinsi elaqede olmaq lazimdir,minumum.ve uzun muddetli elaqe olmadiqda problem yarana bilermi?
Dr.Orxan Agabəyov | 4 Mart 2013 20:33
Salam Elvin. Sizin yaşınızda, həftədə 2 dəfə cinsi əlaqə, normal sayıla bilər. Bəli, cinsi həyat müntəzəm olmadıqda(yəni uzun fasilələr olduqda), kişidə, müəyyən cinsi problemlər yarana bilər. Uğurlar.