ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
fedayar tagiyev | 5 Mart 2013 07:47
mende ehtiras olduqca yuksekdir amma mende erken bowalma tez tez bash verir.bu derinin hesassligindan da ola biler.birde bir sualim var birinci defe orqazma catandan sonra 2-ni davam etdirmek ucun nece deqiqe gozlemek normaldir?cunki mende 2ni bashlamaq biraz cetin olur
Dr.Orxan Agabəyov | 7 Mart 2013 19:24
Salam Fedayar. Bəli, erkən boşalmanın səbəblərindən biri, penisin dərisinin hiperhəssaslığıdır(yəni çox həssas olması). Refrakter periodun(cinsi əlaqələlərin arasındakı fasilə) müddəti, individualdır və birdə yaşdan asılıdır. Uğurlar.
elxan | 5 Mart 2013 05:22
Doktor sallam! Mende 1cisi sperma % zi awagadir mes15% . 2-ci ise tez bawaliram. Bir nece gun bundan qabaq bir az icki qebul eledim ve cinsi elaqeye rezinle girdim. rezini cixardanda spermanin qirmizi olduqunu gordum . bunun qorxulu deyilki.
Dr.Orxan Agabəyov | 7 Mart 2013 19:20
Salam Elxan. Sizdə olan problemlərin, səbəblərinin aydınlaşdırmaq lazımdır, prostatitin(prostat vəzinin iltihabı)  ehtimalı var. Spermanın rənginin qırmızı olması, spermada qanın olmasının əlamətidir və mütləq yoxlanılmalıdır. Uğurlar.
Taleh İsmixanlı | 4 Mart 2013 22:28
Salam hörmətli həkim. Məndə 4-cü dərəcəli varikasel damar genişlənməsi var.Nə məsləhət görərdiz? İNŞALLAH gələcəkdə ailə qursam övladım olar mı? Məqalələriniz çox gözəldir.Saytınız mübarəkdir. Sizə işlərinizdə müvəfəqiyyətlər arzu edir,əllərinizdən şəfanın əksik olmamasını arzu edirəm, Hörmətlə: Taleh İsmixanlı
Dr.Orxan Agabəyov | 6 Mart 2013 08:08
Salam Taleh. Xoş sözlərə görə, minnətdaram. Varikosele xəstəliyi, kişi sonsuzluğunun ən əsas səbəblərindəndi. Varikosele xəstəliyinin, yalnız cərrahi müalicəsi var, yəni əməliyyat yolu ilə. Əməliyyatdan öncə, spermoqramma analizindən keçmək, məsləhətdir. Uğurlar.
ramil | 4 Mart 2013 21:54
salam hekim.mende tez bir vaxtda boshalma emele gelir,men buna gore analizlerde vermisem amma her sey yaxsidi
Dr.Orxan Agabəyov | 6 Mart 2013 07:39
Salam Ramil. Əgər analizlər düzgün aparılıbsa, deməli Sizdə daha çox psixoloji səbəblər, erkən boşalmanın yaranmasında rol oynayır. Hər halda, səbəbdən asılı olmayaraq, erkən boşalma problemi , müalicə olunur. Uğurlar.
elvin | 4 Mart 2013 21:46
salam hecim men hedinnen artiq tez qurtaliram ne ede bileremki gec qurtalim xaiw edirem bir usul deyerdiz narahat etdim sizi
Dr.Orxan Agabəyov | 6 Mart 2013 08:04
Salam Elvin. Saytda, erkən boşalma haqqında məqalə var, çalışın oradakı tövsiyyələrə riayət edəsininz. Əgər bir müddətdən sonra fərq hiss etməsəz, müalicə lazım olacaq. Uğurlar.
Rufet | 4 Mart 2013 20:54
Salam Hekim...Penisi uzatmaq ucun en yaxwi (yeni ziyani olmuyan) vasite hansidi? Ve penisi uzatmaq ucun olunan massaj dogrudurmu?
Dr.Orxan Agabəyov | 6 Mart 2013 07:37
Salam Rufet. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Massajla heç bir nəticə əldə olunmur.  Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
nesimi | 4 Mart 2013 19:52
salam.testleri Azerbaycan dilinde yerleshdire bilersiz?cox sag olun,
Dr.Orxan Agabəyov | 6 Mart 2013 07:22
Salam Nesimi. Prostatın sağlamlığına aid test, artıq Azərbaycan dilindədi. Qalan testlərdə, tezliklə Azərbaycan dilində yerləşdiriləcək. Uğurlar.
FARID | 4 Mart 2013 19:42
SALAM DOKTOR MENI BIR SUAL MARAQLANDIRIR MENIM TENASUL ALETIMIN UZUNLUGU DIK VAXTDA 11 SM OLUR BU SABAH MENIM AILE QURMAGIMA MANEILIK TOREDMIYECEK.SUALI CAVABLANDIRDIGINIZA GORE EVVELCEDEN SAG OLUN
Dr.Orxan Agabəyov | 6 Mart 2013 07:33
Salam Farid. Penisin 12 sm-dən artıq ölçüləri, normaya uyğun sayılır. Amma 11 sm(1sm əhəmiyyətli fərq deyil), normal cinsi həyat yaşamağa kifayət edir. Uğurlar.
Etibar | 4 Mart 2013 19:41
Evvela salam.menim size 1 sualim var. men penisimi uzatmaq ucun hansi cur mualice almaliyam?
Dr.Orxan Agabəyov | 6 Mart 2013 07:00
Salam Etibar. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Xalid | 4 Mart 2013 19:38
Salam menim 2ci derece vorkoselim var onu emliyyatsiz mualice elemek olar?
Dr.Orxan Agabəyov | 6 Mart 2013 06:56
Salam Xalid. Varikoselenin yalnız cərrahi(əməliyyat yolu ilə) müalicəsi var. Amma əməliyyatdan öncə mütləq spermoqramma analizi verilməlidir(yəni, əməliyyatın keçirilməsi zəruriyyəti, spermoqrammanın göstəricilərindəndə asılıdır). Uğurlar.