ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
amiran | 8 Mart 2013 22:19
salam hekim..men sidiye cixanda,sidik gec geli,15-20saniyeden sonra..bunun sebebi ne ola biler?
Dr.Orxan Agabəyov | 9 Mart 2013 20:00
Salam Amiran. Bu problem, ya sidik kisəsi yada prostat vəzi ilə bağlıdır. Dəqiqləşdirmək üçün, uroloji USM və sidiyin ümumi analizini vermək, məsləhətdir. Uğurlar.
Nihat | 8 Mart 2013 21:25
Salam hekim, mende elaqe zamani hecbir problem yoxdur, sadece narahat eden odurki cox gec qurtariram (15-20 deqiqe ve ya daha cox) ve bir problemde odur ki cox vaxt yadima bele dushmur, heftede 1 defe ve ya 10 gunde 1 defe yadima dushe ya dushmeye 25 yashim var. Eyer bunun bir mualicesi varsa xahish edirem yazasiniz.
Dr.Orxan Agabəyov | 9 Mart 2013 19:39
Salam Nihat. Sizdə potensiyanın zəifləməsi və eyakulyasiyanın gecikməsi halları var. Potensiyanın zəifləməsi həm psixoloji həmdə orqanik səbəblərdən ola bilər. Boşalmanın gecikməsinin bir necə səbəbi var: 1. cinsi əlaqə zamanı həyəcan. 2. masturbasiya nəticəsində, yaranmış, qeyri-adekvat erotik stereotip, yəni cinsi əlaqə vaxtı, masturbasiyadakı olan stimulyasiyanın(sürtünmənin və görüntülərin) olmaması və nəticədə boşalmanın gecikməsi. 3. hormonal səbəblər. 4. iltihabi səbəblər. Bu problemlərin səbəblərini dəqiqləşdirib, düzgün müalicə təyin etmək olar. Uğurlar.
elmar | 8 Mart 2013 19:59
salam hekim menim spermamda duruluq var birdeki xaya sallanmasi neden ola biler?tesekkur.
Dr.Orxan Agabəyov | 9 Mart 2013 19:48
Salam Elmar. Spermanın duruluğu, əsasən cinsi vəzilərdə iltihabın nəticəsində yarana bilər. Birdə ola bilər, Siz tez-tez boşalırsız, bu faktorda təsir edə bilər. Xayalarda problemlərin olub olmamasını, xayaların doppler müayinəsində keçib, bilmək olar. Uğurlar.
ravid | 8 Mart 2013 18:56
salam doktor.mende epididimit var sol terefde xayalig berk olur mende daha cox aggrilar sidiy vaxti cox olur men bilmek isteyerdimki, bu epididimit ne kimi problem yarada biler mualice ile bir defelik aradan goturmek olarmi ve sag terefede agri vere biler? cavabinizi gozleyirem!!!
Dr.Orxan Agabəyov | 9 Mart 2013 20:15
Salam Ravid. Əgər epididimit düzgün müalicə taktikası seçilərsə, olar. Epididimitin ən ciddi fəsadlarından biri, kişi sonsuzluğudu. Sağ tərəfdə ağrıların səbəbini dəqiqiləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək. məsləhətdir. Uğurlar.
MEHMAN | 8 Mart 2013 18:03
SALAM HEKIM.PENISI EMELIYYAT YOLU ILE BOYUTMEKIN HANSISA ZIYANLARI VAR?EMELIYATIN QIYMETINI YAZIN MUMKUNDUSE BIRDE NECE GUN XESTEXANADA YATMAQ LAZIMDI?COX SAQ OL
Dr.Orxan Agabəyov | 9 Mart 2013 19:25
Salam Mehman. Əgər əməliyyat düzgün aparılıbsa, heç bir problem olmaz. Qalan məsələlər, konsultasiya zamanı aydınlaşır. Uğurlar.
samir | 8 Mart 2013 16:08
salam hekim. size bir sualim var. men tez tez cinsi elaqede oluram her gun bu ziyanli deyilki? evvelceden tewekkur edirem.
Dr.Orxan Agabəyov | 9 Mart 2013 19:23
Salam Samir. Əgər hər gün. cinsi əlaqədə olmaq istəyirsiz və özünüzü məcbur etmirsinizsə, heç bir problem olmaz. Uğurlar.
eldeniz | 8 Mart 2013 13:56
salam penisi boyutmek ucun azerbaycanda hansi preparatlar var? turkiyede rusiyada var yoxdursa niye yoxdur umumiyyetle penisi nece boyutmek mumkundur ancaq emeliyyatsiz
Dr.Orxan Agabəyov | 9 Mart 2013 18:53
Salam Eldeniz. Heç bir dərman preparatı, penisin ölçülərini artırmır. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
Kenan401 | 8 Mart 2013 07:05
salam hekim mende varikosel varidi emeliyyat olundum ama mende yenede var damar geniwlenmesi....uzr istiyirem hemcinin bowalmadan sonra 5-6 saniyelik xayada agrilar olur...bununcun neynemeliyem?twk
Dr.Orxan Agabəyov | 9 Mart 2013 18:27
Salam Kenan401. Birinci növbədə, xayaların doppler müayinəsi və spermoqramma analizindən keçmək, məsləhətdir. Nəticələrdən asılı olaraq, müalicə taktikası seçilməlidir. Uğurlar.
samir | 7 Mart 2013 21:30
salam hekimi, damar genislenmesi haqqinda meqaleni oxudum ve sekle diqqet yetirdim. mene bele aydin oldu ki, xayanin ustundeki derinin qalinlasmasi ve qirişıqlığın çox olması bu xəstəliyin əlamətidir. düz fikirləşirəm ? Özüm də samboyla məşğulam, ağıri idman növü olduğunu bilərsiz. təşəkkür edirəm
Dr.Orxan Agabəyov | 8 Mart 2013 17:27
Salam Samir. Dərinin qalınlaşması deyil, dərinin altında olan geniçlənmiş damarların görünməsi, varikosele xəstəliyinin əlamətidir. Dəqiqləşdirmək üçün, xayaların doppler müayinəsindən keçmək, məsləhətdir. Əgər varikoseleyə, anadangəlmə meyillilik yoxdursa, adətən idman faktoru böyük rol oynamır. Uğurlar.
Turan | 7 Mart 2013 19:57
Salam doktor tek xaya ile ovlad dunya ya getirmek olar bu problem olar aile heyati ucun?
Dr.Orxan Agabəyov | 8 Mart 2013 16:45
Salam Turan. Bir xaya ilə, kişidə övlad ola bilər, amma dəqiqləşdirmək üçün - spermoqramma analizini verin və əgər göstəriciləriniz normaya uyğundursa, narahat olmayın. Uğurlar.