ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
Yusif | 10 Mart 2013 21:28
spermaqramma analizinde aktiv spermatazoidler 29 % dir...bunun mualicesi neqeder ceker bunu yukseltmek mumkundurmu?
Dr.Orxan Agabəyov | 12 Mart 2013 06:24
Salam Yusif. Bəli, bu göstəriciləri artırmaq mümkündür, müddəti isə hərəkətliliyin düşmə səbəblərindən, asıldır. Birdə, Siz spermoqrammanın o biri vacib göstəricilərini (məsələn spermotozoidlərin sayını) qeyd etməmisiniz. Uğurlar.
Namiq | 10 Mart 2013 20:39
Salam Doktor...Doktor men nevroloji dermanlar qebul edirem 5 aydir,indi 5ci ayda cinsi zeiflik hiss edirem ozumde.Mes hec yadima dusmur bele,dusendede olmaq istemirem.Aileliyem 4 ildir.Sizce bu nedir ve men ne etmeliyem?
Dr.Orxan Agabəyov | 12 Mart 2013 06:00
Salam Namiq. Bu tip dərman preparatlarının yan təsirlərindən biri, cinsi həvəsin (libidonun) və cinsi gücün(ereksiyanın) zəifləməsidir. Bİrinci növbədə bu dərmanları hələ nə qədər qəbul etməli olduğunuzu, müalicə həkiminizdən soruşun. Və bu dərmanların qəbulu bitəndən sonra, cinsi həvəs yavaş-yavaş bərpa olacaq. Ola bilsin, potensiyanı gücləndirən müalicə kursuna da, ehtiyac olsun. Uğurlar.
tebriz | 10 Mart 2013 17:13
salam hekim. sizden bir sey oyrenmek istiyirdim mumkunse sualima cavab yazardiz. Menim cinsiyyet orqanim zeyifdi. Adi veziyyetlerde fikir veriremki cox balaca olur yigilib qalir. birde seksle mesgul olarken qarsi terefin cinsiyyet orqaninda ölur. qabaqcadan minnetdarliqimi bildirirem
Dr.Orxan Agabəyov | 12 Mart 2013 05:54
Salam Tebriz. Bu problemin çox güman ki, orqanik səbəbləri var(hormonal pozğunluq ola bilər). Hər halda, bu tip problemlərdə, psixoloji aspektlər də yanaşı olur, yəni bir dəfə ereksiya itirsə, kişi hər dəfə bunu gözləməyə başalayır. Uğurlar.
tural | 10 Mart 2013 17:00
salam hekim. necesiz? men bosaldiqdan sonra tekrar bu ani yasamaqcun mene muddet lazim olur 20-30 deq. bu normaldirmi?
Dr.Orxan Agabəyov | 11 Mart 2013 07:06
Salam Tural. Refrakter periodun(cinsi əlaqələrin arasında olan fasilə) müddəti, individualdır. 20-30 dəqiqə fasilə - tamamilə normaldır, narahat olmayın. Uğurlar.
Orxan | 10 Mart 2013 11:44
Salam...Hekim men sonuncu defe kecen il cinsi elaqede olmusham ve o gunnen sonra mende penisde yorgunlug olur isteksizlikde demek olar mualicede aldim amma xeyiri olmadi.. Mene meslehet verin xaish edirem..Evvelceden tesekur edirem.
Dr.Orxan Agabəyov | 11 Mart 2013 07:10
Salam Orxan. Çox güman ki, Sizdə düzgün müalicələrin və müayinələrin aparılmadığına görə - nəticə olmayıb. Ola bilər, psixoloji səbəblər var. Hər halda, bu vəziyyətdə, bir məsləhət var - səbəbləri dəqiqləşdirib, müalicə keçmək. Uğurlar.
Ziya | 10 Mart 2013 09:46
salam Dr mende orqazm 30 saniye erzinde (daha tez) bash verir ve qadini orqazma catdira bilmirem. ne ede bilerem?
Dr.Orxan Agabəyov | 11 Mart 2013 07:15
Salam Ziya. Saytda, erkən boşalmaya aid, məqalə var - çalışın oradakı tövsiyyələrə riayət edəsiniz. Əgər cinsi əlaqənin müddəti artmasa- müalicə lazım olacaq. Uğurlar.
ali | 10 Mart 2013 09:22
salam doktor.menim prostat problemim var.mene xroniki prostat diagnozu goyulub.mene meslehetiniz
Dr.Orxan Agabəyov | 11 Mart 2013 07:33
Salam Ali. 1. İldə 2 dəfə profilaktik müalicə kurslarından keçmək. 2. Müntəzəm cinsi həyat yaşamaq. 3. İdmanla məşğul olmaq, ən yaxşısı - at çapmaq. Uğurlar.
Etibar | 10 Mart 2013 09:00
Siqaretin cinsiyyet sistemine ne kimi ziyani var?
Dr.Orxan Agabəyov | 11 Mart 2013 07:27
Salam Etibar. Saytda bu mövzuda, məqalə var - Zərərli vərdişlər və seks. Bu məqalədə siqaretin, alkoqollu içkilərin və narkotiklərin cinsiyyat sisteminə təsirləri haqqında, informasiya verilib. Uğurlar.
Аноним | 10 Mart 2013 00:09
Salam Hekim... Penisin tam durmamasi neden ola biler? Muayinede olmusham deyirlerki xayalarda nese problem var... Ama ki bir sheyi demek isteyirem ki , penisin bash hissesi arxa terefinnen 3 defe qalindir... Hemde birde gorursuz normal ehtiraslanir , birden hec ehtiraslanmir...
Dr.Orxan Agabəyov | 11 Mart 2013 07:21
Salam Аноним. Ereksiyanın zəif olmaması, həm psixoloji səbəblərdən(cinsi əlaqə zamanı həyəcan, narahatlıq, özünə inam hissinin az olması və s.)  həmdə orqanik səbəblərdən(hormonal pozğunluq, şəkərli diabet və s.) ola bilər. Penisin baş hissəsi, qalan hissələrdən daha qalın olur, bu normaya uyğundur. Uğurlar.
Qeybi | 9 Mart 2013 22:59
Salam həkim! Zəhmət olmasa 2 suala cavab yazın. 1. Sanki dövri olaraq, c.orqanımın dərisində 2-3 ədəd çox xırdaca suluq əmələ gəlir, əlimlə sixib,dağıtsam, sərt yandırıcı olur, və tez sağalıb yox olur. Bu cinsi orqanın hamar boyun hissəsində, təxminən eyni yerdə olur, heç bir başqa zədə almayıb. 2.Qeyri stabil cinsi həyat tərzi səbəbindən yəqin ki, istəyin olmasına baxmayaraq yaxınlıq zamanı ereksiya artışı yox, əksi baş verir, yalnız toxunuşdan sonra normal vəziyyətə qayıdır. Bu pozuntunu necə bərpa etmək olar. Çox saq olun!!!
Dr.Orxan Agabəyov | 12 Mart 2013 05:48
Salam Qeybi. 1. Ola bilər bu, herpes infeksiyasının əlamətidir, daha dəqiq müayinədən sonra bilmək olar. 2. Yəgin ki, psixoloji səbəblər var -özünüzə inamı artırın, cinsi əlaqədən öncə narahat olmayın. Uğurlar.