ANDROLOQ
DR. ORXAN AĞABƏYOV
Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq...
ƏTRAFLI MƏLUMAT

Cinsi sağlamlıq - müasir kişinin həyatının ən vacib tərkib hissələrindən biridir - bu ümumilikdə həyatda müvəffəqiyyətin bazasıdır, əsasıdır - axı qadınlarla uğuru olan, “kişi sağlamlığı” ilə heç bir problemi olmayan kişi, əminlik və ona hər bir işdə - gündəlik problemlərin həllindən başlayaraq biznesdə uğurun əldə olunmasına qədər - kömək edən gücü qazanır. Buna görə də kişi sağlamlığı sahəsində problemlər zamanı mütəxəssisə vaxtında müraciət etmək vacibdir.

Mən,  həkim - androloq olaraq, mənə müraciət edən hər bir insana kömək etməyə, düzgün müalicə təyin etməyə, etibarlı və uzun müddətli münasibətlər qurmağa çalışıram. Öz sağlamlığınızı mənə etibar edərkən, Siz  dəqiq diaqnostika və keyfiyyətli müalicəyə əmin ola bilərsiniz.

Hörmətlə, Dr. Orxan Ağabəyov

Şəffaflıq və açıqlıq
Mən hər şeyi ətraflı şəkildə izah edirəm: bu və ya digər analizlər nə üçün tələb olunur və onlar nəyi göstərirlər; nəyə görə mən belə diaqnoz təyin edirəm və Sizin xəstəliyinizin/probleminizin səbəbi nədir; optimal müalicə sxemi hansıdır və nə üçün o Sizin üçün optimaldır.
Sizdən artıq heç nə tələb olunmur
Yalnız diaqnozun təyin edilməsi üçün lazımi analizlər və müayinələr, ən asan və effektiv müalicə sxemləri (heç bir lazımsız dərman preparatları, iynələr və s. təyin edilmir)
Qorxutmaq yoxdur
Mən hesab edirəm ki, pasiyenti qorxutmaq olmaz. Konsultasiyadan sonra Sizdə diaqnoz ilə bağlı heç bir qorxu və anlaşılmazlıq qalmayacaq.
Əks əlaqə
Əgər müalicə zamanı sizdə əlavə suallar yaranarsa, nəyisə dəqiqləşdirmək lazım olarsa, Siz sadəcə olaraq mənim mobil telefon nömrəmə zəng edəcəksiniz və hərtərəfli cavablar və tövsiyyələr alacaqsınız.
oruc | 11 Mart 2013 12:56
salam həkim mən iki dəfə varikoseldən əməliyyat olunmuşam bu sonsuzluğa səbəb ola bilərmi, ailəli deyiləm bunun üçün
Dr.Orxan Agabəyov | 13 Mart 2013 05:31
Salam Oruc. Bu suala cavab vermək üçün, spermoqramma analizindən keçin. Və öz göstəricilərininizi, normal göstəricilərlə müqayisə edin. Əgər göstəricilər normaya uyğundursa, narahat olmayın. Uğurlar.
xeyale | 11 Mart 2013 10:51
salam hekim mende anal delik etrafinda sepgiler var idi,hekime muracet etdim,kandiloma oldugunu dediler,ve yandirdilar,sepgier dusdu,bundan soram o sepgilerin emele gelme ehtimali var yeniden?
Dr.Orxan Agabəyov | 13 Mart 2013 05:35
Salam Xeyale. Bəli, bir müddət, belə bir ehtimal var. Sadəcə çıxdıqca lazerlə aradan qaldırın və birdəki Sizə, immuniteti artıran preparatlar təyin edilməlidir.  Uğurlar.
rafael | 11 Mart 2013 10:40
Uretranin ucunda gizarti emele gelib. Cox az migdarda axma da var. Sidige gederken hec bir problem yoxdur. Bu ne ola biler?
Dr.Orxan Agabəyov | 13 Mart 2013 05:21
Salam Rafael. Bu uretritin(sidik kanalının iltihabının) əlamətidir. Ola bilər, cinsi infeksiyaya yoluxmusunuz və ya soyuqdəymə nəticəsində yaranıb. Dəqiqləşdirmək üçün, yaxmada cinsi infeksiyaları yoxlamaq, məsləhətdir. Uğurlar.
oruc | 11 Mart 2013 10:10
salam həkim üzr istəyirəm bu suala görə kişi cinsiyyət orqanının normal ölçüsü nə qədər olmalıdır
Dr.Orxan Agabəyov | 13 Mart 2013 05:20
Salam Oruc. Penisin 12 sm-dən artıq ölçüləri, normaya uyğun sayılır. Uğurlar.
togrul303 | 11 Mart 2013 09:57
Salam Doktor.. eshitdiyime gore bildircin yumartasi cinsi fealiyeti guclendirir.. onun en effektli istifade qaydasini zehmet olasa deyerdizki, nece istifadede guclu effekti olu.. evvelcedem tewekkur edim Doktor...
Dr.Orxan Agabəyov | 13 Mart 2013 05:58
Salam Togrul303. Bildirçin yumurtalarında, fosforun miqdarı çox olduğundan, potensiyayay müsbət təsir edir. Ən yaxşısı, səhərlər 1-2 yumurta yeməkdir. Uğurlar.
zerife | 11 Mart 2013 09:55
Hekim salam, men hamileliyi 3 defe testle yoxlamisham cavab musbet cixib. 5-ci heftede UZİ-ye getsem de deqiq diaqnoz qoyulmadi. hazirda isə 6-ci hefte sayilir. bu heftede ortaya cixa bilecek cetinlikleri bilmek isterdim. son gunler doshlerimde damarlar gorunecek qeder cox boyuyub, belimde agrilar olur. bunlar normaldirmi? bir deki, UZİ ziyandirmi? Diqqetinize gore cox sag olun.
Dr.Orxan Agabəyov | 13 Mart 2013 05:14
Salam Zerife. Ən yaxşısı, həmiləliyi qanda təyin edən testi - xorionik qonadotropini verin. USM-in (əgər tez-tez olmursa), hamiləlik üçün ziyanı yoxdur. Uğurlar.
Pervin | 11 Mart 2013 06:15
Salam hekim extender ile penisi boyutmek gelecekde ziyani ola bilermi? siz extender ile penisin uzadilmasini meslehet gorursunuzmu?
Dr.Orxan Agabəyov | 12 Mart 2013 06:12
Salam Pervin. Ən əsas mənim məsləhətim - penisin ölçülərinə görə, özünüzdə kompleks yaratmayın. Əgər ekstender düzgün istifadə olunursa, heç bir ziyanı olmur. Uğurlar.
elsad | 10 Mart 2013 22:59
cinsiyet orqanimi hansi dermanlar vasitesi ile uzada bilerem
Dr.Orxan Agabəyov | 12 Mart 2013 06:05
Salam Elsad. Heç bir dərman vasitəsi, cinsi orqanın  ölçülərini böyütmür. Cİnsi orqanın ölçülərinin artırmaq üçün 2 variant var - əməliyyat (liqamentotomiya) və ekstenderlərin (xüsusi cihazların) istifadəsi. Liqamentotomiya nəticəsində, 3-5 sm, ekstenderin köməyi ilə 1,5-2 sm əldə etmək olar. Uğurlar.
cavid | 10 Mart 2013 22:00
Salam hekim.yaratdiginiz sheraite gore cox sag olun.qabaqcadan boyuk teshekkurler.menim 25 yasim var.2 il evvel mende prostat boyumesi olmusdu.36 QRAM.usm muayinesinden defelerle kecmisem.hekim her defe bir soz deyirdi.deqiq diaqnoz qoya bilmirdi.mualicelerden sonra prostatin olcusu kicildi 15.6 qram.lakin 3 aydan sonra agrilar basladi ve yene hemin hekimin yanina getdim ve xroniki prostatit diaqnozu qoydular.fasilelerle mualice etmisem ancaq yarimciq.esas problem cinsi zeiflikdir ve ozune inamsizliq.bu xesteliyin tam mualicesi varmi ve aile qurub normal,davamli cinsi heyat surmek mumkundurmu.ovlad sahibi olmaq mumkundurmu.mende bu barade hec bir utancaqliq yoxdur.maddi veziyyetim de yaxshidir.sadece istediyim insafli bir hekim tapmaq ve duzgun mualice olunmaqdir.umidim sizedir.xahis edirem dolgun cavablandirasiniz
Dr.Orxan Agabəyov | 12 Mart 2013 06:39
Salam Cavid. Cinsi zəifliyin yaranmasında, psixoloji faktorların rolu, çox böyükdür. Yəni, Sizdə olan inamsızlıq, hətta prostatitin tam sağalması fonunda, Sizə, normal cinsi əlaqədə olmağa imkan vermir. Bu problemlərin müalicəsi var, dərman preparatları ilə yanaşı, rasional psixoterapiya metodlarındanda istifadə olunur. Uğurlar.